Yazını yazmağa başlamaq istədiyim an bilgisayar yazarımızla bir balaca yazıya giriş etdik.Yəni günümüzün reallığından danışdıq. Və həmişə olduğu kimi, dilimin altına çöp qoymadan nəyi necə düşünürəmsə elə də dedim. Dediyimin məntiqi nəticəsi də səhərin gözü açılmamış qarşıma bəduğurun çıxması, ovqatımı korlaması və bir də özünü hər kəsdən üstün tutub hər kəsi özünə borclu sayanların ədası oldu. Yəni vurğuladım ki, Allah hamını "Ol!" deyib yaradanda görünür bir az tələskənliyə yol verib. "Ol"un dərəcəsi kimlərinsə payına bir az artıq düşüb və onlar da "ol"duqları zaman üçqat "ol"olublar, adamlıqları fontan vurub. ..Biz də onların "hava"sına dözə-dözə ömrümüzün müəyyən hissəsini bada veririk... Nə isə...

Bəli, qış havası artıq duyulmaqdadı. Və bu havanın içərisində bir istilik axtarmaq arzusu nə qədər ürəyimə hakim kəsilsə də, amma qəti əminəm ki, onu tapmaq o qədər də asan olmayacaq. Ona görə ki, mənim istəyimlə gerçək havanın arasında qışdan yaya qədər bir məsafə var. Həmin məsafənin yaxınlaşdırılması, qısaldılması qeyri-mümkündür. Bunu bir dədə sözüylə də təsdiq etmək, vurğulamaq olar.Dədələr söyləyib ki, "xəstə nə qədər tələssə də, armud vaxtında yetişər".

İndi mənim istəyimə rəğmən gerçək olan budur ki, qışdı və qışın da şah damarı soyuq şaxtadı, qar-borandı. Ondan qorunmağın yolları yetərincə olsa da, amma onu yaşamağın özü də bir gözəllikdi.Təsəvvür edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərini mənən tutmuş həyət-bacalardan kənd mərkəzinə doğru, məktəbə tərəf gedən qarüstü ləpirlərə qədər ... hər şey insana bir paklıq aşılayıb Və mən də doğulduğum bölgədə, xüsusilə öz kəndimizdə bunu böyük zövqlə yaşamışam. Kənd evlərinin damından göyə millənən tüstüdə ürək sevindirən ümid göyərdirdi. Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedən yol idi . Doğrudur, bunun bir məqamı da var idi. Adətən tənbəl və yaxud səriştəsiz adamlar qış səhərlərini yuxudan oyanıb isti yorğanın altından qalxmağa heç həvəs göstərmirdilər. Amma hansı evdə ki ağsaqqal, ağbirçək varidi, təcrübəli qadınlar evi idarə edirdi, o evlərdə odun sobaları sönmürdü.Axşamdan sobaya qoyulmuş iri palıd kötükləri səhərə qədər evin temperaturunu qaydasında saxlayırdı, həm də sobanı yenidən alışdırmağa ehtiyac olmurdu...

Mən bu xatirələrin şirinliyinə uyub biraz Bakıdan uzaqlara getdim. Amma indi yaşadığım Masazırda hərdən göz gəzdirirəm,burada da tək-tək evlərin damından tüstü çıxır. O tustu mənim içimdə közərən odu, qoru sönməyə qoymur. Elə bil ki, bu həyatın dözümə çağırışıdı.

Bəli, bax elə bu ovqatın içində mən biranlıq silkələnib yuxudan oyanmış adamlar kimi özümə dönürəm. Və baxıb görürəmki, bu qış günü ürəyimi isidən, içindəki ümid işartısını sönməyə qoymayan həmdə Sənsən! Deməli, Sən həm də mənim ruhumun Tanrısısan. Ona görə də Sənə pıçıldayıram:

Dilim-dilim olsun dilim

Əzabdı hər ayım,ilim...

Yuxuda gördüm ki,gülüm -

Sən ruhumunTanrısısan!

Yanağıma yaş saldı iz

Haqq önündə diz çökdüm, diz!

Anlaya bilmədik ki,biz -

Sən RuhumunTanrısısan!

Kəsə də lap əyri - düzü

Hər istəyin iki üzü...

Sən olmaz hər qızın yüzü -

Sən ruhumunTanrısısan!

Baxt özü o baxtdı,bilir

Vaxt həmin ovaxtdı, bilir!

Allah özü haqqdı,bilir -

Sən ruhumun Tanrısısan!..

***

İnsan həyatının bütün məqamları mənim düşüncəmə görə, bir zəncir halqası kimi ovqatdan keçir. Yəni hər an fərqli bir ovqata kökləndiyimizdən həyatımız rəngarəng olur.

Deməli, bax, bu üzü soyuq torpaq qışda bizi üst qatda üşütsə də, alt qatda qoruyur, hifz eləyir. Mən bunu elə-belə,sözgəlişi yazmıram. Demək istəyirəm ki, hər qatın öz missiyası var. Və insanın iç dünyasındakı qatlar da elə torpağın qatları kimidi. Orda sevincin də,kədərin də, işığın da, qaranlığın da savabla mərdimazarlığın da, ümidlə ümidsizliyin də... öz yerləri var. Sadəcə, o qatlardan hansına biz daha çox üz tuturuqsa, meyl salırıqsa, onlar diqqət mərkəzinə çıxır. Və burda genetik kod da var. Gendən gələn meyllilik daha çox qabarır, daha çox öndə olur. O da öz qabartısıyla, öndə olmasıyla digərlərinin diqqətini çəkir. Beləcə, özümüz də bilmədən həmin o önə çıxmış qatın missiyasını başqalarına yönəldirik. Bax, yazımın önündə söylədiyim mikrobdan tutmuş, bəduğura qədər... sevinc paylayandan xoş aura bəxş edənə qədər burda hər şey özünü ifadə etmiş olur. Mən də yazımın sarı simində elə bunları demək, bunları önə çıxarmaq istəyirəm. Həmin istəyimi indiki anda oxucu ixtiyarına buraxıb yenə yönümü sənə çevirirəm. Çünki səninlə danışanda içimdəki bütün istəklərin işığı artır, ümidi şölələnir. Axı, biz budünyada bir-birinə doğru uzanan əllər kimi havada qalmışıq. Və elə bu havadaqalan əllərin pıçıltısı olaraq deyirəm:

Sən

"get"də

israrlı

mən isə"qal!"da

odur ki,

bu israrlı təzadda

heç bir halda

çin olan deyil -

həyatda,

nə də ki,

xəyalda...

bu səbəbdən

mən də,

elə sən də

girinc qalacağıq

üstəlik

yuxusunu qaçıracağıq

hələ də

cavabı bilinməyən

sualın da?!

***

Bəli, hər gün sual, hər gün nida və digər durğu işarələri yaşamın göstəricinə çevrilir bizdən asılı olmadan. Biz bu göstəriciləri cavablaya-cavablaya nöqtəyə doğru gedirik. Bunu sən də bilirsən,mən də, elə hamımız da. Getməyə də bilmərik. Çünki getməmək, yerində durmaqistəyi sadəcə və sadəcə elə istəkdi. O ki qaldı bir gerçəkliyə, yəni bütün istəklərə... onların hamısının nə vaxtsa çin olacağı özü də bir xəyaldı. Axı dünyada heç bir insanın bütün xəyalları, bütün arzuları çin olmayıbdı. .Bilirsiniz niyə? İstəkdən istək doğur axı! Bu gün barışdığın nəticə sabah yasəni qane etmir, ya narazı salır, ya da ondan bir pillə kimi istifadə edibikinci addımı atmağa çalışırsan. Və ...

Hə, bu söylədiklərim filosofluq deyil,hamının bildiyi reallıqdı. Sadəcə, mən yazımın ovqatına uyğun olaraq sözgəlişi dilə gətirdim. Axı indi fəsillərin bu kəsişməyə gəlib çatan günündə, çöldə qış havası var. Bu hava da adamı isti guşəyə səsləyir, isti bir sözə, hətta ovqata köklənməyə tərəf itələyir. Nə yazıq ki, belə anın özündə də ikinci bir soyuqluq hardansa təksəbrə çevrilir. Bax, bir az pafoslu, bir az da zarafat donlu bir şəkildə söyləsəm, yetimi onda ağlamaq tutur. Və yaxud da dərd batmanla gəlir...

İndi bütün bu yazı boyu söylədiyim fikirlərin qoyacağım nöqtəsinə yaxın bir yerdə dayanıb özümə kənardan baxmaq istəyirəm. Baxıb nə görəcəyimi kim necə təxmin edir etsin, mən isə gördüyümü kimsəyə demədən ürəyimin bir küncünə büküb atıram. Elə bir küncə ki, orda olanlardan ancaq sən xəbərdarsan. Sənin bildiyini isə təbii ki, bir də Allah bilir. Elə o dediyim sonuncu fikrin ipindən tutub bir şeir demək istəyirəm.Demək istəyirəm ki:

Mən üzülmü şyarpağam

Çeşmədə nov edərsən...

Suyu yaxşı süzməsəm-

Bir az söz-sov edərsən!..

Təki gözün önündə

Kirpik ucunda olum...

Yolun üstümdən keçsə -

Yolunda bitsin yolum...

Böyük istəklərim yox,

Səni çətinə salsın...

Bircə qəlbin ağlımda -

Ağlım, qəlbində qalsın!..

Bəli, bu payızla qışın kəsişmə nöqtəsinin dəyişkən havasında ovqatınıza bir az işıq qarışıq istilik qatmağa çalışdım. Deyirlərki, varını verən utanmaz. İndi özünüz də dünya görmüş insanlarsınız. Ən azından işığın sizə heç bir zərəri dəyməyəcəyinə mənim kimi siz də əminsiniz. Ona görədə bu havada və bütövlükdə ömrünüzdə ,eləcə də evinizdə , həyatinizda heç vaxt işığınız sönməsin! - deyirəm.

QOSHE - FƏSİLLƏRİN KƏSİŞƏN YOLUNDAKI OVQAT - Əbülfət Mədətoğlu yazır - Əbülfət Mədətoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

FƏSİLLƏRİN KƏSİŞƏN YOLUNDAKI OVQAT - Əbülfət Mədətoğlu yazır

11 0
22.12.2023

Yazını yazmağa başlamaq istədiyim an bilgisayar yazarımızla bir balaca yazıya giriş etdik.Yəni günümüzün reallığından danışdıq. Və həmişə olduğu kimi, dilimin altına çöp qoymadan nəyi necə düşünürəmsə elə də dedim. Dediyimin məntiqi nəticəsi də səhərin gözü açılmamış qarşıma bəduğurun çıxması, ovqatımı korlaması və bir də özünü hər kəsdən üstün tutub hər kəsi özünə borclu sayanların ədası oldu. Yəni vurğuladım ki, Allah hamını "Ol!" deyib yaradanda görünür bir az tələskənliyə yol verib. "Ol"un dərəcəsi kimlərinsə payına bir az artıq düşüb və onlar da "ol"duqları zaman üçqat "ol"olublar, adamlıqları fontan vurub. ..Biz də onların "hava"sına dözə-dözə ömrümüzün müəyyən hissəsini bada veririk... Nə isə...

Bəli, qış havası artıq duyulmaqdadı. Və bu havanın içərisində bir istilik axtarmaq arzusu nə qədər ürəyimə hakim kəsilsə də, amma qəti əminəm ki, onu tapmaq o qədər də asan olmayacaq. Ona görə ki, mənim istəyimlə gerçək havanın arasında qışdan yaya qədər bir məsafə var. Həmin məsafənin yaxınlaşdırılması, qısaldılması qeyri-mümkündür. Bunu bir dədə sözüylə də təsdiq etmək, vurğulamaq olar.Dədələr söyləyib ki, "xəstə nə qədər tələssə də, armud vaxtında yetişər".

İndi mənim istəyimə rəğmən gerçək olan budur ki, qışdı və qışın da şah damarı soyuq şaxtadı, qar-borandı. Ondan qorunmağın yolları yetərincə olsa da, amma onu yaşamağın özü də bir gözəllikdi.Təsəvvür edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərini mənən tutmuş həyət-bacalardan kənd mərkəzinə doğru, məktəbə tərəf gedən qarüstü ləpirlərə qədər ... hər şey insana bir paklıq aşılayıb Və mən də doğulduğum bölgədə, xüsusilə öz kəndimizdə bunu böyük zövqlə yaşamışam. Kənd evlərinin damından göyə millənən tüstüdə ürək sevindirən ümid göyərdirdi. Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedən yol idi . Doğrudur, bunun bir məqamı da var idi. Adətən tənbəl və yaxud səriştəsiz adamlar qış səhərlərini yuxudan oyanıb isti........

© Ədalət


Get it on Google Play