We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Mənim dilənçi dostum

4 0 90
14.01.2019

Sağ əlində çamadan evdən çıxanda anasına demişdi ki, “Bakıya işləməyə gedirəm”. Bu, ali təhsil dalınca gəldiyim Bakıda ilk dostumun dilənçi olacağının təsdiq edilməsi idi. Bu həqiqət sonralar – “posyolka Kirov”da iki kirayə otaqdan birini mən, birini o tutub hər şey yerbəyer olandan sonra üzə çıxdı. Onun “28 May” metro stansiyasının üstündə diləndiyini gördükdən sonra... Bundan sonra onun “iş yeri” və “iş yoldaşları” haqda heç nə soruşmadım.

Şəhərin yaraşıqlı binaları, bahalı vitrinləri, işıqlı küçələri, nəhəng prospektin səkilərində gəzişən dəblə geyinmiş insanları, iri reklam lövhələri öz arxasınca çəkib gətirdiyi təkqol Poladın həyata dair ən kiçik ümidini xırdalaşdırıb gözəgörünməz etmişdi. Buna görə də onun tək qolla həyatın ətəyindən möhkəm yapışmaq cəhdləri mənə qəribə görünmüşdü. Bəlkə də özümü ələ verməmək üçün çox vaxt ona duyduğum yarı-ikrah, böyük hissəsi mərhəmət dolu hisslərimi gizlətmək üçün Poladın yanında bir qolla hərəkət etməyə çalışırdım. Az da olsa, bu vaxt qollarımın ikisinin yerində olmasından utanırdım. Bu, əzab çəkmək səviyyəsində deyildi, amma yanında olarkən, qollarımdan birini mümkün qədər........

© Teleqraf