We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Bern möcüzəsi

5 0 0
09.09.2018

1954-cü il. İkinci cahan savaşında Almaniyanın dəhşətli məğlubiyyətindən cəmi 9 il ötüb. Ölkə dörd qalib dövlət tərəfindən işğal zonalarına bölünüb. 1949-cu ildə Almaniya rəsmən iki dövlətə - üç Qərb dövlətinin işğal zonalarından ibarət Almaniya Federativ Respublikasına (Qərbi Almaniya) və sovet işğal zonasından ibarət Almaniya Demokratik Respublikasına bölünür.

Ölkənin ərazicə kiçik, lakin daş kömür ehtiyatına görə iqtisadi əhəmiyyəti böyük olan Saar vilayəti hələ Fransanın protektoratı altındadır və gələcəyi qeyri-müəyyəndir. Şəhərlər və kəndlər xarabalıqlardan ibarətdir; bəzi proqnozlara görə təkcə dağıntıların təmizlənməsinə 30 il vaxt lazımdır.

Bir xalqın və dövlətin məruz qala biləcəyi ən ağır məğlubiyyəti yaşayan almanlarda natamamlıq və uğursuzluq kompleksi yaranıb. Onların bu vəziyyətdən necə və nə vaxt çıxa biləcəkləri, ümumiyyətlə, çıxa biləcəkləri sual altındadır. Lakin bu zaman tamamilə gözlənilməz sahədə elə bir inanılmaz hadisə baş verir ki, almanları bir millət olaraq yenidən ayağa qaldırır: Almaniya Federativ Respublikasının futbol üzrə milli komandası dünya çempionu adını qazanır.

***

İsveçrədə keçirilən sayca beşinci dünya çempionatının əsas favoriti Macarıstan millisi sayılırdı. 1949-cu ildən komandaya rəhbərlik edən Qustav Şebeşin yetirmələri 1950-ci ildən etibarən heç bir oyunda məğlub olmurdular. İlk növbədə komanda oyunu ilə seçilən Macarıstan millisinin bütün xətlərində ulduz futbolçular çıxış edirdi. Bununla belə, Puşkaş, Koçiş, Çibor, Hideqkuti kimi futbolçuların oynadığı hücum xətti xüsusilə güclü idi. Elə təəssürat yaranırdı ki, macarlar istənilən komandaya istədikləri qədər qol vura bilərlər.

1952-ci ildə Helsinkidə keçirilən yay olimpiya oyunlarının futbol turnirində macarlar qasırğa kimi əsərək, qarşılarına keçən hər kəsi məhv etdilər. Onlar Hindistanı 10:1, İtaliyanı 3:0, Türkiyəni 7:1 udaraq yarımfinala çıxdılar. Başqa sözlə, üç oyun nəicəsində vurulan və buraxılan qolların fərqi ağlasığmaz idi, 20-2.

Yarımfinalda macarlar olimpiya çempionu titulunun sahibi İsveç millisi ilə qarşılaşdılar. Heç olmasa bu........

© MeydanTV