We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Niyə ''russektor''da şagirdlər artır?

3 0 0
25.09.2018

Bu il orta məktəblərin rus dili bölməsinə müraciət edənlərin sayı o qədər çox olub ki, müəllim, məktəblərdə şagird yeri çatışmayıb, inzibati müdaxilələr olub. Rayonlarda hətta uşaqları müdiriyyət özbaşına o sinifdən bu sinifə, rus dili bölməsindən Azərbaycan dili bölməsinə keçirib.

Bəs səbəb nədir bu basabasa? Niyə get-gedə daha çox valideyn uşaqlarının rusca təhsil almasını istəyir? Bu, “cool” görünmək istəyidir, yoxsa rus dilində ədəbiyyatın çoxluğuna görə, valideynlər uşaqlarının daha çox kitab oxumasını istəyirlər?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2010-11-ci tədris ilində rus dili bölməsində təhsil alan şagirdlərin sayı 90235 nəfər idisə, 2017-ci ildə bu ədəd 130 minə çatmışdı. Əlbəttə, əhalinin təbii artımı da var, amma rus dili bölməsində oxuyanların faiz nisbəti də son illər üzü artmağa gedir.

Valideynlər uşaqlarını rus dili bölməsinə qoymalarını belə izah edirlər ki, bu bölmədə Azərbaycan dili bölməsinə nisbətən daha yaxşı dərs keçilir, uşaqlar daha çox dünyagörüşünə yiyələnirlər, daha aktiv və müasir olurlar. Bəs bu bölmələr arasında belə fərqin yaranmasının səbəbi nədir?

Deyilə bilər ki, SSRİ dövründə qəsdən belə fərq yaradılmışdı. Amma rus dili bölməsində son artım SSRİ-nin dağılmasından xeyli sonra baş verir. Hesab edirəm ki, SSRİ çoxdan dağılsa da, köhnə partnomenklatura, “əqidəli korrupsioner kommunistlər” hələ də hakimiyyətdədirlər. Ona görə də nəticə bu........

© MeydanTV