We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Xosrov bəyin müəmmalı həyatı - Foto

5 0 0
08.01.2019

Bu gün Azərbaycan Cümhuriyyəti xadimlərindən Xosrov bəy Sultanzadənin vəfat günüdür.

Xosrov bəyin mühacirət illəri ilə bağlı məlumatlar digər mühacirlərlə müqayisədə olduqca azdır.
Azərbaycandakı sonrakı nəsil qohum-əqrəbaları da bu barədə yetərli bilgiyə sahib deyillər. Ötən ilin bugünü sabahın erkən saatında Xosrov bəyin Fəriköydəki məzarı başında iki saat müddətində gözlədim. Ümidim var idi ki, bəlkə vəfat günündə tanımadığımız qohumlarından kimsə məzarı ziyarət edər.

Təəssüf ki, ümidim puç oldu.

Xosrov bəyin məzar daşında belə yazılıb: “Doktor Xosrov Sultanzadə. Sabiq Azərbaycan Milli Hökuməti naziri. ö – 07.01.1943. Unutmayacağım çox sevgili həyat yoldaşıma Allah rəhmət eləsin”.

Sultanzadə 1879-cu il martın 10-da Zəngəzur qəzasının Hacısamlı bölgəsində doğulub. İlk təhsilini Gəncə gimnaziyasında alıb, sonra Xarkov Universitetinin tibb fakultəsini bitirib. Tiflisə yerləşən Xosrov bəy uzun müddət bu şəhərdə həkimlik edib. 1917-ci ildə Müsavat Partiyasına daxil olub,........

© Teleqraf