We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əkrəm, başına saldığı daşın altından boylandı…

6 0 5
07.01.2019

Susurdu xeyli müddət idi. Zatən cəmiyyət üçün marağını itirib bu adam. Öz doğma kəndi Əylisi erməni kəndi elan etməsinin ardından elə gözdən düşmüşdü ki, danışsa belə kimsənin bəyənəcəyi halı yoxdu. Danışdıqca özünü batırırdı və o üzdən danışmamaq işinə yarayırdı. Amma anlaşılır ki, bu qədər susqunluğa dözə bilmədi və əlinə verilən ilk fürsətdə gözünü yumub ağzını açdı…

Əkrəm Əylislidən danışıram. Adam necə ki, “Daş yuxular” romanıyla öz başına əbədi bir daş salmışdı, indi də bəzi qızışdırıcıların cılız hoydu-hoydusunun qurbanı olmuş gənc bloger Mehman Hüseynovla bağlı danışdırılıb. Öz başına saldığı daşın altından boylanmağa cəhd edib və o yaşda adama yaraşmayacaq dildə danışıb.

Mehman məsələsinə sonda toxunacağıq. İndiliksə Əylisə və bütünlükdə Azərbaycana xilaf çıxmış Əkrəm Əylislinin bir müsahibəsindəki bəzi fikirlərə diqqət çəkmək istərdim.

Adam deyir ki, Mehman yaşamalıdır. Yaşasın. Kimdir onu yaşamağa qoymayan? Biz də onun yaşamasını istəyirik. Zatən öləcəyi haqqında da bir işarət yoxdur ki. Bəs onda bu Əkrəm bu ahıl yaşında müdriklik sərgiləməliykən necə oldu ki, Mehmanın “yaşamayacağı” qənaətinə gəlib onun yaşaması üçün çağırış edir? Sən demə Mehman aclıq edirmiş və bütün dünya da bundan xəbərdarmış. Sanki dünyanın işi-gücü, dərdi-səri bitib də hansısa cırtqoz bir gəncin əməllərinin cəzasını çəkdiyi həbsxanada nə işlə məşğul olduğunu izləyirmiş…

Sonra da lap irəli gedib deyir ki, Azərbaycanda ziyalı yoxmuş. Onun cümləsi-ifadəsi qəti və birmənalıdır: ölkəmizdə ziyalı zümrəsi yerli-dibli yoxmuş! Bax, burada yaşım yol verməsə də bu ahıl çağında xərifləmiş adama deməyə məcburam ki, sən həqiqətən xəstəsən, xəstə!........

© Teleqraf