We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Undum, qoğal olmuşam... - Pərvin yazır

7 0 0
06.10.2018

Sənət adamlarının həyatı öz-özlüyündə elə SƏNƏTdi... Bu mövzuda nə qədər romanlar yazılıb, filmlər, seriallar çəkilib.

Səhnəarxası hadisələr, hazırlıq, məşq prosesi, sənətçilərin özlərinəməxsus həyat tərzləri, bəzən qəribə xarakterləri və qəliz münasibətlər sistemi elə necə varsa, o cür maraqlıdır. Axı bugünkü tamaşaçını hər şey maraqlandırır, bəzən sevdiyi filmlərin çəkiliş məqamlarına baxmaq, hansısa texniki, yaxud yaradıcılıq sirlərini öyrənmək istəyir. Doğrusu, “mətbəxi” görmək, səhnədən dəb-dəbəsi ilə göz qamaşdıran dekorasiyanın əslində sadədən-sadə, adidən-adi olduğunu hiss etmək heç vaxt maraqlı gəlməyib mənə... Çünki sənət möcüzədir və o möcüzəyə inamı qoruyub saxlamaq lazımdır. Butaforları, dekoru, yalançı ağacları və kağızdan çiçəkləri bir az daha yaxından görüb süniliyinə əmin olmağa nə ehtiyac?! Hər halda əvvəllər belə düşünürdüm. Amma son vaxtlarda teatr adlı aləmə bir az daha yaxınlaşdıqca, dərindən tanımağa, anlamağa çalışdıqca, başa düşürəm ki, bütün bu zahiri dekorasiya sadəcə aktyor üçündür, ona yardımçıdır və Tolstoy demiş - kartondan kəsilmiş günəşi də, ağacları da canlandıran, onlara ruh verən aktyordur. Və bütün bunların hamısı sadə deyil...

Nədənsə Fellininin “Yol” filmi yadıma düşür... Yollarda qalan, o məhəllə sənin, bu məhəllə mənim - deyib küçə tamaşaları, sirk nömrələri göstərən sənətçilərin həyatını, xarakterini göstərir bu film. Həm də Culyetta Madzinanın canlandırdığı məşhur Celsomina... Yaxud Moemin “Teatr” romanındakı həyatının ikinci yarısına qədəm qoyan, amma heç vəchlə fəth etdiyi zirvəni itirmək istəməyən Culiya Lembert... Əlbəttə, bu iki qadını müqayisə etmək olmaz, sadəcə sənətlə yaşayan, sənətlə nəfəs alan insanı düşünəndə bunlar yada düşür. Və mən Gənc Tamaşaçılar Teatrının aktyorlarının hər tamaşa öncəsi, məşqlərdə necə ovqatdan ovqata düşdüklərini görəndə anlayıram ki, bütün zamanlarda sənət adamı yalnız bir ərazi və vaxt vahidinin içərisində yaşayır - SƏNƏT adlı zamanın və ərazinin... Və qəribədir ki, illər keçdikcə səhnə ilə həyat bir-birinə qarışır. Bəlkə anidən - bunu yaşamısan, yaxud oynamısan? - deyə soruşsan, cavab verməkdə çətinlik........

© 525-ci Qəzet