We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Niyə hücuma keçmirik?.. – Kimdən qorxuruq?..

3 0 265
25.04.2018

Onsuz da hər gün azı, 10-15, hər il 4-5 min torpaq dərdli qaçqın vərəmləyib, təsadüfi gülləyə, qəzaya tuş gəlib dünyadan köçür...


Bu sual 3-cü onillikdir ki, Azərbaycanı sevən hər kəsi, xüsusən işğal altındakı yurdlarımızın əsl sahiblərini – o torpaqlardan didərginləri düşündürür...


***


Dünən daşnak ermənilər müstəqil(!) Azərbaycanın hüquqi ərazisində - işğal altındakı Xankəndinin mərkəzində Azərbaycan və Türkiyənin bayraqlarına nümayişkaranə şəkildə od vurdular, onları tapdaladılar...


***


Bir müstəqil(!) dövlət üçün bundan böyük təhqir ola bilərmi? Sənin öz torpağında, öz şəhərində dövlət bayrağını, qardaş dövlətin bayrağıyla birgə yandırıb-tapdayırlar... Bayraq şərəfdir, namusdur, qeyrətdir...


***


Daha nəyi gözləyirik? Sabah eyni hərəkətin Gəncədə, Bərdədə, Tərtərdə, Yevlaxda, bir az sonra da Bakıda təkrarlanmasınımı?..


***


Bir dövlətin yalnız bayrağının yandırılması kifayətdir ki, bu hərəkəti təşkil və icra edənlərə qarşı qəti cəza tədbirləri görsün...


***


Sabah Allah eləməmiş, biri Bakının mərkəzində üçrəngli bayrağımızı yandırsa, tapdalasa, ona qarşı nə edəcəyik? Əlbəttə ki, yerin deşiyində də olsa, tapıb həbs edib müvafiq maddə ilə cəzalandıracağıq. Bəs həmin adam məhkəmədə sual versə ki, 27 ildir, Xankəndində bayrağımızı yandırıb-tapdayanları niyə həbs etmirsiz? Onda nə cavab verəcəyik?.. Deyəcəyik ki, qorxuruq, Xankəndinə, öz torpağımıza girə bilmirik?..


***


Məgər hücuma keçmək üçün, köhnə kişilər demiş, girəvə deyil? Sərkisyan devrilib... Moskva başını itirib, onun Qarabağdakı separatçı oyuncağı Bako Saakyan ora-bura vurnuxur... İrəvanda həm iqtidar, həm müxalifətlə tələsik görüşlər keçirir... Rusiyanın başı o tərəfdən də ABŞ-ın təzyiqlərinə, iqtisadi durumuna, Suriyaya qarışıb...


***


Özü də birbaşa hərbi hücumdan söhbət getmir... Bütün müstəvilərdə: siyasi, ictimai-siyasi, diplomatik və s. qəti hücum gərəkdir...

***


...Qarabağın yağılardan azad edilməsi məsələsi haqda düşünəndə daim bir fakt ağlıma gəlir: işğal altındakı torpaqlarımızda doğulmuş, o yurdlarda yaşamış, o yerlərin gözəlliyini bilavasitə görmüş neçə soydaşımız, vətəndaşımız həyatdadır... Hamımız yaxşı bilirik ki, bu insanların sayı gündən-günə, aydan-aya, ildən-ilə azalır...


***


2018-ci ilin martına olan rəsmi statistik məlumatlardan belə nəticəyə gəlmək olur ki, Azərbaycanda hər gün orta hesabla 156 insan dünyasını dəyişir. Əhalinin təxminən onda birinin doğma dədə-baba torpağından didərgin düşənlər olduğunu nəzərə alsaq, deməli, gündə, ən azı, 10-15........

© Moderator