Yuxuda görürəm ki, saqqalım-zadım yoxa çıxıb, bircə dənə seyrək bığım var, saçlarım isə tökülüb, and içməklik qalıb.

Axı mən bu deyildim?!

Bu nə qırmızı pencəkdir?

Kiməm mən?

Firuzə İbadova niyə mənim yanımdadır? Harada tanış olmuşuq?

Deyəsən, qarmon ifaçısıyam.

Yox e, müğənni.

Əşşi, hər nə isə.

Məni ATV-də səhər verilişinə dəvət ediblər. Əlimdə bir topa qızıl xalqa göstərirəm.

Yuxunun bu yerində içimdən qəribə bir üşütmə keçdi, tez sinəmi yoxladım, dedim, bəlkə sinəm yarılıb, gördüm yox. Sonra kürəyimi yoxladım, orda da hər şey qaydasındadır. Bəs bu...

(tez zəng edib işyoldaşımdan soruşuram:

- Əntiqə, yadımdan çıxıb, “skvaznyak” bizim dildə necə idi?

- Yelçəkən)

... yelçəkən hardandır?

Aparıcıya üzükləri göstərirəm:

- Bunu rəhmətlik sənətkarımız İlhamə Quliyeva bağışlayıb. Bax, bunu filankəs müəllim. Bunu da bəhmənkəs.

Aparıcı məndən soruşur:

- Bunları satmazsınız?

Qamətimi şux tutub deyirəm:

- Heç vaxt. Bunlar dəyərli hədiyyələrdir.

Sonra üzümü turşuduram:

- Əşşi, siz mənim sənətimlə maraqlanın e, qır-qızılı neynirsiniz?

Aparıcı susur.

- Mən el sənətkarıyam, el sənətkarı!

Qəfil anam dümsükləyib oyadır məni.

- Dur, bala, işə gecikirsən, dur!

Yuxudan oyanıb görürəm ki, ATV-də Cavanşir Məmmədov əlində bir topa qızıl xalqa göstərib deyir ki...

Anam:

- Aynur kitab istəyib, 10 manat da verib, imzalayarsan.

QOSHE - Az qalmışdı ki, Cavanşir Məmmədov olum... - Eminquey yazır - Eminquey Akif
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Az qalmışdı ki, Cavanşir Məmmədov olum... - Eminquey yazır

10 0
27.11.2023

Yuxuda görürəm ki, saqqalım-zadım yoxa çıxıb, bircə dənə seyrək bığım var, saçlarım isə tökülüb, and içməklik qalıb.

Axı mən bu deyildim?!

Bu nə qırmızı pencəkdir?

Kiməm mən?

Firuzə İbadova niyə mənim yanımdadır? Harada tanış olmuşuq?

Deyəsən, qarmon ifaçısıyam.

Yox e, müğənni.

Əşşi, hər nə isə.

Məni ATV-də səhər verilişinə dəvət........

© Ədalət


Get it on Google Play