Adətimdi, hər səhər yuxudan oyanan kimi günümə şükür edib əlimi Tanrıya açıram. Və hətta bir şair duası da yazmışam. Yazmışam ki:

İlahi, əlimi açmışam sənə

Dərddən uzaq olaq, kədərdən qaçaq...

Bütün gecələri iş avandlığı –

Bütün səhərləri xeyirlə açaq...

Bu mənim günümün, anımın duasıdı. Onu öz-özümə də deyirəm, dörd divara da, ağaca da,daşa da, suya da. İçimdə də bir inam var ki, bütün dualar gec-tez qəbul olunur.Təbii ki, dua sahibləri istərlər ki, elə anındaca arzularına qovuşsunlar. Amma mən heç də o iddiada deyiləm. Ən azından ona görə ki, Tanrı bəndələri sırasında hələ neçə milyonuncu olduğumu dəqiqləşdirməmişəm. Bu sırada neçə milyardıncı bəndə olduğumu da bilmirəm. Ona görə də növbəyə girmək, növbəni pozmağa nə gücüm yoxdu, nə də cəsarətim. Guya olsa nə edərəm ki? Allahdan böyük Allah yoxdu. Deməli,onun növbəsini də pozmaq qeyri-mümkündü. Bax, bu mənada duanın nə vaxt qəbul olunacağını Allahın ümidinə buraxmışam... Özüm isə dərdlərimin çözümü ilə günümü keçirirəm...

Günlər dəbir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olan günlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümü o günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Və hərdən də öz-özümə deyirəm ki, bax, budur ipucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirim bütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrətdə, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamda özünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə və primitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda biraz ,əzabı da sinirmək asan olar. Deməli, həm də özünü də tanımış olarsan. Bilərsənki, nəyin cəzasıdı və nəyə görə çəkirsən.

Bu məqamda yaddaşımdan ilham pərisinə ünvanladığım bir şeirin həniri gəlib keçdi – duydum və xatırladım. O pəriyə yazmışdım ki:

Bənövşə tək açıldın

Ürəyimin üstündə...

Gözlənilməz gəlişdə–

De, qız, nədi qəsdin,nə?!

Çaşdım, titrədi səsim

Əlim əsdi nanə tək...

Sən də çaşdın deyəsən –

Əlini telinə çək!

Qarşılaşan baxışlar

Nəhayət ki, dil tapdı...

Sənə etiraf edim–

Gözəl görmək savabdı!

Bu çaşqınlıq, bu təlaş

Təbəssümdə ərisin...

Öpüm, ruhumla yavaş –

Mən bu ilham pərisin!

***

İndi qışın bu oğlançağında çox yerlərdə, o cümlədən doğuld o yerləri gözümün önünə gətirib məhz arxada qalan günlərimi xatırlamağa çalışıram. Həyətimizdəki su xəttinin donduğu düşür yadıma. Onu ya qaladığımız hansısa bir odun, ya da qaynar suyun hesabına açmağa çalışırdıq. Donmuş gölməçələrin üstündən ehtiyatla keçirdik. Hətta çayın axmayan, hardasa bir maneənin hesabına lillənən nöqtəsində buzu sındırıb əlimizi daşların altına salıb balıq çıxarmağa çalışırdıq...

Bunlar indi şirin bir xatirədi. Amma mən bu xatirəni yaddaşımı təzələmək üçün yox, bu günlərdəFəridə Rəhimlinin internet səhifəsində paylaşdığı qar dağı ilə bağlı gördüyüm mənzərənin içimdə yaratdığı kədər və həsrət dolu nüanslarını yenidən yaşamaq üçün diqqətə təqdim edirəm. Məhz həmin o mənzərə bütünlüklə kəndimin qış günlərinin görüntüləriilə üst-üstə düşürdü. qar altında qalan ağaclar, hətta həyətin, evin qapısını açmağa imkan verməyən qar tarı bütünlüklə yaddaşımdakı ilə eyni idi. Ona görə də söz yazmaq imkanım mənə rahatlıq vermədi. Və bir də gördüm ki, misralar bir-birinin ardınca düzülüb:

Belə istəyirəm ömrün qışını

Qar səssiz –durmadan yağa üstümə...

İlıq göz yaşı tək süzülüb bir az –

Hopa bələndiyim ağa – üstümə!..

Heyrət sərhəddini ötüb keçə səs

Titrəyə bu səsdən qar tikən qəfəs!

Saçından bəyaz tel ayıran bir kəs –

Onu al bayraq tək taxa üstümə...

Bu qar gerçəkdimi,yoxsa yuxumu

Görəndən gözümdən silir yuxumu!

Bilir ürəyimi,bilir ruhumu –

Allahım, bu dəfə baxa üstümə...

Hər yan ağappaqdı gerçək sözü tək

Nurdu bu mənzərə,nurlu gözü tək...

Duman da o qızın elə özü tək –

Qalxa asta-asta dağa – üstümə!

Əbülfət, sən indi qar havasında

Dinləndin bu qarın tar havasın da!..

Qatıb bir-birinə yar havasında –

Hopdura ruhuma,yaxa üstümə...

İndi gördünüzmü,niyə xatırladım qışı, şaxtanı?! Və bir də yəqin ki, bu xatırlamanın məni nə qədər içimdən oynatdığını da hər halda duymuş olarsınız. Çünki yazdığım şeir yaşadığım həmin anın pıçıltıları idi. Deməli,özüm-özümlə danışmaqla bahəm, həm də sizlərə nəyisə çatdırmağa çalışmışam. Lakin burda bir etirafı da edim ki, mən o qara, o şaxtaya üz tutub duamı demədim. Qorxdum ki, duam o qarda, o şaxtada donsun. Və...

Hə, həyatın hər üzünü görə-görə, adamların hər sifətinə baxa-baxa və hətta bəzilərinin içinibelə oxuya-oxuya dua etməyin də öz ləzzəti var. Axı, Tanrı hər kəsə öz ürəyinə görə verir. Kiminsə cəhdindən, əməlindən,hətta oynadığı rollardan asılı olmayaraq, başqasının payını əlindən ala biləcəyinəheç bir inamım yoxdu. Bir məqamdan başqa. Yəni həmin o rol oynayanlar milçəkdən başqa bir şey deyil. Milçək də həmişə ürək bulandırır. Şükürlər ki, ürəkbulanmasının kifayət qədər dərmanı var. Onlardan biri də əhəmiyyət verməmək, elə milçəyi milçək donunda da görməkd haqqına girmədən, hətta belə bir şeir də yazmışam:

Sözü küləyə tapşır

Məni fələyə tapşır...

Xatırlamaq istəsən–

Bir də ürəyə tapşır...

Al əli, ələ saxla...

Əlinə bələ,saxla...

Ruhuna yük sevgimi –

Könlündə hələ,saxla...

Bir telin ucunu düy

Bir qəlbin içini duy...

Ürəyini ağrıtma–

Dözməsən dizini döy!..

Xəyalı çəpər elə

Özünə təpər elə...

Təklikdən çıxmaq üçün –

Yol tap, bir təhər elə!..

Bil, daşı daş yeyəndə

Kipriyi yaş yeyəndə...

Bir udum dözüm gəlir–

"Ah” çəkib "kaş”deyəndə...

***

İnsan öz durumunu, öz gerçəkliyini və bir də içindəki sevgi və nifrəti göstərmək zorunda deyil. Yenə bir məqamdan başqa. Yəni artıq duyulmursa, hiss olunmursa,görünmürsə, onda hansısa bir formada öz haqqını göstərməyə məcbursan. Belə məqamda da görünməsə, onda qalır qarşı-qarşıya gəlmək. Bunu isə heç kimə arzu etmirəm. Ən yaxşısı sakit və anlayışlı şəkildə ömür payını yaşamaqdı...

Bəli, qış havalı, qış ovqatlı indiki anımda bir sözün işığını açıq şəkildə görürəm və özümü o işığa tərəf can atan varlıq hesab edirəm. Ola bilsin ki, o gördüyüm işıq deyil, ilğımdı. Amma hər nə olur olsun, indiki anımda mən onu işıqkimi qəbul etmişəm. Və bu işığın da gücünə bələdəm. O, həyat əlamətidi. Deyə bilərsiniz ki, bəs sən kimsən? Onda bu misraları oxuyun:

Mən bəlkə də heç kiməm

Bəlkə də sonuncu "ah”...

Bəlkə də bu dünyada–

Günahın özü günah!..

Əlim küləkdən tutub

Ayağım hava üstə...

Yer məni elə udub –

Gedir tay dava üstə...

Dözülməzdi tənhalıq

Dözülməzdi dörd divar...

Düşünün siz biranlıq –

Kimin lal, kar dərdivar?!

Bölüşmək çətinləşib

Qeyb olubdu isti söz...

Məni qüsul etməyin–

Məndən bezib –küsüb söz!...

Bütün yazı boyu sağdan, soldan müəyyən məqamlara diqqət çəkmək istədim. Amma ən böyük istəyim Allaha və sevgimə olan inancımı ifadə etmək idi. Bunların hər ikisi yaşamağımın, ayaqda olmağımın ən böyük ilhamçısı, ən böyük dəstəyidi. Mən hər ikisinə şükürlər etməklə üzümü suya tuturam. Yaşadığım Masazırda hələ ki su donmayıb. Ona görə də duamın suya qarışıb aydınlığa çıxacağına şübhəm yoxdu. Duam isə bundan ibarətdir ki, hərkəs özü-özünü görə bilsin! Hər kəs özü özündə olsun! Və nəhayət, hər kəsin özü öz günahını yuya bilsin!..

P.S. Mən bütün hallarda Allahın qüdrətinə və Sevginin gücünə inanmaqla yaşadığım bu ömürdə günahlarımın cəzasını çəkməyə həmişə hazıram. Və onu da bilirəm ki, cəzadan qaçmaq heç kimə qismət olmayıb. Sizə də günahsız və cəzasız ömür arzu edirəm.

QOSHE - Açılan əllərin, pıçıldayan dillərin DUASI - Əbülfət Mədətoğlu yazır - Əbülfət Mədətoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Açılan əllərin, pıçıldayan dillərin DUASI - Əbülfət Mədətoğlu yazır

9 0
15.02.2024

Adətimdi, hər səhər yuxudan oyanan kimi günümə şükür edib əlimi Tanrıya açıram. Və hətta bir şair duası da yazmışam. Yazmışam ki:

İlahi, əlimi açmışam sənə

Dərddən uzaq olaq, kədərdən qaçaq...

Bütün gecələri iş avandlığı –

Bütün səhərləri xeyirlə açaq...

Bu mənim günümün, anımın duasıdı. Onu öz-özümə də deyirəm, dörd divara da, ağaca da,daşa da, suya da. İçimdə də bir inam var ki, bütün dualar gec-tez qəbul olunur.Təbii ki, dua sahibləri istərlər ki, elə anındaca arzularına qovuşsunlar. Amma mən heç də o iddiada deyiləm. Ən azından ona görə ki, Tanrı bəndələri sırasında hələ neçə milyonuncu olduğumu dəqiqləşdirməmişəm. Bu sırada neçə milyardıncı bəndə olduğumu da bilmirəm. Ona görə də növbəyə girmək, növbəni pozmağa nə gücüm yoxdu, nə də cəsarətim. Guya olsa nə edərəm ki? Allahdan böyük Allah yoxdu. Deməli,onun növbəsini də pozmaq qeyri-mümkündü. Bax, bu mənada duanın nə vaxt qəbul olunacağını Allahın ümidinə buraxmışam... Özüm isə dərdlərimin çözümü ilə günümü keçirirəm...

Günlər dəbir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olan günlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümü o günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Və hərdən də öz-özümə deyirəm ki, bax, budur ipucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirim bütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrətdə, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamda özünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə və primitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda biraz ,əzabı da sinirmək asan olar. Deməli, həm də özünü də tanımış olarsan. Bilərsənki, nəyin cəzasıdı və nəyə görə çəkirsən.

Bu məqamda yaddaşımdan ilham pərisinə ünvanladığım bir şeirin həniri gəlib keçdi – duydum və xatırladım. O pəriyə yazmışdım ki:

Bənövşə tək açıldın

Ürəyimin üstündə...

Gözlənilməz gəlişdə–

De, qız, nədi........

© Ədalət


Get it on Google Play