We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

90 yaşlı Gənc Tamaşaçılar Teatrı - Fotolar - Video

2 0 0
07.12.2018

Bütün böyük işlər kiçik, sadə arzulardan başlanır... Arzu təməldir. Dünya başlanğıcını düşüncədən götürür.

Deməli, 1873-cü ildə Bakı realnı məktəbin şagirdi Nəcəf bəy teatr tamaşasına baxır. Və ana dilində tamaşa hazırlamaq arzusu baş qaldırır. Elə həmin bu arzudan danışırdım... Gələcəkdə dramaturq olacaq Nəcəf bəy Vəzirovdan söhbət gedir. Nəcəf bəy arzusunu Həsən bəy Zərdabiyə bildirir. Zərdabi Mirzə Fətəli Axundzadənin “Təmsilat”ını oxumaq və əsər seçmək üçün ona verir. Nəcəf bəy Vəzirov “Lənkəran xanının vəziri” komediyasını seçir. Tezliklə məhz onun rəhbərliyi və təşkilatçılığı, çağdaş dillə desək, rejissorluğu ilə şagirdlərlə birgə əsərə quruluş verilir. Həsən bəy Zərdabi məşqlərdə pedaqoq kimi, nəzarətçi simasında iştirak edir və hazırlıq prosesinə məsuliyyəti də öz üzərinə götürür. İlk tamaşa mart ayının 10-da “Nəciblər klubu” binasında (o zaman “Sobraniye” adlanırmış həmin bina) göstərilir. Afişdə isə əsərin adı “Sərgüzəşti-vəziri-xani Sərab” yazılır. Əsas rolları məktəbin şagirdləri Əlyar (Lənkəran xanının vəziri), Səməd (vəzir Mirzə Həbib), Nəcəf (Ziba xanım), Əsgər (Nisə xanım) oynayırlar. Afişdə adları yazılan “Nəcəf” - Nəcəf bəy Vəzirov, “Adıgözəl” isə gələcəyin ictimai xadimi Əsgər ağa Haqverdi oğlu Adıgözəlov Gorani idi.

Həmin tamaşanın göstərildiyi gün, 10 mart 1973-cü il teatrımızın yaranma tarixi hesab olunur... O zaman Nəcəf bəyin heç 20 yaşı tamam olmamışdı. Bu hadisəni ən bəsit dildə yozsaq, 20 yaşlı gənc başqa dildə tamaşa görüb həvəslənib və öz ətrafı, dostları ilə yenilik etmək istəyib. Amma belədə də sual çıxır ortaya, bəs Mirzə Fətəli öz dilimizdə, millətimizi, onun problemlərini əks etdirən pyes yazmasaydı, onda necə?! Elə Həsən bəy Zərdabi də bəzi çağdaş “ziyalıların” təbiri ilə “işin-gücün yoxdu?” sualını versəydi, köməyini əsirgəsəydi, gənc oğlanlar qadın rolu oynamağa razılaşmasaydılar?! Azərbaycanda teatr olmayacaqdı, hə?! Ya da çox gec olacaqdı... Bunu bir an belə təsəvvür edəndə adamın qolları yanına düşür.

Sənətin heç nəyə təsir etməməsi, heç nəyi dəyişməməsi düşüncəsi ilə qəti razı deyiləm. Zövqünə inandığım adamın primitiv bir adam görən kimi “get bir-iki kitab oxu” - deməsini eşidəndə təəccüblənirdim həmişə, axı 1-2 kitab adama nə edəsidir ki... Auditoriyaya girəndən, universitetdə dərs deyəndən sonra bunun effektini anladım. Doğrudan da kitab oxuyan adamın necə dəyişildiyini, üzünün-gözünün ifadəsinin dərinləşdiyini gördüm. Səhnə isə daha geniş kütlələrə müraciət üçündür. Həm də elə təməlindən teatr zövq vermək üçün yaradılıb. Özü də kimə? Allaha! Hə, qədim yunanlar teatrı Dionisi “əyləndirmək” məqsədiylə yaratmışdılar. Allahın kefini açırdılar ki, məhsulları bol olsun, şərabları çox olsun və yaşamaq daha rahat olsun. Məncə, bu qədər əsrlərdən sonra yenə heç nə dəyişilməyib. Elə Tiflisdə çıxan “Kavkaz” qəzeti də 25 mart 1873-cü il sayında ilk milli teatr tamaşası barədə məlumatda bu məqamı vurğulamışdı. Qəzetdə yazılırdı ki, tamaşa hazırlamaqda məqsəd müsəlman əhlinə zövq vermək olub. Bəli, müsəlman əhli, indiki halda xalq, lap elə kütlə nə qədər böyük zövq alsa, mənən nə qədər rahat olsa, yaşamaq o qədər sadələşər, daha doğrusu, böyük problemlər gözə görünməz. Yəqin elə bunu bildiyi üçün o hadisədən sonra Mirzə Fətəli Axundzadə Həsən bəy Zərdabiyə “ömrümü on il uzatdınız” yazıb təşəkkür edirdi.

Amma bu, başlanğıc idi... Sənətin qarşısında daha böyük işlər, balacadan böyüyə bütün xalqın mənəvi-estetik tərbiyəsi üçün daha böyük çabalar vardı...

90 İL GERİYƏ...

Elə Gənc Tamaşaçılar Teatrı da kiçik arzudan yarandı. 16 yaşlı Ağadadaş Qurbanov və onun dostlarının arzusu, təşəbbüsü ilə qurulan tamaşanın premyerası 1927-ci il mart ayının 15-də oldu. Afişada yazılırdı: “Bu gün Pioner dəstə rəhbəri Lətif Kərimlinin quruluşunda “Fırtına” tamaşası göstəriləcəkdir”. Həmin tamaşa ilə Azərbaycanda uşaq teatrının təməli qoyuldu. 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başladı. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman........

© 525-ci Qəzet