We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı

4 0 0
26.04.2018

Bu gün KİV-lərdə, sosial şəbəkələrdə yayılan və Yerevanda cərəyan edən gərginliyi, Bakıda isə “Formula-1” yarışlarına hazırlığı əks etdirən fotolar hər iki ölkədəki kəskin təzadlı mənzərəni aydın göstərir
Seçkilər hər bir ölkənin ictimai-siyasi həyatının barometridir. Seçkilərdə cəmiyyətin nümayiş etdirdiyi aktivliyə, xalqın öz iradəsini ortaya qoymasına əsasən bu və ya digər ölkənin ab-havasını öyrənmək, nəbzini tutmaq mümkündür. Ermənistanda və Azərbaycanda keçirilən son seçkilər də hər iki dövlətin vəziyyətini dəyərləndirmək, müqayisələr aparmaq üçün önəmlidir. Bəli, iş elə gətirdi ki, bu dəfə işğalçı Ermənistanda və işğala məruz qalan Azərbaycanda seçkilər eyni ayda - apreldə keçirildi. Bəs artıq tarixə dönən seçkilər hansı nəticələri ortaya qoydu? Serj Sarkisyan rejiminin apardığı işğalçılıq siyasəti erməni xalqının həyatına hansı “xoşbəxtliklər”i gətirib və bu ölkənin perspektivləri hansı aspektdən dəyərləndirilir? Azərbaycanda əhval-ruhiyyə necədir? İşğalla üz-üzə qalan bu ölkə Cənubi Qafqazın lider dövlətinə çevrilməyi necə bacardı? Bütövlükdə, Azərbaycanın uğur hekayəsini tamamlayan mühüm faktorlar hansılardır?
Suallar çoxdur. Bəri başdan deyək ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaradıb. Bu gün Yerevanda cərəyan edən gərginlik ilə bağlı fotolar paylaşılır. Bakıda isə dünyanın bütün qitələrində həyəcanla izlənilən, təxminən 500 milyon tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına hazırlıq tədbirləri uğurla yekunlaşmaq üzrədir. Təkcə bu iki fakt hər iki ölkədə kəskin fərqli mənzərəni aydın şəkildə göstərir.
Forpost ölkədə Ermənistan və Qarabağ klanları arasında gərginlik daha da artacaq
Ermənistanda cərəyan edən hadisələri izləyən və müvafiq təhlillər aparan ekspertlər forpost ölkədəki ictimai-siyasi vəziyyəti və baş verənləri müxtəlif aspektlərdən dəyərləndirirlər. Ümumi qənaət isə ondan ibarətdir ki, forpost ölkədə gedən proseslər........

© Yeni Azərbaycan