We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ermənistandakı kriminal rejimə iyirmi il ərzində dəstək verən “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar

6 0 0
16.01.2019

Ekspertlər hesab edirlər ki, Sarkisyan rejiminə dəstək verən beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin xarici siyasətdə, beynəlxalq müstəvidə əldə edilən uğurlardan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın qətiyyətli mövqeyindən, prinsipial siyasətindən bəhs edib. Dövlətimizin başçısı keçən il Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, 20 il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini də vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistandakı kriminal rejimə 20 il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan “siyasətçilər” məsuliyyətə cəlb olunmalıdırlar. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə olub. Dövlət başçısı qeyd edib ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və........

© Yeni Azərbaycan