Nurəngiz Günün "Xocalı Sinfoniyası"-ından bu günümüzə...

Tarixin elə günü var ki, onu görməmək, duymamaq, onu bütünlüklə canından, qanından keçirməmək mümkün deyil. Belə günlər daha çox faciə və qələbəylə bağlı olur. Birində dərdin basqısı daha çox gəlir, birində sevincin həmləsi... dərd sinfoniyasına çevrilib. Təqvimdə həmin günlər qapını döyməyə başlayanda, o sinfoniya bizi bütünlüklə bürüyür, biz onun aurasından çıxa bilmirik. Ona görəki, biz ona bələnmişik, o da bizə hopub. Bir insan olaraq, bir Allah bəndəsi olaraq cismimizi nə qədər kənara çəkmək istəsək də, ruhumuz o dərdsinfoniyasının notu üzərindədi... Və elə köklənib ki, ritmlər ruha rahatlıq vermir... Biz dərd sinfoniyasını dinləyirik, yaşayırıq...

Tariximizin qanla boyumuza biçilən həmin iki günün birinin adı 20 Yanvar, digərinin adıXocalıdı!.. Daha dəqiq ifadə etsəm, Xocalı qətliamıdı. 32 yaşı olan bu qətliamın detallarını xardalamaq, yandırılan evləri, süngüyə keçirilən bədənlərin, göylərə yüksələn fəryadların və bir də 32 ildi içimizə daman göz yaşlarının mənasını,ifadəsini yazmaq, təkrarlamaq istəmirəm. Ona görə yox ki, ağlamaqdan,sızıldamaqdan, qanlı dərd köynəyini sıxıb quruda bilməməkdən yorulmuşam. Xeyr Ona görə ki, o dərd millidi... o qətliam Azərbaycan donludu, Azərbaycan biçimlidi. Və onun Azərbaycanın qanından, canından, varlığından elə Azərbaycan özü çıxaracaq və çıxarmalıdı idi!!!! Çünki həmin dərdimizin kifayət qədər sözlə ifadəsi var. Həmin ifadələrin hər birinin sonunda da Azərbaycanın haqqı, ədaləti və qələbəsi birmənalı şəkildə ifadə edilibdi...

Mən isə oxuduğum həmin o sözdən yoğrulmuş, sözə hopmuş Xocalı qətliamının ən möhtəşəm ifadəsini Nurəngiz Günün "Xocalı Sinfoniyası"nda tapmışam. Ona görə də özümün şahidi və iştirakçısı olduğum yurd nisgilimin, qaralan ocağımın, sovrulan külümün ağısının və şəhid doğmalarımın narahat ruhlarının nələr yaşadığını, nələr dediyini bir kənara qoyub o dərdi öz köynəyindən keçirən, öz qələmiylə öz ürəyinə yazan bir xanım yazarın sözünə sığınıram. Bu azərbaycanlı xanımın Azərbaycan dərdini,Xocalı qətliamının fonunda sinfoniyaya çevirmək qüdrətinə heyrət və sevgimi gizlətmədən qoşulub sinfoniyanın sədalarına qayıdıram... Qayıdıram Bakıdan üzü Qarabağa... Qulaqlarımda səslənir:

Xocalım!..

Məğlubum!

Necəsən?

Yoxsa dağ çəkdi sinənə,

tarixi dilənçi -

Bəd qonşu? -dramatik

"Yazıq erməni"ilə

Məşhur qırmızı qospodin?" -

O, Qospodin! nə nazik

Əndişədə olmuşdur

Köhnə sovet humanisti? -

Motoatıcı daşıyan

Kütləvi qırğın maşını? -

"Möhtəşəm"bir alay!!!

Bu misralar təkcə qəzəb deyil... təkcə içdəki yanğını ifadə etmək deyil. Bu misralar həm də gerçəyi birbaşa, ütüsüz, çəkinmədən, necə var elə - çılğaça şəkildə deməkdi, bəyan etməkdi. Bu, BMT qətnaməsi deyil!.. Bu, ATƏT bəyanatı deyil!..Bu, həqiqəti öz adıyla hər kəsə söyləmək, pıçıldamaq hayqırmaqdı. Bu həm də Tanrının bildiyini Tanrının özünə xatırlatmaqdı. Yəni Nurəngiz Gün bir yazar olaraq Tanrıya səslənir:

İlahi!

Kömək ol! O təkdi!..

Anadır...

Tək qalıb...

Torpağın üstündə...

Biçarədir...

O, o cür köməksiz,o cür

mühti ki!..

O, ruhdur!..

Güc gəlib torpağa...

Lağımlar,yarğanlar incidib...

O necə də sinirli, sehrli

Gəlmişki, laylasını üst

qatda oxusun...

Məncə övladının qətlini, süngüyə keçirildiyini görən ananın hansı durumda olduğunu təsviretmək, göz önündə canlandırmaq üçün bu misraları bir kətan üzərinə işarələr kimi köçürmək kifayət edər. Onda həmin tablo yaranacaq, onda həmin rəsmi görəcəyik və övladına yerin altında layla çalan ananın səsi yerin özünü o səs çatan hündürlüyə qaldıracaqdır!..

Bu məqamda da sakitləşməyən ananın yarasını ovutmaq, göz yaşına qoşulmaq, fəryadına içindəki sızıltıları qatmaq bir daxili ehtiyaca, bir vətəndaş borcuna və nəhayət,ən əsası isə bir İNSANlıq missiyasına çevrilir. Sən laqeyd qala bilmirsən və səni laqeyd qalmağa qoymayan amillərin içərisində sən Nurəngiz Günün də səsini eşidirsən. Nurəngiz xanım deyir:

İlahi,təskin et!..

Sən onlara səma

nəğmələr igöndər,

təsəllisən...

Yox,rüzgar! O cürə əsmə sən!

Torpaqda...

Torpağın altında dip-diri

Ölülər var

Diksinə bilər Onlar...

Alt-üst etmə torpağı

Ey rüzgar

Onlar onsuz da yazıq!

Tələfolubdu Onlar!

Yerin üstündə canlı saydığımız, insan bildiyimiz, anketlərdə insan kimi göstərdiyimiz erməni qonşumuz qırmızı qospodinlərin 366-cı motoatıcı alayın əliylə, köməyilə,yardımıya, hətta yönəltməsiylə törətdikləri qətliamın fərqinə varmadan həyasızcasına öz "yazıqlığını" dünyaya sırımaqda, "yedirtməkdə" davam edir. İkili standartların ətəyini buraxmayanlar bu "köməksiz yazıqların" dünyaya fahişəliyi gətirənlərin "göz yaşına" dəsmal tutur. Amma həqiqətin ağzını tıxamaqla susdurmağı da unutmur. Lakin bu məqamda gerçəyin gücü qarşısında titrəyir və yavaş-yavaş geri çəkilməli olur. 32 ildirki, biz Xocalı qətliamı önündə addım-addım da olsa geri çəkilmələri müşahidə edirik. Burda dövlət siyasətinin, milli mücadilənin fonunda bir Nurəngiz Gün fəryadıda öz içini görməkdədi. Axı o, üzünü hər kəsə, hətta cansız olanlara da tutub eyir; özü də qətiyyətlə, bir sinfoniyanın qətiyyəti kimi ən yüksək notda dilə gətirir bunu. Deyir ki:

Və son nəqarət,

Epiloq kimi O,

Elə hey hayqırsın:

Cavabdehsiz!

Cavabdehsiz,Cavabdehsiz,

Cavabdehsiz belində hərb gəzdirən

Cahanşümül Şümürlər!

Düşünürəm ki, kimin cavabdeh olduğunu, kimin Tanrı və ədalət məhkəməsi önündə diz çökəcəyibu hayqırtıdan bəllidir. Və o da bəllidirki, Xocalı sinfoniyası kədərin məğlubiyyətidir... Göz yaşının bitib tükənəcəyinə yüklənmiş duyğuların misralanmış formasıdır.

Və nəhayət, Xocalı qətliamı günü "Xocalı sinfoniyası" şəhidlərimizə Nurəngiz Günün ağısı, laylası və bir də bu kədərin məğlub olacağına ucaltdığı abidədir.

P,S, Bəli , 44 günlük VƏTƏN SAVAŞININ Böyük ZƏFƏRİ, 24 saatlıq antiterror əməliyatının Və NİDA!-sı bütün dünyaya Ali Baş Komandanın Dəmir Yumruğunun, Azərbaycan Əsgərinin Qəhrəmanlıq səlnaməsinin və Azərbaycan xalqının Yenilməzliyinin bütün cizgilərini, detallarını, məqamlarını birmənalı göstərdi! Bu ZƏFƏR mərhum şairimiz Nurəngiz Günün də RUHUNU SEVİNDİRDİ! Onun öncədən duyub, inanıb sinfoniyaya çevirdiyi Haqqın ZƏFƏRİ həqiqət oldu! Ona görə də bu gün Xocalı abidəsi önündə qürurla sükut edirik- QƏLƏBƏ , QİSAS SÜKUTU!

QOSHE - QƏLƏBƏ  SÜKUTU - Əbülfət Mədətoğlu yazır - Əbülfət Mədətoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

QƏLƏBƏ  SÜKUTU - Əbülfət Mədətoğlu yazır

8 0
26.02.2024

Nurəngiz Günün "Xocalı Sinfoniyası"-ından bu günümüzə...

Tarixin elə günü var ki, onu görməmək, duymamaq, onu bütünlüklə canından, qanından keçirməmək mümkün deyil. Belə günlər daha çox faciə və qələbəylə bağlı olur. Birində dərdin basqısı daha çox gəlir, birində sevincin həmləsi... dərd sinfoniyasına çevrilib. Təqvimdə həmin günlər qapını döyməyə başlayanda, o sinfoniya bizi bütünlüklə bürüyür, biz onun aurasından çıxa bilmirik. Ona görəki, biz ona bələnmişik, o da bizə hopub. Bir insan olaraq, bir Allah bəndəsi olaraq cismimizi nə qədər kənara çəkmək istəsək də, ruhumuz o dərdsinfoniyasının notu üzərindədi... Və elə köklənib ki, ritmlər ruha rahatlıq vermir... Biz dərd sinfoniyasını dinləyirik, yaşayırıq...

Tariximizin qanla boyumuza biçilən həmin iki günün birinin adı 20 Yanvar, digərinin adıXocalıdı!.. Daha dəqiq ifadə etsəm, Xocalı qətliamıdı. 32 yaşı olan bu qətliamın detallarını xardalamaq, yandırılan evləri, süngüyə keçirilən bədənlərin, göylərə yüksələn fəryadların və bir də 32 ildi içimizə daman göz yaşlarının mənasını,ifadəsini yazmaq, təkrarlamaq istəmirəm. Ona görə yox ki, ağlamaqdan,sızıldamaqdan, qanlı dərd köynəyini sıxıb quruda bilməməkdən yorulmuşam. Xeyr Ona görə ki, o dərd millidi... o qətliam Azərbaycan donludu, Azərbaycan biçimlidi. Və onun Azərbaycanın qanından, canından, varlığından elə Azərbaycan özü çıxaracaq və çıxarmalıdı idi!!!! Çünki həmin dərdimizin kifayət qədər sözlə ifadəsi var. Həmin ifadələrin hər birinin sonunda da Azərbaycanın haqqı, ədaləti və qələbəsi birmənalı şəkildə ifadə edilibdi...

Mən isə oxuduğum həmin o sözdən yoğrulmuş, sözə hopmuş Xocalı qətliamının ən möhtəşəm ifadəsini Nurəngiz Günün........

© Ədalət


Get it on Google Play