Söz dünyası hər yeni kitabla daha maraqlı, daha diqqətçəkən olur. Təbii ki, həmin imzanın söz məkanına özü ilə birlikdə gətirdiyi Söz dəyərlidirsə, önəmlidirsə və ən azından diqqət çəkəndirsə, deməli, bu gəliş uğurlu olubdur.

Qarşımda bir kitab var, adı da maraqlıdır – «Dağlar qartalı». Mən bu kitabın müəllifini 1980-ci ildən tanıyıram, tələbəlik illərimizin gözəl günlərindən. Açığını deyim ki, o vaxtlar Tahirin şeir yazdığını hiss etməmişəm, bilməmişəm. Yalnız illər sonra mətbuatda yollarımız yenidən kəsişəndə onun imzası diqqətimi çəkib, həm jurnalist kimi, həm də şair kimi. İndi oxuyub gözdən keçirdiyim və beş fəsildən ibarət olan növbəti şeir kitabı demək olar ki, onun oxucuya və xüsusilə doğulduğu Yardımlıya hesabatdır. Çünki bu kitabda Tahir daha çox Yardımlının gözəlliklərinə və özəlliklərinə, tarixinə və bu gününə üz tutubdur. Şeirlərin xeyli hissəsi məhz bu torpağın dəyərli övladlarına həsr olunubdur. Həmin o şeirlərin əvvəlinə Tahirin tam səmimi şəkildə etdiyi qeydlər bir növ oxucunu öz qəhrəmanı ilə əvvəlcədən tanış edir. Təqdimatdan sonra gələn şeirlər isə onun ürəyinin səsi kimi bizim də könlümüzü oxşayır.

Kitabın 1-ci fəsli daha çox şairin özünə və sevgisinə ithaf olunub. Onun şeirlərində Tahir həm də özü-özü ilə danışır, sevgisinin poetik cizgilərini pıçıltılı bir şəkildə el-obaya bəyan edir. Və yazır ki:

Nə xoş bu dünyaya gəldiyim günə,

Alıb qucağına mələk gətirmiş.

Sən demə, verməkçün şair təbimi

Ömrümə, günümə mələk gəlirmiş.

Bu misralar bir növ şairin söz dünyasına necə gəlməsinə bir işarədir. Müəllif deyir ki, mənim söz dünyasına gəlişim təsadüf deyil, bu bir ilahi gücün, bir ilham pərisinin çağırışıdır. Onun çağırışına səs verib qələmimi götürüb sözümü yazmağa gəlmişəm.

Və yaxud:

Təpədən-dırnağa şersən ki sən,

İlməsi sevgidən sehirsən ki sən.

Qarşıma çıxalı bilirsən ki, sən

Təzədən dünyaya gələn şairəm.

Həqiqətən, səmimi və həm də ruh oxşayan, dinləyəndə adama bir rahatlıq gətirən duyğuların misralanmasıdır. Və deməli, bu misralar da bir bulaq zümzüməsi kimi oxucu ilə təmas qura bilir.Onun könlünə süzülür...həmsöhbət olur...

Yeri gəlmişkən, qeyd edim ki, Tahirin şeirlərində, özü də mövzusundan asılı olmayaraq sevgi və səmimiyyət xüsusi yer tutur. O, kimdən və nədən yazır-yazsın misraların canında,qanında sevgi birmənalıdır. Deməli, şair dostum sevdiyindən, sevgisindən yazmağı daha önəmli sayır və yazır ki:

Yenə dolaşırıq ləpədöyəndə,

Mavi sular sənə salıb mehrini.

Bəstəçi olubdur misralarıma

Sənə pıçıldayır dəniz şeirimi.

Bax, elə bunun özü oxucuya bir səhnənin, bir peyzajın mənzərəsini təqdim edir: yanaşı addımlayan, yalnız baxışları söhbət edən iki aşiqin əvəzinə dəniz danışır, ləpələr pıçıldaşırlar. Zənnimcə, bu romantika olmaqla yanaşı, həm də birtablodu... bir filimdən fraqmentdi... bir yaşantıdır. Deməli, şairin rəssamlığı da sözü duyduğu kimi şəkli görmək imkanları da yetərincədir. Və:

Ruhumu qoysan da ac, incimərəm.

Məndən hey gizlənib qaç, incimərəm.

Desən qollarını aç, incimərəm,

Mən səni Tahirsiz niyə qoyum ki?

Barəsində söhbət açdığım kitabın Yardımlı ilə bağlı olan boxçası kifayət qədər zəngindir. Bu bir coğrafiyanın təsviridir. Mən Tahirin şeirləri ilə Yardımlını gəzib-dolaşdım və bir az da yaxından tanıdım. Və daxilən əmin oldum ki, Tahirin bir məqsədi də doğma el-obanı, Azərbaycanın ona doğum ünvanı olan bir guşəsini oxuculara şeir dili ilə təqdim etməkdir. Məncə, o buna da nail olubdur. Çünki:

Uluqaya Vətən adlı

çiçəyimin ismətidi,

həyasıdı.

Babalardan miras qalan

səngərimdi!

Düşünürəm ki, bu kitabı oxuyan hər kəs daxili bir məmnunluq yaşayacaq. Həm şeirlərin yaratdığı ovqata, həm də oxucuya bağışladığı bilgilərə görə. Necə deyərlər, söz dünyasının yeni sözü uğurlu sözdür. Uğur olsun Tahir Uluqaya!

QOSHE - "Dağlar  qartalı"-nın  diqqəti  çəkən pıçıltıları - Əbülfət Mədətoğlu yazır - Əbülfət Mədətoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

"Dağlar  qartalı"-nın  diqqəti  çəkən pıçıltıları - Əbülfət Mədətoğlu yazır

7 0
04.12.2023

Söz dünyası hər yeni kitabla daha maraqlı, daha diqqətçəkən olur. Təbii ki, həmin imzanın söz məkanına özü ilə birlikdə gətirdiyi Söz dəyərlidirsə, önəmlidirsə və ən azından diqqət çəkəndirsə, deməli, bu gəliş uğurlu olubdur.

Qarşımda bir kitab var, adı da maraqlıdır – «Dağlar qartalı». Mən bu kitabın müəllifini 1980-ci ildən tanıyıram, tələbəlik illərimizin gözəl günlərindən. Açığını deyim ki, o vaxtlar Tahirin şeir yazdığını hiss etməmişəm, bilməmişəm. Yalnız illər sonra mətbuatda yollarımız yenidən kəsişəndə onun imzası diqqətimi çəkib, həm jurnalist kimi, həm də şair kimi. İndi oxuyub gözdən keçirdiyim və beş fəsildən ibarət olan növbəti şeir kitabı demək olar ki, onun oxucuya və xüsusilə doğulduğu Yardımlıya hesabatdır. Çünki bu kitabda Tahir daha çox Yardımlının gözəlliklərinə və özəlliklərinə, tarixinə və bu gününə üz tutubdur. Şeirlərin xeyli hissəsi məhz bu torpağın dəyərli övladlarına həsr olunubdur. Həmin o şeirlərin əvvəlinə Tahirin tam səmimi şəkildə etdiyi........

© Ədalət


Get it on Google Play