We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ramiz Rövşənlə Yafəs Türksəsin oxşarlığı

4 0 7
26.04.2018

Kulis.az Nizami Cəfərovun “Yafəs Türksəsin poetik səsi” essesini təqdim edir.

Keçən ilin sonlarında Yafəs Türksəs “Kardioqram sətirlər”, “Baycanın Simfoniyası”, “Ögey Tale”, “Dördüncü Məkanın Simfoniyası”, “Ultra suallar” və “Canlı yayım”dan sonra yeddinci şeir kitabını – “Əllərimin sualı”nı oxuculara təqdim etdi.

O qədər də böyük həcmli olmayan, altmışdan bir az çox şeirin toplandığı bu kitabda elə bir misra tapmaq çətindir ki, arxasında Həyat, onun çoxspektrli hissləri, duyğu-düşüncə mənzərələri və bu mənzərələrin təbii relyefi dayanmasın...

Bir sevgi uydurmuşam

Uşaq evcik quran kimi.

Köçəcəyəm o evciyə

ürəyini alan kimi...

...Hazırdır sevgi məktubum da,

Təkcə nöqtəsi qoyulmayıb

...oxuyub doymaq olar

Nöqtəyə nə var

Göz yaşıyla da qoymaq olar.

Və şair uydurduğu bu sevgi - evciyini Tanrının bəxşi sayır...

Qoy dünya gülməsin

Bu yaşdakı cocuğuna.

Nə bilim, bəlkə Tanrım verib

Mənə bu əzabı

günahkarı olduğum

bir sevginin acığına.

Məsələ burasındadır ki, kitabdakı şeirlər ideya-ovqatca bir-birilə o qədər səsləşir ki, bütöv bir lirik poema təsiri bağışlayır.

Və bu “poema”nın........

© Lent.az