Vətəndaş nəyə vərdiş etməlidir?

İlham Hüseyn

Biz elə bilirik ki, həqiqət öləndə özümüz diri qalırıq. Yalanla həqiqətin savaşında həqiqət məğlub olursa, bizim sağ qalmağımız uğur, təsəlli deyil. Reallıq budur ki, hər dəfə həqiqət öləndə, biz də ölürük. Sadəcə nəfəs almağımız bizi aldadır.
Böyük həqiqətlərin kiçik yalanlara təslim edilməsi, əslində, cəmiyyəti öldürmək cəhdidir. Məsələn, uzun illərdi soyuducusu ərzaqla yüklənməyən vətəndaşa, analoqsuz inkişaf təbliğatı yükləyirlər. Biz elə bilirik ki, bankomatdan bu ayın təqaüdünü çıxarmağımız idarəçilik uğurudur. Biz hansı gəlirlərin qarşısında, hansı həyatı yaşadığımızı hesablaya bilmirik. Büdcədə profisit yaranırsa, neftin qiyməti qalxırsa, biz bunu soyuducumuzla əlaqələndirməyə həvəsli deyilik. Biz iqtisadi rəqəmləri tanımaq istəmirik, pensiya kartını yerləşdirəcəyimiz bankomatı tanımaq bizə kifayət edir.
Bizə “valyuta ehtiyatımız 68 milyard dolları ötüb” müjdəsi verənlərə, “niyə mənim veteran təqaüdüm 80 manatı ötə bilmir” sualı ünvanlamırıq. Minimum əməkhaqqının minimum ehtiyacı ödəmədiyi ölkədə sabitlik olmur. Əgər halal maaşınla halal qida tapa bilmirsənsə, əgər keyfiyyətsiz və bahalı ərzaqlar səni aptekə yönəldirsə, deməli, qeyri-sabitlikdir, təhlükə böyükdür, təhdid altındasan və.s
Bir ölkədə maaşın 45-55 faizi ərzağa xərclənirsə, o ölkədə idarəçilik yoxdur, sümürməçilik var.
Biz yarımcan edilmiş həqiqətləri öldürməklə məşğuluq. Bəli, rejim həqiqətləri gözdən salır, yaralayır, döyür, biz də canın alırıq. Susmaq, biganə qalmaq, zalıma hiddətlənməmək, həm də həqiqətin qatilinə çevrilməkdi.
Biz qaz limitini keçməməyi yox, limit dələduzluğundan xilas olmağı uğur saymalıyıq. Missiyamızın xaricdən ucuz dərman gətirtmək yox, daxildə süni bahalığın qarşısını almaq olduğunu dərk etməliyik. Kilosu 18 manata olan quzu ətinə həsrətlə baxıb, broyler toyuğunun vüsalına yetmək şükrlük hadisə deyil.
Bir dəfə cəhd edib, ölkəmizə riyaziyyatın gözüylə baxmalıyıq. “Bu ölkədə, bu qədər sərvətlə, bu xalq necə yaşamalıdır” sualını rəqəmlərin diliylə cavablandırmalıyıq. O zaman aldadıldığımızı, yalançı təsəllilərə qurban getdiyimizi, qızıl fürsətlərdən məhrum edildiyimizi aydın görəcəyik.
Avtoritar rejimlərdə təhsil təsadüfən zədələnmir. Təhsil məqsədli şəkildə elə vəziyyətə salınır ki, düşüncəmiz analiz qabiliyyətinə yiyələnib, tələb mərhələsinə keçə bilməsin. Məhz buna görədir ki, cəmiyyətin adekvat reaksiyası yoxdur. Əlbəttə, bu ətalətdə qorxunun, inamsızlığın, ümidsizliyin də rolu var. Amma bu tormozlayıcı faktorlar da qəfildən yaranmır. Biz sağlam düşüncədən uzaq düşdükcə, reqressiv meyllərin immunitetin gücləndiririk. Eşitdiklərimizi dərhal həzm etmək ənənəsini ləğv etməliyik.
Məsələn, rəsmi açıqlama budur ki, 2024-cü ilin ilk rübündə orta aylıq əməkhaqqı 10,8 % artaraq, 947 manat olub. Bu xəbəri vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addım kimi sırayırlar. Amma biz bu rəqəmlərə başqa rəqəmlərlə sual verməyi bacarmalıyıq ki, həqiqəti tapaq.

QOSHE - Yalan və həqiqət - İlham Hüseyn - Ilham Hüseyn
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yalan və həqiqət - İlham Hüseyn

65 0
07.05.2024

Vətəndaş nəyə vərdiş etməlidir?

İlham Hüseyn

Biz elə bilirik ki, həqiqət öləndə özümüz diri qalırıq. Yalanla həqiqətin savaşında həqiqət məğlub olursa, bizim sağ qalmağımız uğur, təsəlli deyil. Reallıq budur ki, hər dəfə həqiqət öləndə, biz də ölürük. Sadəcə nəfəs almağımız bizi aldadır.
Böyük həqiqətlərin kiçik yalanlara təslim edilməsi, əslində, cəmiyyəti öldürmək cəhdidir. Məsələn, uzun illərdi soyuducusu ərzaqla yüklənməyən vətəndaşa, analoqsuz inkişaf təbliğatı yükləyirlər. Biz elə bilirik ki, bankomatdan bu ayın təqaüdünü çıxarmağımız idarəçilik uğurudur. Biz hansı gəlirlərin qarşısında, hansı həyatı yaşadığımızı hesablaya bilmirik. Büdcədə profisit yaranırsa, neftin qiyməti qalxırsa, biz bunu soyuducumuzla........

© Azadliq


Get it on Google Play