We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Avropa Parlamenti yeni cəbhə açır…

4 0 0
18.01.2019

Avropa Parlamenti və onun bağlı olduğu Avropa Birliyi Azərbaycanla işbirliyində maraqlıdır. Bu qurum ölkəmizin Avropaya inteqrasiyasından əldə edəcəyi faydanı hamıdan yaxşı dəyərləndirə bilir. Lakin elə qüvvələr və mərkəzlər də var ki, onlar da əsl məsələni başa düşür və ölkəmizin Avropaya inteqrasiyasını hər vəchlə əngəlləməyə çalışır. Həmin qurumlar durmadan Avropa Parlamentinin imkanlarından istifadə edir.

Yanvarın 17-də də belə bir cəhd oldu. Avropa Parlamentində Azərbaycanda insan haqlarıyla bağlı müzakirə aparıldı, növbətçi bir qətnamə qəbul edildi. Hazırda həbs cəzası çəkən Mehman Hüseynovun Azərbaycandan könüllü imtina etmiş qardaşı Emin Hüseynovun səyləri nəticəsində ictimai rəyə “Mehman Hüseynovla bağlı qətnamə” kimi təqdim edilən bu sənəd, əslində ümumilikdə insan haqlarına aiddir. Amma Emin Hüseynov o sənəddə adı keçən digər şəxsləri gözardı edərək yalnız öz qardaşının adını hallandırmaqla məşğuldur. Hər halda, onun belə davranması insan haqları nağıllarına inananlar üçün də bir diqqət nöqtəsi olmalıdır.

Qətnamənin tez-tələsik, araşdırma aparılmadan qəbul edilməsi haqqında artıq deyilib. Biz də, açığı, buna xeyli təəccüb edirik. Azərbaycan dövlətinin uyğun qurumlarından uyğun bilgiləri almaq, müzakirə açıb........

© axar