We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

AQİL ABBAS: ƏVVƏL 1 KREML VARDI, İNDİ 40 DƏNƏ

3 0 0
18.01.2019

O bir Kremli bir təhər yola verə bilirdik, amma indi qırx Kremllə savaşmağa gücümüz çatmır. Avropanın müxtəlif şəhərlərinə səpələnmiş kremllər iyləyib-qoxulayıb mütləq nəsə bir şey tapırlar, sonra da it-qurd kimi tumanlarını da çırmayıb başlarına tökülürlər üstümüzə.

Avropa Parlamenti yenə qılıncını sıyırıb. Bu dəfə əllərinə verdiyi tutalqa Mehman Hüseynovdu. Mehmanı Çarlz Xeyderə döndəriblər. Siz uşaqsınız, bilməzsiniz. Vaxtilə 70-ci illərdə ABŞ-da bir Çarlz Xeyder peyda olmuşdu, nəyəsə etiraz əlaməti olaraq Ağ Evin qabağındakı göy çəmənlikdə oturub aclıq aksiyası keçirirdi. Sovet hökuməti elə gün olmazdı ki, ondan televiziyalarda reportaj göstərməsin, müsahibə almasn, qəzetlər ondan yazmasın. Təbii ki, sosialist dövlətləri də bizimlə həmrəy idi. Deyəsən, 70 gün çəkdi aclığı. O qədər onun haqqında yazdılar, danışdılar ki, sonralar anekdota çevrildi: cibindən bublik çıxıb, özü də Sovet bubliki. Gecələr xımır-xımır «Mişka» şokoladı yeyir, arıqlamaq əvəzinə kökəlib. ABŞ-ın o........

© Ədalət