We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Soyuğu unutduran klassika... - Pərvin yazır

3 0 0
22.12.2018

Şəhərdən çox da uzaq olmayan, amma o illərdə nə üçünsə unudulmuş, ucqar bir dağ kəndinə oxşayan Bakı qəsəbəsində keçib uşaqlığım.

Yayda bir qram su yox, boruların boğazında qalır olan-qalanı da, kələyini kəsən istidə quyuların ümidinədi sərinlik. O da əgər suyu şirindirsə... Əslində, duzlu göl yaxında olduğu üçün 10-12 metrlik əl quyularından Şollar suyu ummuruq, həm də neyləməli, Allah bərəkət versin, həyət-bacanı yumağa, məişətdə istifadəyə yarayır ki! İçməyə də ki, nə gəlib su maşınlarına, açıq qapağından suyu daşdıra-daşdıra da olsa, gətirib çıxaracaq ünvana, çəni doldur, artıq qalanını da qab-qacağa, vedrələrə, bidonlara, nə bilim lap kiçik fincanlara yığ və xoşbəxt ol. Bir də Kislovodska getmək imkanı olmasa da, Abşeron yaxındadı, bəd ayaqda ata-babanın taxta-tuxtadan düzəltdiyi bağa qaça bilərsən. Hələ dəniz, adama day nə lazımdı, ver özünü sahilə, göz işlədikcə masmavi su bolluğu, gün öləndən sonra da ilıq qumun üstündə uzan dincəl özünçün, qu tükündən yorğan-döşəyin belə verməyəcəyi rahatlıq içində.

Yay-yaz asandı ey, bəs qışda, qışda neyləyəsən?! Mavi yanacağa həsrət, yorğanlara sığınaraq keçirməlisən bir neçə ayı... Xəmir xörəklərindən tutmuş mehriban söhbətlərə kimi hamısı necəsə isidir gün-güzəranını, amma yenə də! Hər evdə odun peçi, hər məhəllədə gördüyümüz qalaq-qalaq odunlarla yadımda qalıb uşaqlığın qışları. Əslində, dərinə gedəndə bu, təkcə Bakının kəndlərinin problemi deyildi. Müharibədən gözünü açmağa fürsət tapmayan ölkə özünə gələ bilmirdi hələ. İtkilərin soyuğu, qaçqın düşərgələrinin, sığınacaq vaqonlarının tir-tir əsdirən soyuğu, ölümlərin buz soyuğu, Şəhidlər xiyabanının iliyə işləyən bumbuz soyuğu. Bunları canlı da olmasa TV ekranlarında görürdük, uşaq ağlı hər şeyi anlamağa yetməsə də, hansısa fəhmlə başa düşürdük, anlayırdıq... Anlayırdıq ki, soyuqdu!!! Qəribədi indi Bakıda “ən soyuq qış”, “son on ilin ən soyuq günü”, “son iyirmi ilin ən aşağı temperaturu” kimi statistikalara rast gələndə inanmaq istəmirəm, daha doğrusu, bu “ən”ləri hiss edə, duya bilmirəm. O illərlə müqayisədə soyuq deyil axı... Bir də havanın temperaturunu bircə sinoptiklərin məlumatına əsasən qavramaq, anlamaq, duymaq yanlışdı. Hava həmin havadı, amma hər kəsin öz “temperaturu” var... Bəzən buz fevral axşamı bahar kimi qalır yadında,........

© 525-ci Qəzet