Səlahəddin Xəlilin “Şərq Zehniyyəti” kitabını oxuyuram. Bəlkə də, ilk dəfədir ki, Şərq fəlsəfəsini bu qədər demokratik məntiqlə tənqid edən bir Şərq filosofu ilə qarşılaşmışam.

Şərqin individual kamillik fəlsəfəsinə qarşı qoyulmuş sosial kamillik fəlsəfəsidir bu.

Ən maraqlısı, kitab islamın ilahi olan üçün deyil, insani olan üçün önəmindən danışır.

Oxuduqca Quranın şərqlilər, həm də “allahda ərimək” tələsinə salınmış sıravi şərqlilər üçün yazılmış ilk “Qərb fəlsəfəsi” kitabı olduğu düşüncəsinə gəlirsən.

Allahın yaratdıqları üçün faydasız olan ali ideyanın allahın özü üçün kara gələcəyinə şübhə edirsən.

Bundan əvvəl fransız şərqşünası Lui Massinonun “Mənsur Həllac” kitabını oxuyurdum. Massinon yazır ki, Şərq aşiqi ona görə tez ölməyə can atır ki, o dünyada insanlığın işlərini səhmana salsın.

Həqiqətən, Şərq fəlsəfəsi gözumulu halıyla insanlığın o dünyadakı sosial həyatının qeydinə qalır. Bu dünyadakı sosial həyat onu maraqlandırmır.

Səlahəddin Xəlil isə dar ağacını belində gəzdirən aşiqin vaxtsız ölümündə ənənəvi Şərq fəlsəfəsini günahlandırır. Allaha qovuşmaq üçün o dünyaya tələsən aşiqin başına ağıl qoyur. Ona Allahı burada, insanlar arasında axtarmalı olduğunu xatırladır. Eşqin eqoist təbiəti ifşa olunur bu dialoqda.

Sosial həyatı allahdan uzaq tutan, Qərbdən fərqli olaraq, allah ideyasını allahın özünə həsr etməklə şərqliyə yaradılış olduğundan zövq almağı deyil, əzab çəkməyi aşılayan Şərq fəlsəfəsinə yanlış yolda olduğunu bu cür comərdcəsinə izah edən filosoflara çox ehtiyacı var Şərqin.

QOSHE - Dar ağacını belində gəzdirən aşiq - Aqşin Yenisey yazır - Aqşin Yenisey
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dar ağacını belində gəzdirən aşiq - Aqşin Yenisey yazır

5 0
06.12.2023

Səlahəddin Xəlilin “Şərq Zehniyyəti” kitabını oxuyuram. Bəlkə də, ilk dəfədir ki, Şərq fəlsəfəsini bu qədər demokratik məntiqlə tənqid edən bir Şərq filosofu ilə qarşılaşmışam.

Şərqin individual kamillik fəlsəfəsinə qarşı qoyulmuş sosial kamillik fəlsəfəsidir bu.

Ən maraqlısı, kitab islamın ilahi olan üçün deyil, insani olan üçün önəmindən danışır.

Oxuduqca Quranın........

© Ədalət


Get it on Google Play