We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əbülfət MƏDƏTOĞLU: ŞİNELİ BARIT QOXULU POLKOVNİK

2 0 0
12.02.2019

Neçə gündür ki, xatirələrdən qopub ayrıla bilmirəm. Bizim təsadüfi görüşümüz əlimdən-ətəyimdən tutub çəkib apardı məni Ağdama, Füzuliyə - topların, mərmilərin, qradların susmadığı yerə. Və mən bir də onda ayılıb gördüm ki, 1992-ci ildi, Ağdamdayam. Hər tərəfdə insanlar qaynaşır. Həyat bu mərmi yağışının altında hər gün alovlanan müharibənin içərisində davam edir. Gərginlik, narahatlıq açıq-aşkar duyulsa da, amma insanların içərisində ümid şamı yanır. Onlar inanırlar, elə mən də inanıram. Bilirəm ki, biz haqlıyıq, biz torpağımızı qoruyuruq və məqsədimiz düşmənin yandırdığı evlərin, güllələrin tuş gətirdiyi övladlarımızın qisasını almaq, haqqımızı bərpa etməkdir. Axı biz öz evimizdə, öz torpağımızda, öz vətənimizdə düşmən nişangahına çevrilmişik. Ona görə də bizim səsimiz də, haqqımız da, tələbimiz də, hətta silaha sarılmağımız da Tanrının bizə verdiyi haqdı. Özü də halal haqq!


Bəli, onda 1992-ci il idi. Ağdam da yerində idi, Füzuli də, elə Dağlıq Qarabağın ətrafındakı digər rayonlarımız da. Və belə bir məqamda şəhərə xəbər yayıldı: daxili qoşunların xüsusi batalyonu artıq Qarabağdadı – Ağdamdadı. Mən həm qarabağlı, həm də bir jurnalist və cəbhə müxbiri olaraq dərhal daxili qoşunların adı səslənən dəstəsinin yerləşdiyi əraziyə gəldim, özümü təqdim etdim. Cavan bir oğlanla, gözlərindən od tökülən, hərəkətlərindən cəsarət yağan, səsindən isə qətiyyət duyulan bir zabitlə həmsöhbət oldum. Və...


Beləcə, başladı bizim tanışlığımız. Səngərdə, topun-tüfəngin altında barıt qoxulu bu tanışlıq yavaş-yavaş canımıza, qanımıza hopdu, bizi doğmalaşdırdı, dostlaşdırdı. Həmin tarixdən bu günə kimi biz bir yerdəyik- bir-birimizin ürəyində ruhunda, yaddaşında və təbii ki, həm də söz-söhbətimizdə...

Haşiyə: Barəsində danışdığım polkovnik Məmməd Teymurşah oğlu Hacıyev Quba rayonunun Alpan kəndində doğulub. 1965-ci ildə dünyaya gələn Məmməd 3 bacının və bir qardaşın təmsil olunduğu ailədə say baxımından ikinci oğul olsa da, o, özünün həyat yolu ilə sadə bir ailəni bütün Azərbaycana tanıtdı. Atanın, ananın ən böyük istəyi böyütdüyü övladın fərli-fərasətli olması, sağlamlığı və bir də nəsilə aid olduğu məkana şərəf-şöhrət gətirməsidi. Ailəni hər yerdə üzüağ, alnıaçıq, ləyaqətlə təmsil edən övlad olmasıdı. Bax, bu mənada Hacıyevlərin duaları, istəkləri Allah tərəfindən eşidildi, qəbul olundu. Çünki Azərbaycanın ən ağır günlərində səngərdə olan bir zabit, bir sərkərdə kimi sözünü deməyi bacaran oğulların sırasında Məmməd Hacıyev də var idi. O Məmməd Hacıyev ki...

Bəli, Ağdamda Qarabağ hadisələrinin hər gün kəskinləşən, hər gün rəngi tündləşən gərginlik yaşanırdı. Açıq-aşkar görünürdü ki, havadarları olan ermənilər getdikcə azğınlaşırlar və onlar sərhəd boyu kəndləri güllə yağışına qərq etməkdən çəkinmirlər. Bax, həmin gün Ağdamın Papravənd kəndi istiqamətində ağır döyüşlər gedirdi. Məmməd Hacıyevin dəstəsi kəndin qorunması üçün səngərə tələsmişdi. Bu çevik, bu hazırlıqlı uşaqların düşmənə ilk əks həmləsi artıq öz........

© Ədalət