"Qarabağ"la "Bayer 04" oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Pəh!

Rəqibin güc üstünlüyü bir yandan, bu da bir böyürdən çıxdı.

İndi gəl oyna!

Bəli, oynamaq lazımdır. "Qarabağ" bugün amansız olmalıdır. Futbol adi idman oyunu deyil, futbol müharibədir, cəng davasıdır, azarkeş savaşıdır.

Qarabağ bəyi Hatəmxanağa Müsyo Jordanla necə dil tapmışdısa, o təcrübəni bu oyuna tətbiq etmək lazımdır. Amma...

Hücumçularımız Dərviş Məstəli şah olub möcüzə göstərməlidir fransalı hakimlər briqadasına.

Müdafiəçilərimiz Makedon kimi almanlara elə bir meyxana deməlidirlər ki, dünya bu işin necə baş tutduğuna mat-məəttəl qalsın!

Fransız hakimlər qaçmağa fayton axtarsınlar.

Almanlar məğlubiyyətin acısını için-için yaşasınlar.

Çətindir, amma mümkünsüz deyil.

Meydan bizim meydandır, ev sahibi "Qarabağ" bəyləridir...

QOSHE - Hücumçularımız Dərviş Məstəli şah olub möcüzə göstərməlidir... - Eminquey yazır - Eminquey Akif
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Hücumçularımız Dərviş Məstəli şah olub möcüzə göstərməlidir... - Eminquey yazır

8 4
05.03.2024

"Qarabağ"la "Bayer 04" oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Pəh!

Rəqibin güc üstünlüyü bir yandan, bu da bir böyürdən çıxdı.

İndi gəl oyna!

Bəli, oynamaq lazımdır.........

© Ədalət

Get it on Google Play