We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“Sosial”laşan ömrümüz...

5 0 0
08.09.2018

Bugünlərdə Milli Məclisin Elm və təhsil komissiyası yeni “Ümumi təhsil haqqında” qanunun ilkin variantı barəsində açıqlama verib.

Komitə sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni qanuna görə məktəbəqədər və orta təhsil müəssisələri şagirdlərinin məktəbdə mobil telefonlardan istifadəsi qadağan oluna bilər.

Hələ qanun layihəsi müzakirə ediləcək, bütün digər müddəaları kimi, bu qeyd etdiyim bənd də ölçülüb biçiləcək. Amma elə bu problemin ortaya çıxması, qanun səviyyəsində müzakirəsi artıq mövzudur, düşünmək üçün səbəbdir. Sual yaranır: şagird hardasa çantasının dibində gizlətdiyi telefonunu yalnız məktəbdən çıxanda götürüb valideyninə zəng etsə, yaxud doğmalarıyla əlaqə saxlasa, nə olar ki? Məsələ burasındadır ki, çantanın dibində qalan dəftər-kitab olur, telefon isə dərsdə, küçədə, bayırda, yemək yeyəndə, yatmağa gedəndə - həmişə, hər yerdə əllərindən düşmür çağdaş nəslin. Bu isə problemdir, ciddi problem. Azad, demokratik dünyada bütün bunların qarşısını almaq mümkünsüzdür, amma gənc nəslin düzgün tərbiyələnməsindən ötrü qadağaların qoyulması da yol veriləndir. Qətiyyən səhv anlaşılmağımı istəməzdim, uzun illərdir ki, informasiya texnologiyaları mütəxəssisi ilə bir damın altında yaşadığım üçün çağdaş texnikanın, internetin və sosial şəbəkələrin üstün tərəflərindən də xəbərsiz deyiləm... Amma...

İnsani dəyərlərin, xalis hisslərin, real münasibətlərin sürətlə sıradan çıxmaqda olduğu müasir dünyada sosial şəbəkələr katalizator rolunu oynayır. Daha öncəki nəsil üçün “texnikalaşan” münasibətləri qəbul eləmək çətindir və buna görə onları geridə qalmış, köhnə fikirli hesab edən gənclər də az deyil. Amma bir epizodu yadıma salıb o “geridə qalmışlara” bəraət qazandırıram. Yaşlı nənə çoxdandı bir-birini görməyən nəvələrinin yanaşı otursalar da, heç dinib danışmamalarından narahat olur, “küsülüsünüz?” - soruşanda qızlar gülüşürlər, “yox, biz söhbət edirik” - deyirlər. Nənənin gözlərindəki təəccübü görüb əllərindəki telefonu göstərirlər - qrupda bir şey müzakirə edirik - deyirlər... Və beləliklə, zamanla iki barmaqla - yəni sadəcə klaviatura tıqqıldatmaqla qurulan ünsiyyətlər bütün digər ünsiyyət növlərini üstələyir. Canlı təmasın, üz-üzə, göz-gözə danışmağın üstünlüklərindən söz açıb müasir “yastı ekran” sevərlərin gözündə orta əsr nümayəndəsi kimi görünmək istəmirəm. Orta əsrlərdən danışmışkən Umberto Ekonun sözlərini yada salmaq yerinə düşər. Məşhur italyan yazıçısı, meduavist-alim, Avropanın orta əsrlər tarixinin dini cərəyanlarının, xristian təriqət və cəmiyyətlərinin mükəmməl bilicisi olan Eko muzeydə ziyarətçilərin qəribə........

© 525-ci Qəzet