We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Don Kixano... - Pərvin yazır

6 0 0
09.11.2018

Elm çox sadə bir tərif verib, bircə sözlə ifadə edib, adını “altruizm” qoyub. Alter - başqaları demək imiş.

Özgələr üçün yaşayan, özünü düşünmədən ömrünü başqaları yolunda fəda edən adamı “altruist” adlandırırlar. Eqoistin antonimidir. Bu izahların nə qədər bəsit olduğunun fərqindəyəm. Elmin termin kimi, nə bilim düstur, formula kimi üç-beş kəlmə ilə ifadə etdiyindən sənət ölməz bir əsər yaradır və bu əsər yüz-yüz illər boyu insana, insanlığa təsir göstərir. Görünür, sənətin gücü məhz bundandı; dünyanı öz dilində, öz üsulları ilə öyrətməkdə! Bunun üçün nə tələb olunur? Peşəkarlıq, istedad, zəhmət, dünya duyumu və müşahidə qabiliyyəti, bütün bunlar aydındır... Amma başqa səbəb də var məncə: hikkə! “Sizə göstərərəm” - düşüncəsi, “Mən elə mənəm!” - bəyanatı... Dərinə gedəndə bəlkə heç kiməsə nə isə sübut etməyə ehtiyac da yoxdur. Sadəcə özünü anlamaq, bildiyini, bacardığını özünə nümayiş etdirmək, bir də boşuna yaşamadığına inanmaq üçündür hər şey.

Migel de Servantesin özünü, istedadını sübut etmək istədiyi “başqaları” çox idi. Nə qədər paradoksal səslənsə də, gücünü rəqiblərinə göstərmək üçün “altruizm” simvoluna çevrilən qəhrəman yaratdı... Əfsanəvi Don Kixotu dünyaya bəxş etdi!

Uşaqlığından çətin və məhrumiyyətlərlə dolu həyat yaşayan, maddi problemləri mənəviyə, fiziki ağrıları ruh əzablarına qatan Servantesin yazmaqdan savayı yolu yox idi. Düzdü, hərbidə qulluq edirdi, ailəni çətinliklə də olsa dolandırırdı, hələ arabir sənədləşmələrdə etdiyi səhvlər ucbatından həbsə də düşürdü. Amma bununla belə bir-birinin ardınca uğursuz pyeslər yazır, yaxud yumşaq desək, “Qalateya” kimi şöhrət gətirməyən əsərlər ortaya qoyurdu. Onu belletrist hesab edən, hətta qrafoman adlandıranlar da tapılırdı. Bu da azmış kimi, Migelin sağalmaz ruh böhranları yaşadığı zamanda müasiri və həmyerlisi Lope de Veqa bir-birinin ardınca uğur qazanırdı. Özü də zahirən çox sadə, asan yolla: teatrda pivə çəlləyinin üstündə oturub bir yandan içir, bir yandan yazırdı, elə ordaca, məşq gedə-gedə qəhrəmanların dialoqlarını dəyişir, hətta yeni personajlar daxil edirdi əsərə. Lope de Veqa təxminən 1800 səhnə əsəri yazmışdı ömrü boyu, bunlardan 80-i klassik pyes kimi qəbul edilmişdi və müəllifinə şöhrət gətirmişdi.

Beləliklə, ardıcıl uğursuzluqlar, həmkarın kinayəsi, oxucunun etinasızlığı, şəxsi həyatdakı ürək açmayan mənzərə, hələ üstəgəl, “azadlığın məhdudlaşdırılması”, bütün bunlar hikkələndirdi Migel de Servantesi, dedi ki - mən sizə göstərərəm və özünə qədərki üslub və mövzuları darmadağın etmək qərarı verdi! Və nə qəribə, dünyanın ən kədərli hekayəsini, ən yumşaq adamını, sağalmaz altruistin yaratdı: Lamançlı Don Kixotu!

OXUCU... CƏNGAVƏR, YOXSA?

Migel de Servantesin qəhrəmanı sadə dillə desək, oxumaqdan ağlını itirib. Adi, gündəlik həyatda kifayət qədər səviyyəli bir adam olan Don Kixano yüzdən çox roman oxuyandan sonra cəngavərlik eşqinə düşüb. Daha doğrusu, düşünür ki, dünyanı, məzlumları, köməksizləri xilas etmək onun missiyasıdır. Əslində, “Don Kixot” ilk postmodernist əsərdir, çünki klassik cəngavər romanlarına ironiya olaraq yazılıb. Hətta Bayron belə Servantesi günahlandırırdı, Don Kixotla cəngavərliyə son qoydu - deyirdi. Amma tarix, zaman hər şeyi yerbəyer edir, hətta Don Kixotun yerini, missiyasını belə.

Migel de Servantesin “Lamançlı Don Kixot”u ilə eyni vaxtda dünyaya ikinci bir dahiyanə əsər də gəlmişdi, Vilyam Şekspirin “Hamlet”i... XIX əsr rus ədəbiyyatının klassiklərindən biri, rus cəmiyyətinə Avropa düşüncə tərzi ilə yanaşmağa çalışan Turgenev “Hamlet və Don Kixot” əsərində bu iki qəhrəmanı müqayisə edirdi və məqaləni dönə-dönə oxuyanda qəribə bir rus romantikası gözdən yayınmır. Turgenev deyir ki, Hamlet də Don Kixot da yel dəyirmanını görürlər, Don Kixot heç düşünmədən onu zalım sehrbaz bilib hücuma keçir, əzab çəkir, yaralanır, amma yolundan dönmür, Hamlet isə düşünür, baxır bunun dəyirman, yoxsa zalım olduğunu götür-qoy edir və bir azdan bilinir ki, o, doğrudan da insanlığa ziyan vuran qəddar varlığmış... Bir sözlə, Turgenev Hamleti eqoist, Don Kixotu isə bunun əksi kimi təhlil edir:

“Onda eqoizmin izi də yoxdur, o, öz........

© 525-ci Qəzet