We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Belində çantası ilə intihar edən abituriyent...

8 0 0
16.05.2018

Artıq, hər qəbul imatahanı özü ilə təkcə sevinc gətirmir. Həm də qəm gətirir. Özü də bu qəm, imtahandan kəsilmək qəmindən daha dəhşətli olur... Artıq neçənci dəfədir ki, hər qəbul imtahanından sonra bir gənc, bir yeniyetmə öz həyatına qəsd edir...

Nə baş verir? Niyə gənclər çətin anlarda intihara əl atır? Necə olur ki, onları bu dünyaya bağlayacaq, yaşamağa davam etdirəcək iynə ucu boyda da bir səbəb qalmır? Necə olur, ailənin yeganə övladı özünə qəsd etmə dərəcəsinə çatır və bunu edir? Heçmi bir ip, bir bağ onu saxlamır? İnsan bu addımı atmağı düşünərkən nəyəsə görə dayanmalıdır, deməlidir ki, yox, filan şeyə görə mütləq yaşamalıyam... Bəs hanı ən kiçik bir səbəb, iynənin ucu boyda gələcəyə ümüd?

Aqressiv cizgi filmlər, kinolar, oyunlar və s. – tamam da, amma bütün bu mənfiliklərin fonunda insanın həyatında bir işıq olmalıdır, intihar etmək üçün çıxdığı on dörd mərtəbəli binanın pilləkənləri ilə yuxarı qalxdıqca, o bir işıq yanmalı idi onun qəlbində, onu geri qaytaran, ona “etmə!” deyən, ona “gəl........

© Dəyərlər