We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

O günlərin ağrıları

5 0 0
18.01.2019

Hidayət Elvüsal


Görmüşük cana dəyən güllənin yeri qan verər, ağrıyar. Dəyməyən güllələrin yeri ağrıyır. Sənə, mənə, ona deyil, məhz BİZƏ dəymiş güllələrin yeri hələ də ağrıyır. 30 ilə yaxındır ki, bu yara qaysaq bağlamış. 30 ilə yaxındır ki, Qərənfilin göz yaşları qurumur. 30 ilə yaxındır ki, and içəndə üzümüzü AND yerinə tuturuq. “Leyli-Məcnun” məhəbbətinin sübutunu da orada, o AND yerində… İlham və Fərizənin timsalında hamı görüb. Görüb ki, bu millət cəsarətin, qətiyyətin və böyük məhəbbətin nə olduğunu bütün dünyaya bir daha bəyan edib.

Bizi güllələdilər, qırdılar, amma sındıra bilmədilər. Azadlıq yolundan dönmədik. Müstəqil olduq. Ən ali qurumlardan səsimiz ucaldı. Çoxları bizə möhtac oldu, qapımızı döydü. Qarşıladıq. Kömək........

© Modern.az