We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Bir ədəbi nəsilin həzin nekroloqu...

4 0 0
25.04.2018
25 Aprel 2018 [10:27]

Elnur Astanbəyli


***


Uzun sürən ölgünlükdən sonra yeni yüzilliyin ilk onilliyinin əvvəllərində Azərbaycanda qaynar, canlı bir ədəbi ortam yaranmışdı. Azad Yazarlar Ocağının (AYO) və onun nəşri "Alatoran” dərgisinin öncüllüyündə yeni yaradıcı simalar ortaya çıxmış, bu simalardan daha gənc, yenilikçi qələmlərin qoşulması ilə ədəbi proses fərqli yön və sürət qazanmışdı.


Partiya və hökumətin hər cür dəstəyinə baxmayaraq, sovetdənqalma Azərbaycan Yazıçılar Birliyi (AYB) özünün ədəbi proses üzərində təsir imkanlarını tamam itirmiş, divarları kif qoxuyan bu qurumun əli ilə ədəbiyyatı dövlət nəzarətində saxlamaq mümkünsüzə çevrilmişdi. "Cin şüşədən çıxmışdı”: yeni çağın yazarları qollarında heç bir qandal, ağızlarında heç bir qıfıl istəmirdilər. Ki, doğru olan da bu idi.


Hər nə qədər kütlənin qulağını cırmaqlasa, camaat eşitməkdən xoşlanmasa da, uzun illər gizlədilməyə çalışılan ədəbi həqiqətlər ən sərt biçimdə dilə gətirilməyə başlamışdı. Sovet hakimiyyətinin onilliklər boyunca "böyük yazıçı”, "görkəmli şair” kimi təqdim etdiyi, ödülləndirdiyi, göz üstündə saxladığı adamların gerçək kimliyi, bədii çəkisi çılpaq şəkildə ortaya qoyulmağa başlanmışdı. Özəlliklə "60-cılar” kimi bilinən ədəbi nəsilin ədəbi prosesdə süni hegemonluğuna son qoyulmaqda idi.


Hələ də yaradıcı ortamın tormozlayıcısı kimi çıxış edən, ədəbi ortamda hər şeyi öz kontrollarında görməyə alışmış və bunun əksini hətta düşünmək belə istəməyən bu ədəbi nəsilin "toxunulmazlığı” faktiki olaraq, başa çatmışdı. İndi yeni ədəbiyyat onların iradəsindən də, idarəsindən də (AYB) tamamilə kənarda yaranırdı.


Bu sətirləri yazdıqca ağlıma gəlir: əslində 2000-ci illərin ədəbi mənzərəsini ümumiləşdirmək, bu gün, təqvim yeni yüzilliyin ikinci onilliyinin sonlarına yaxınlaşarkən necə də rahat və asandır. Osa yuxarıda sadaladıqlarımın hər biri çox çətin, ağır şərtlər altında mümkün olmuşdu. Yeni yaradıcı nəsilin qarşısında güclü bir tərəf vardı. Maddi inkanları bir yandan, kürəklərində dövlətin əli,........

© Mia.az