We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Tiflis... Və Mirzə Fətəli Axundzadə... - Pərvin yazır

3 0 0
22.09.2018

Tiflis - deyirəm, ona görə ki, niyyətim bu möcüzə şəhərin əsrlər öncəki halından danışmaqdı. XXI əsrin cilaladığı, yenilədiyi küçələrdə gəzə-gəzə o illəri, Tbilisinin Tiflis vaxtlarını hiss etmək çətin deyil. Çünki burda müxtəlif mədəniyyətlərlə yanaşı, fərqli əsrlərin, illərin izləri də qorunub saxlanıb.

Parklarda hündür, ildən-ilə gövdəsini yoğunladıb qucağa sığmayacaq qədər qədim olan, kölgələri asfalt yolları belə səfalı edən ağaclar da, qəmbərlik, darısqal küçələr də, şəhəri ortadan bölüb üzü vətənimizə doğru axan, Araza qovuşmağa tələsən Kür də, qırmızı şərabı buynuz-qədəhdən son damlasına kimi başına çəkən qocalar da, qılınclarını zərblə bir-birinə vurub qığılcımların altında, milli paltarda rəqs edən cavanlar da köhnəlikdən danışır, keçmişdən xəbər verir. Hələ üç-dörd mismarı bir-birinə bağlayıb sənət əsərinə çevirən küçə sənətkarlarından, əlinə hansısa qədim musiqi alətini alıb gedən-gələni qəpik-quruşa əyləndirən “manıs”lardan danışmıram. Burda keçmişlə gələcək arasındakı indiki zaman “suraqat” bir ovqata köklənib. Yəni Kürün üzərindəki modern şüşə körpü bir məhəllə yuxarıdakı meydanın köhnə ab-havasına ziyan edə bilməz. Yaxud da çox müasir geyinmiş və gözəlliyi ilə göz çıxardan gürcü xanım bir oturuma yekə və yağlı xaçapurini yesə, təəccüblənmə... Əlini qulağının dibinə qoyub unudulmuş bir mahnını zümzümə edə-edə göz yaşı tökən qoca da beş dəqiqədən sonra cavanlara qoşulub atılıb düşə bilər. Bir neçə dəfə Tbilisidə olan adam kimi bu təzadlı ovqatları şəhərin təbiəti, havası ilə bağlamışdım. Gecənin ortasında birdən elə ildırım çaxır ki, deyirsən indicə qulaqların tutulacaq, yağış elə bil vedrədən tökülür, beş dəqiqədən sonra yağış da kəsir, sakitlik də çökür ətrafa, səssizlikdən vahimələnirsən... Amma arxayınlaşma, elə təzəcə yuxuya getdiyin yerdə iki qonşunun söyüşməyə bənzər söhbətindən dik atılacaqsan... Dava-dalaş eləmirlər, sadəcə hal-əhval tuturlar, vəssalam! Deyilənə görə, insansevərlikdə, qonaqpərvərlikdə, səxavətdə gürcülər həmişə bizlərlə yarışa giriblər. Buna aid çoxlu lətifələr də var: “Azərbaycanlı teatrın qarderobuna yanaşıb qırmızı onluğu uzadır, “qalıq lazım deyil” - deyir... Gürcü bunu görüb pulu uzadır və “qalıq da lazım deyil, palto da” - deyir...” Nədənsə, bu yerdə gürcü rəssamı Pirosmani yadıma düşür. Söhbətlər gəzir ki, “Million alıx roz” mahnısının tarixçəsi onun taleyi ilə bağlıdır. Fransız aktrisası Marqaritaya aşiq olan Pirosmani mahnıdakı kasıb rəssamın proobrazı imiş. Doğrusu, bunun həqiqət olub-olmamasını dəqiq bilmirəm. Amma hadisənin kökündəki fədakarlıq duyğusu məhz gürcü rəssamla bağlıdırsa, elə bircə bu rəvayət millət haqqında fikir söyləməyə əsas verir. Çünki millət kütlə deyil, ayrı-ayrı adamlardı, şəxsiyyətlərdi. Məsələn, heç bir savadı olmayan Pirosmaninin rəsmlərindəki sadədən sadə simalar, yaxud məşhur “Mimino” filmində təsadüfi bir zəngdən təsirlənən, dəstəyin o tərəfində gürcü mahnısı oxuyub kövrələn adam bu xalq haqqında təsəvvür yaratmırmı?! Amma bu xalqın insansevərliyi, istedadı, mərhəməti barəsində real əhvalatlar da çoxdur. Böyüklərimizdən eşitmişəm, deyirlər ki, lap çoxdan görmədiyin dostun Tbilisiyə gəlib oteldə qaldığını bilsə, dünyanı dağıdar, evinə aparar, axırıncı tikəsini yedirtməsə, özünün çəkdiyi şərabdan içirdib əyləndirməsə, əl çəkməz. Bəzən qonağı razı salmaqdan ötrü borca da girər. Elə indi də bu qonaqsevərliyi sadəcə şəhərin küçələrində gəzə-gəzə hiss etmək olur. Hətta ömründə eşitmədiyi dildə danışsan da, gürcü nəzakətlə cavab verməyə, yol göstərməyə çalışacaq, son ana kimi yanında durub köməyi əsirgəməyəcək. Bir sözlə, burda hər şey “doyumluqdu”; iki-üç xinqali yeyib partlayırsan az qala... Xarçonun acılığından ağzının “divarları” yanıb-tökülür və tez-tələsik doyur mədən... Bir qədəh tünd şərab başını gicəlləndirir, qanını qaynadan musiqi yerində oturmağa imkan vermir. Hər şey istidi - yemək də, musiqi də, münasibətlər də, şəhərin ab-havası da. Hətta qırmızı şərabı da soyuducuya qoymağa icazə vermirlər, Saperavini isti içməlisən, vəssalam, yoxsa küsərlər! Qafqazın adətlərini burda daha çox hiss edirsən elə bil. Bir də qəribə asudəlik, hətta bekarçılıq yağır Tbilisinin üz-gözündən. Görünür, indi bu şəhərin turistlərin cazibə mərkəzinə çevrilməsinin səbəbi həm də budur. Adam heç hara tələsməyən şəhərlə, onun sakinləriylə, simasına hopan tarixlə birgə dincəlir...

“TİFLİSLİ OLMAQ”

XIX əsr Tiflisin həyatında yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər. Gürcüstan əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra Tiflis Gürcüstan quberniyasının adminstrativ mərkəzi, həmçinin, rus ordusunun baş komandanlığının iqamətgahına çevrilir. Bununla da şəhərin iqtisadi və mədəni səviyyəsi getdikcə güclənir. Nəşriyyatların çoxalması, qəzetlərin işıq üzü görməsi, teatr binasının tikilməsi, müxtəlif ədəbi tədbirlərin keçirilməsi şəhərin ciddi bir mədəniyyət mərkəzinə çevrilməsinə səbəb olur.

Zamanla Tiflisin mədəniyyət paytaxtı olmasını ifadə etmək üçün Mirzə Cəlil Məmmədquluzadənin “Xatiratım” əsərinə müraciət yerinə düşər. Görkəmli........

© 525-ci Qəzet