Bu bir həqiqətdir ki, sözə,şeirə könül verən ruh adamları ölümsüzlüyü haqq edirlər. Onların yaşayan sözü özlərini də yaşadır və beləcə ölümsüzlük qazanan bu insanlar seçilənlərdən olurlar. Öncə Allahın seçdikləri, sonra da oxucunun. Bax bu mənada üzü geriyə, 99 il bundan öncəyə boylananda bu zaman kəsiyində minlərlə, milyonlarla adamın doğulub ölməsi faktını təsdiq etmiş oluruq. Amma bu minlərin, milyonların içində cismən torpaqlaşıb ruhən yaşayanlar da var. Onlardan biri də Azərbaycan ədəbiyyatı tarixində izi, sözü olan Adil Babayevdir...

Bəli, hələ orta məktəb illərindən tanımışam bu insanı. Daha doğrusu, sözlərinə yazılmış mahnılardan Adil Babayev adlı bir şairin, bir dramaturqun yaşadığını,millətinə aid olduğunu bilmişəm. Və özüm də sözə meylli olduğumdan sonra sözün işığında kitablarını əldə etmişəm, şeirlərini oxumuşam. Xüsusilə onun sonetləri həmişə məni özünə çəkibdir. Bu yığcam şeirlərdə Adil Babayev mənim üçün həm şair, həm rəssam,həm də indiki baxış bucağımdan desəm, operator kimi görünüb. Çünki o, sonetlərində sözü rəsm kimi çəkib. O, rəsmi də operator kimi lentə köçürüb göstərib mənə. Buüç məqamın hər biri ayrı-ayrılıqda istedad nümunəsidir, peşəkarlıq göstəricisidir. Görünür, Allah Adil Babayevi seçdiyi insanlardan etdiyi üçün onu belə şərəfləndirib- üç qabiliyyəti ona bir anda veribdi! Təbii ki, bu mənim fikrimdi, mənim mülahizəmdi. Və mən də bu fikrə, bu mülahizəyəonun öz söz dünyasından baxaraq, o dünyaya istinad edərək gəlib çıxmışam.

Adil Babayev yazır ki:

Əbədi tərk edəndə bu işıqlı həyatı,

Fikrimizin vüsəti, eşqimizin qanadı

Sözün varlığı ilə görünsün bu dünyada.

Bu sonetdə demək olar ki, hərşey var. İnsanın olumdan ölümə gəlməsi, buişıqlı dünyanı tərk etməsi. Ammabəs, qalan izlər? Bax elə qalanlar da fikrimiz, əməlimiz, eşqimiz və nəhayət,onların hopduğu sözdür. Bu söz bizi, indiki məqamda isə Adil Babayevi yaşadan sözdür!

Şair yaşadığı dünyanın hər üzünü görməyə, hər üzündən işıqlı nə isə götürüb onun təravətini,odunu, gözəlliyini və eyiblərini öz sözünə büküb oxucuya təqdim edir. Amma buelə-belə təqdimat deyil, düşündürücü və nəticə çıxarılmasını tələb edən təqdimatdı. Bu sonetin ifadə etdiyi mənaya, məqama diqqət yetirək. Şair yazır ki:

Qalsaydı indiyəcən ilk od tapan insan

Baxıb geniş aləmə odların arasından

Yəqin həm sevinərdi, həm xəcalət çəkərdi.

Əgər diqqət yetirsəniz burdaodu ilk tapan insanın simasında bütün insanların oda münasibəti ifadə olunub.Çünki o od insanın yaşamasına zəruri olan bir vasitədir.

Amma insan odu həm də yaşadığıdünyanı cəhənnəmə çevirmək üçün dəistifadə edir. Özünün isindiyi ilə başqalarını yandırıb-yaxır. Məhz bu mənada da şairin dediyi həmin o ilkin nüansortaya çıxır: insan və od! O həm isidir,həm də yandırır. İkisini də idarə edən isə insandı. Bax elə oxucunu düşündürəndə, baxışlarının formalaşmasına kömək edəndə şairin sadə, amma qətiyyətli məntiqidi.

Şair Adil Babayev öz yaradıcılığında demək olarki, mövzu məhdudiyyətini hiss etməmişdi.O istər əmək adamından, istər təbiətdən, istər sevgidən, istərsə də adi biruşaq təbəssümündən də şeir yazanda özü kimiyazıb. Öz səmimiyyətini, öz duyğularınıortaya qoyub.

Təsəvvür edin ki, hər bir valideyn, hər bir insan birmənalı şəkildə olumun ölümlə başa çatacağını bilir. Amma hər kəs ölümdən sonra övladlarına nə qoyub gedəcəyini düşünmür. Adil Babayev isə yazır:

Heyrətə salmasın sizi sözlərim,

O gün gələ bilər, lap bu gün,sabah.

Solmasın qızımın qara gözləri,

Oğluma düşməsin tdiyim günah.

Görün nə qədər sadə, səmimi etirafdı bu, istəkdi bu. Əslində Adil Babayev kimi insanların hamısı bu əxlaqla, bu düşüncəylə baxıblar cəmiyyətə, zamana. İstəməyiblər ki, özlərindən sonra övladları onların günahlarının acısını, xəcalətini çəksinlər. Şükürlər olsun ki, Adil Babayev kimi insanlar düşündüklərini özlərindən çox-çox uzaqtuta biliblər. Yəni onların nə övlad üçün, nə millət üçün "üz qaraları" qalmayıb.

Belə olan halda Adil Babayevin sevgilisinə, eləcə dəoxucusuna üz tutub bu misraları söyləməsi həm səmimidi, həm də inandırıcıdı.

Biz nəyik, sevgilim? Bir can,bir ürək,

Sevincim də sənsən, nisgilim dəsən.

Qəlbim illər boyu həsrət çəkərək

Tək səni seçibdi qızlar içində.

Çox səmimi, çox duyğusal bir poetik nümunə. Elə bu misraların işığında dünyanın ən gözəl qızına da Məcnun sevgisin etiraf etmək olar. Çünki bu misralardakı ruhun mayası paklıq və bir də sevgiyə inamdı. Məhz həmin müstəvidə dayanıb başqa bir şeirə üz tutanda düşüncələrimdə yanılmadığıma bir daha əmin oluram. Şair yazır ki:

Getdin, elə bildin unutdum səni,

Küsdün, elə bildin etibarsızam.

Eşqimin bu həzin xatirəsini

Gərək ahım ilə qəlbimə yazam.

Təbii ki, bu cür sevgisi, bucür səmimiyyəti olan şairin həsrəti də,çəkdiyi ah da səmimidi. Ona görə ki, hər şey Tanrıdan gəlir. Tanrıdan gələn isə aşiqin, bu yerdə isə şairin həmilham mənbəyinə çevrilir, həm də səmimipıçıltılarına.

Bəli, şair Adil Babayev özünün bütün yaradıcılığı boyu sözün qayğısına elə qalıb, sözdən elə istifadə edib ki, oxucu onu axtarıb, söz oxucudan qaçmayıb. Bunu Adil Babayevin bütün yaradıcılığı boyu izləmək mümkündü. Hətta şair yazanda ki:

Bir gün insanlara biganə olsam,

Bir gün qayğılardan kənarda qalsam,

Bir canlı meyidə dönmüşəm demək.

Düşünürəm ki, bu bəndin özündə mənim dediklərim, daha doğrusu, Adil Babayevin yaradıcılığından çıxartdığım nəticə özünü təsdiq edir. Deməli, şair sözü oxucu sözünə çevrilmək haqqını qazanır.

Yanvarın 27-də dünyayagəlib Adil Babayev. 1925-ci ildəNaxçıvanda doğulan Adil Babayevin 99yaşı tamam olur. Mən qəsdən bu xatırlamaya üz tuturam. Demək istəyirəm ki,Naxçıvanda doğulan şairin ilk yaradıcılıq nümunələri Tbilisidə oxuduğu iki illi insanın bir şəxsiyyət kimi də bütövlüyünü xüsusi vurğulayıblar. Mənə onu şəxsən tanımaq nəsib olmasa da, oxuduqlarımdan gəldiyim qənaət budur ki, Adil Babayev özünün bütün yaradıcılığını ədəbiyyatımızın, sözümüzün xidmətinə veribdir. İstər etdiyi tərcümə əsərlərində, istər dramaturgiya sahəsində onun yeri, sözü olubdur. Buradaca onu da vurğulayım ki, Adil Babayevin layiqli varisi olan, Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən sayılıb-sevilən, dəyərli aydınımız Etibar Babayevin bir canlı nümunə kimi göstərdiyi xidmətlər Adil Babayevə məni bir köynək də yaxınlaşdırıb. Həm bu ailə bağlılığından şairi bir az da dərindən tanımaq imkanı qazanmışam. Ona görə də ədəbiyyatımızın cəfakeşlərindən olan Adil Babayev 99 yaşının işığında ruhu b qarşısında baş əyməklə onun söz ömürlü olacağına inamımı məhz öz misraları ilə ifadə edirəm:

İnsanla torpağın qəlbi səsləşir,

Torpaq insan ilə müqəddəsləşir.

Torpaq insan varsa dönür Vətənə!

Bəli, şairimiz haqlı deyir, həqiqətən boş səhralar heç də Vətən olmur, o zamana qədər ki, ora insan ayağı dəyir. Sözdə o vaxt urvatlı olur ki, onu xiridarı şeirə çevirir. Bu torpağın şeir ustalarından biri də unudulmaz Adil Babayevdir.

Ruhu şad olsun!

QOSHE - QƏLBİ TORPAQLA SƏSLƏŞƏN ŞAİR - Əbülfət MƏDƏTOĞLU yazır - Əbülfət Mədətoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

QƏLBİ TORPAQLA SƏSLƏŞƏN ŞAİR - Əbülfət MƏDƏTOĞLU yazır

8 0
17.01.2024

Bu bir həqiqətdir ki, sözə,şeirə könül verən ruh adamları ölümsüzlüyü haqq edirlər. Onların yaşayan sözü özlərini də yaşadır və beləcə ölümsüzlük qazanan bu insanlar seçilənlərdən olurlar. Öncə Allahın seçdikləri, sonra da oxucunun. Bax bu mənada üzü geriyə, 99 il bundan öncəyə boylananda bu zaman kəsiyində minlərlə, milyonlarla adamın doğulub ölməsi faktını təsdiq etmiş oluruq. Amma bu minlərin, milyonların içində cismən torpaqlaşıb ruhən yaşayanlar da var. Onlardan biri də Azərbaycan ədəbiyyatı tarixində izi, sözü olan Adil Babayevdir...

Bəli, hələ orta məktəb illərindən tanımışam bu insanı. Daha doğrusu, sözlərinə yazılmış mahnılardan Adil Babayev adlı bir şairin, bir dramaturqun yaşadığını,millətinə aid olduğunu bilmişəm. Və özüm də sözə meylli olduğumdan sonra sözün işığında kitablarını əldə etmişəm, şeirlərini oxumuşam. Xüsusilə onun sonetləri həmişə məni özünə çəkibdir. Bu yığcam şeirlərdə Adil Babayev mənim üçün həm şair, həm rəssam,həm də indiki baxış bucağımdan desəm, operator kimi görünüb. Çünki o, sonetlərində sözü rəsm kimi çəkib. O, rəsmi də operator kimi lentə köçürüb göstərib mənə. Buüç məqamın hər biri ayrı-ayrılıqda istedad nümunəsidir, peşəkarlıq göstəricisidir. Görünür, Allah Adil Babayevi seçdiyi insanlardan etdiyi üçün onu belə şərəfləndirib- üç qabiliyyəti ona bir anda veribdi! Təbii ki, bu mənim fikrimdi, mənim mülahizəmdi. Və mən də bu fikrə, bu mülahizəyəonun öz söz dünyasından baxaraq, o dünyaya istinad edərək gəlib çıxmışam.

Adil Babayev yazır ki:

Əbədi tərk edəndə bu işıqlı həyatı,

Fikrimizin vüsəti, eşqimizin qanadı

Sözün varlığı ilə görünsün bu dünyada.

Bu sonetdə demək olar ki, hərşey var. İnsanın olumdan ölümə gəlməsi, buişıqlı dünyanı tərk etməsi. Ammabəs, qalan........

© Ədalət


Get it on Google Play