We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Sevgiylə maariflən... - Pərvin yazır

7 0 0
01.10.2018

İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsinin əlyazmasının sonunda Mirzə Fətəli Axundzadənin belə bir qeydi var: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o, nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram”. 15 mart 1846. Mirzə Fətəli”.

Lap yəqin ki, Mirzə Fətəli “Rəşid bəy və Səadət xanım”ın əlyazmasını oxuyandan sonra yazıb bu sözləri, əsərdən yaranan ovqatını bu cür ifadə edib. Bu günlərdə tələbələrimlə birgə əsəri müzakirə etdikcə düşünürdüm görən nə idi böyük dramaturqu sevindirən? Axı əsər sadə bir sevgi romanıdır və bildiyimiz kimi, Mirzə Fətəli bu mövzuya qarşıydı, klassik ədəbiyyatın gözəllərin tərənümü ilə dolu nümunələrini qəbul etmirdi, hətta Füzuliyə münasibəti mübahisəliydi. Çünki zaman elə zamandı ki, daha aşiqin sevgi iztirablarından, yaxud gözəlin saçının kölgəsindən uzun-uzun yazmaq və danışmaq yersiz idi. Xalqı oyatmaq, oxutmaq, özü haqqında düşündürmək, buxovlardan azad etmək, çadranın və elmsizliyin qaranlıqlarından işığa çıxarmaq lazım idi. Millət azad, demokratik ölkənin vətəndaşı olmağa doğru söz-söz, cümlə-cümlə, kitab-kitab getməli idi. Axı müstəqil ölkənin qurulması təkcə siyasi, tarixi hadisə deyildi, həm də sənətin qələbəsi idi. Məhz XIX əsrin əvvəllərindən başlanan maarifçi hərəkat, dalğa milləti bir əsrlik yolu keçirib Cümhuriyyətə yetişdirdi.

Bəli, artıq zaman ayrı cür əsərlərin yazılmasını tələb edirdi. İnsanın qəlb sıxıntılarından, əzablı duyğularından, sevgisindən, həsrətindən, vüsalından yox, real problemlərdən yazmaq, bunlar haqda düşünmək vaxtıydı. Düzdü, daha öncəki yüzilliklərdə də ayrı-ayrı şeirlərdə şablon ifadəylə desək, zəmanədən şikayət motivlərinə, sinfi bərabərsizliyi və din xadimlərinin riyakarlığını tənqid edən, xalqı oyatmağa yönələn misralara........

© 525-ci Qəzet