We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qərb cəbhəsində təbəddülat var

6 0 0
02.11.2018

Uğur elə bir şeydir ki, insanlar özlərini buna nail olanlara bənzədirlər. Bəzən dəxli olmayan tərəflərinə. Saç düzümü, səs tonu və s. kimi. Son dövrlər dünyada uğur qazanan siyasi cərəyan populizmə söykənən ifrat sağdır. Brexit, Trump, Ərdoğan, Orban, Polşa, Braziliya, Hindistan və s. qələbələri bu cərəyanı trend halına gətirib.

Bəs onlar nə edirlər? Qlobalizm, sol, liberalizm əleyhinə çıxırlar, azlıqların hüquqlarını, qadın hüquqlarını tanımırlar, millətçiliyə əsaslanırlar, bəşəriyyətin son yarım əsrdə əldə olunmuş nailiyyətlərini - Avropa Birliyini, Paris Müqaviləsini, BMT-nin müxtəlif konvensiyalarını tərk etmək istəyirlər, əvəzində hər şeyin qabağına "milli" sözünü qoyub, siyasətlərini bunun üzərində qururlar.

Nəticədə bütün bunların əleyhinə olan, qloballaşma, beynəlmiləlçilik, hüquq bərabərliyi və s. ideyaları dəstəkləyən, Avropa Birliyini, BMT-ni........

© MeydanTV