We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ədəbiyyatın və elmin bayramı - Pərvin yazır

7 0 0
24.11.2018

İnsanın məşğul olduğu sahə xarakterinə təsir edirmi? Peşənin xasiyyətə dəxli varmı? Yəqin ki, var. Həm də əgər peşən həyat tərzinə çevrilirsə, işinlə nəfəs alıb onunla yaşayırsansa, seçdiyin sahə davranışında, danışığında daha çox hiss olunur.

Doğrusu, bilmirəm seçimi bizmi edirik? Uşaqlıqdan - nə olmaq istəyirsən? - sualını dəfələrlə eşidib hərdən bir cür cavab veririk. Yəqin yalnız xüsusi missiya ilə dünyaya gələnlər lap balaca vaxtından gələcəkdə nə işlə məşğul olacaqlarını dəqiq bilirlər. Uzun və çətin yol qorxudur bəzən, amma həvəs, sevgi hər şeyə qalib gəlir. Və zamanla o böyük sevgi peşəni insanın varlığına hopdurur. Ona görə sözünə, davranışına, zövqlərinə təsir edir. Nizaminin “kamil bir palançı” ideyası hər zaman aktualdır. Elə vətənpərvərlik duyğusu da işinin peşəkarı olmaqdan başlayır. Öz işinlə vicdanla, sevgiylə, şövqlə məşğul olursansa, şəxsiyyətsən deməli... Bu, öz yerində. Amma məsələnin digər tərəfi də var ki, istedadlı insan bütün sahələrdə fərqlidir. Bu baxımdan hansısa sahədə yüksək peşəkarlıq səviyyəsinə çatmış insanın ayrı nə iləsə maraqlanması, özünü orda da realizə etmək arzusu təbiidir.

Son günlərdə ədəbiyyatsevərlərin bayramına çevrilmiş “Fizika və Lirika” konfransı da məhz bu ideyanı təbliğ edir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi ilə başlanan ədəbiyyat təntənələri “Fizika və Lirika” konfransı ilə gündəmi başqa bir ovqata köklədi. Şamaxıya, ulduzlara bir az da yaxın, sonra Moskvaya, bu dəfə də fiziklərin mərkəzi olan Dubnaya kimi gedib çıxdı müzakirələr. Soyuq və yağışlı gündə müxtəlif ölkələrdən gələn qonaqlarla birgə Şamaxıda Nəsrəddin Tusi adına rəsədxanada müşahidə etdiklərimi bölüşməzdən əvvəl bu tədbirlərin sənət adamlarına təsiri haqqında yazmaq istərdim.

Məsələ burasındadır ki, müasir zamanda tədbirlərin bolluğunda belə yığıncaqların, konfransların faydası nədən ibarətdir sualı ortaya çıxır. Heç şübhəsiz ki, faydası çoxdur. Həm bu günə aid, həm də yaxın və uzaq gələcəyə hesablanmış faydası. Elə........

© 525-ci Qəzet