Müstəqil Azərbaycanın müstəmləkə Azərbaycanı qarşısında mədəni bir suçluluq kompleksi var. Sanki, müstəqil olduğu üçün peşman olub müstəmləkəçilikdən bağışlanmasını istəyir, üzrxahlıq edir.

Mədəniyyətimizi bu gün inkişafdan saxlayan da müstəmləkəçiliyə qarşı duyduğumuz bu üzrxahlıq ehtiyacıdır.

Azərbaycanın müstəqilliyi otuz ildir müstəmləkəçiliyin könlünü almaqla, azadlıq əldə etdiyi üçün ondan üzr istəməklə məşğuldur və müstəqilliyimiz müstəmləkəçiliyin onu bağışlamayacağından qorxur, ehiyat edir.

Azadlığımız əsarətimizin qarşısında aşkar bir gözükölgəlilik hiss edir və bu boynubüküklük bütün dünyadan görünür.

Bütün dünyadan görünür ki, müstəmləkəçiliyimiz nə buyurursa, müstəqilliyimiz qaça-qaça onu edir. Müstəqilliyimiz müstəmləkəçiliyimizin bir sözünü iki eləmək cəsarətinə sahib deyil.

Bu gün Azərbaycanda “mədəniyyət” kəlməsi dilə gələn kimi müstəqilliyimiz qaçıb gizlənir, ya da özümüz onu gözə görünməsin deyə şifonerə soxub ağzını bağlayırıq. Ən yaxşı halda müstəqilliyimiz ortalıqda özünü müstəmləkəçiliyin kənizi kimi aparır.

Müstəmləkəçilik bu gün müstəqil Azərbaycanda özünün ikonaları ilə təmsil olunur. Mədəniyyətimizin bütün sahələri bu ikonaların donuq simaları qarşısında oğlunu qurban kəsməyə hazır olan İbrahimin vəziyyətində dayanıb.

Kommunizm mənşəcə dini ideologiya idi; protestantlıqdan sonra ənənəvi xristianlığa qayıdış cəhdi də deyə bilərik. Kommunizmin daxili strukturunu yaradan utopik sosializm klassik xristianlığın kollektiv ruhu xoşbəxt edən cənnət vədini gerçəkləşdirmək iddiası idi. Kommunizm protestantlığın xristianın şüurunda boş qoyduğu o dünyadakı cənnətin yerini bu dünyadakı cənnətlə doldurmaq öhdəliyi kimi ortaya çıxmışdı.

Kommunizm kilsədə doğulmuşdu. İnsanlıqla allahın arasını eyhamlarla, ehkamlarla deyil, sərəncamlarla kəsən bir din olaraq düşünülmüşdü.

Və aydındır ki, özünün peyğəmbərlərini, kahinlərini, ikonalarını yaratmağa məcbur olacaqdı. Ancaq heç kimin kitab yazıb-oxuya bilmədiyi qədim dünyadan fərqli olaraq, hamının kitab yazıb-oxuduğu dünyada müqəddəsləşdirilimiş kommunist heyət əyalətdən mədəniyyətə deyil, mədəniyyətdən əyalətə yayılacaqdı. Kommunizm bir din olaraq mədəniyyətdən törəyəcəkdi, Çin dinləri kimi. (Kommunizmin Çində uğurunu təmin edən də budur, Çin dinləri ilə mənşəcə uyğun gəlməsi.)

Kommunizm özünün cənnəti kimi vəd etdiyi utopik sosializm xoşbəxtliyini yarada bilməsə də, bu cənnətin çarçıları olan peyğəmbərlərini, kahinlərini, ikonalarını yarada bildi və onları gecə-gündüz təbliğ edib avam xalqın şüuraltısına yeritməyi bacardı.

Bu gün Azərbaycanda müstəqilllik şüur hadisəsidir, müstəmləkəçilik şüuraltı. Bu gün mədəniyyətimizdə gedən mübarizə şüurumuzla şüuraltımız arasında gedir. Şüuraltımız şüurumuzu inkar edir, hədələyir, onda suçluluq, üzrxahlıq duyğusu yaradır.

Biz şüuraltı olaraq müstəmləkəçiliklə, müstəmləkəçiliyi təmsil edən ikonalarla bərabər hələ də həsrətində olduğumuz onun cənnətini də biryolluq itirəcəyimizdən qorxuruq.

Şüuraltında biz hələ azad xalq deyilik, hətta olmaq da istəmirik.

Bizə vəd olunmuş, həm də bu dünyada vəd olunmuş cənnəti itirmək qorxusudur müstəqilliyimizi müstəmləkəçiliyimizin kənizinə, köləsinə çevirən duyğu. Mədəniyyətimizin müstəmləkəçilik dövründə yaradılmış mədəni ikonalar qarşısında üzrxahlıq, suçluluq duyğusu hiss etməsinin səbəbi iradəmizə tabe olmayan şüuraltımızdan ötürülən bu dini instinktdir.

Azadlığımıza milli günahımız kimi baxırıq, bu kommunist ikonaların bizi bağışlaması üçün əlimizdən gələn hər şeyi edirik.

Biz bu dəfə cənnəti özbaşına tərk edən və buna görə yenə də peşman olan Adəmin vəziyyətindəyik.

Müstəqilliyimizlə barışmayana qədər bu vəziyyətdə də qalacağıq.

Qismət Rüstəmovun aşağıdakı fikirlərini də bu kontekstdə dinləməkdə fayda var.

QOSHE - Mədəniyyətimizin müstəmləkəçilik kompleksi - Aqşin Yenisey yazır - Aqşin Yenisey
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Mədəniyyətimizin müstəmləkəçilik kompleksi - Aqşin Yenisey yazır

8 0
19.11.2023

Müstəqil Azərbaycanın müstəmləkə Azərbaycanı qarşısında mədəni bir suçluluq kompleksi var. Sanki, müstəqil olduğu üçün peşman olub müstəmləkəçilikdən bağışlanmasını istəyir, üzrxahlıq edir.

Mədəniyyətimizi bu gün inkişafdan saxlayan da müstəmləkəçiliyə qarşı duyduğumuz bu üzrxahlıq ehtiyacıdır.

Azərbaycanın müstəqilliyi otuz ildir müstəmləkəçiliyin könlünü almaqla, azadlıq əldə etdiyi üçün ondan üzr istəməklə məşğuldur və müstəqilliyimiz müstəmləkəçiliyin onu bağışlamayacağından qorxur, ehiyat edir.

Azadlığımız əsarətimizin qarşısında aşkar bir gözükölgəlilik hiss edir və bu boynubüküklük bütün dünyadan görünür.

Bütün dünyadan görünür ki, müstəmləkəçiliyimiz nə buyurursa, müstəqilliyimiz qaça-qaça onu edir. Müstəqilliyimiz müstəmləkəçiliyimizin bir sözünü iki eləmək cəsarətinə sahib deyil.

Bu gün Azərbaycanda “mədəniyyət” kəlməsi dilə gələn kimi müstəqilliyimiz qaçıb gizlənir, ya da özümüz onu........

© Ədalət


Get it on Google Play