We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Aydın olmaq - Pərvin yazır

6 0 0
15.01.2019

Dilçi alim, ictimai xadim Aydın Məmmədovun 75 illik yubileyinə həsr olunur

Əfsanə adamlar var... Hər sözləri aforizmə çevrilir, zarafatları dillərdən düşmür, müxtəlif miflər, rəvayətlər, əfsanələr qoşulur adlarına. Zamanla özünəməxsusluqdan çıxır bu adamlar, əvvəl yaxın ətraflarına, sonra çoxluğa, bir az da zaman keçəndən sonra xalqa məxsus olurlar. Sanki artıq öz ömrünü yox, o çoxluğun arzuladığı, əfsanələşdirdiyi ömrü yaşayırlar. Ümumiyyətlə, belə adamlar necə seçilir, hansı məntiqə əsasən aparılır bu seçim, demək çətindir. Heç şübhəsiz, bu, hər şeydən əvvəl tale məsələsidir, amma xarakterin də rolu az deyil. Əvvəl öz kiçik çevrəndə seçilmək, başqa olduğunu dərk etmək, sonra yaşadığın kənddə, bölgədə, sonra ölkədə və s. Başqa adam həyatı yaşamaq üçün güc lazımdı hər şeydən öncə, zəiflər mübarizədə tez uduzurlar, döyüş meydanını tez tərk edirlər. Güclülərin isə, daha doğrusu, söylədiyim əfsanə adamların ölümdən sonra yeni bir "həyatı" başlanır... Danışdıqları söhbətləri, dediklərini, etdiklərini "xalq yaradıcılığı" yüz dəfə dəyişsə də, yenə adları ilə bağlanır müxtəlif fərqli hərəkətlər, orijinal fikirlər, iti zarafatlar.

Görkəmli dilçi alim, ictimai xadim Aydın Məmmədovun yubileyi ərəfəsində həm öz məqalələrini, həm də haqqında yazılanları oxuyanda, videolarına baxanda başa düşdüm ki, o da belə əfsanə adamlardandır. Cəmisi 48 il ömür sürən və 27 il bundan əvvəl dünyasını dəyişən alim haqqında danışılanlar və yazılanlar öz yaradıcılığından daha həcmlidir. Beş il öncə Yazıçılar Birliyində keçirilən yubiley tədbirində də ən çox haqqında danışılan xatirələr, miflər təsirləndirmişdi məni. Məclisdə olanlar hamısı onun orijinal xarakterindən, dərin intellektindən və qeyri-adi hafizəsindən danışırdılar. O zaman Rəşad Məcidin Aydın Məmmədovu qısaca xarakterizə etməsi heç yadımdan çıxmır: "Aydınla eyni proseslərdə iştirak edən adamlar, onu tanıyanlar Aydını heç vaxt unuda bilməzlər. Aydının işıqlı obrazı, nurlu xatirələri hamımızın qəlbində yaşayır. Uşaqlıqda bu ifadəni eşidəndə düşünürdüm ki, insanın işıqlı obrazı bu qədər yaşaya bilərmi? Amma indi bu ifadənin şablon yox, həqiqət olduğunu bilirəm. Çünki Aydının ölümündən 22 il keçib, amma onun xatirəsi yaşayır, elə bil canlıdır, bizimlə bir yerdədir. Aydının şöhrətin pikində, bütün küçədə-bazarda hamının tanıdığı vaxtı da olub, həbsxanada dustaqlara ərəb əlifbasını öyrətdiyi vaxtı da. Aydının uzun cümlələr deyib insanları öz nitqi ilə heyrətə saldığı vaxtlarını da görmüşəm, kədərli........

© 525-ci Qəzet