Günümüz qara.

Gündəmimiz qara.

Şalvarımız qara.

Köynəyimiz qara.

Gödəkçəmiz qara.

Qara, qara, qara… BAĞ!

Neçə həftədir qara gələn gündəmi Qarabağ FK işıqlığa, rəngarəngliyə çıxartdı.

Oyun rəngli idi.

Hakim sarı, qırmızı kartlardan döşəyirdi komandamıza. Amma qırmızı “dur” demək üçün bəs etmədi. Qarabağ yaşıl otlardan ilham alıb irəli getdi, irəli getdi və…

Öz tarixinin və ölkə futbolubun yeni rekorduna imza atdı. Deyəsən, avropalılar da ilk dəfə tarximizi tanıdı.

Avropa Liqasının rəsmi səhifəsi “Qarabağ tarix yazdı” başlıqlı post paylaşdı.

Azərbaycan millisi futbolda portuqallara biabırçı hesablarla uduzmuşdu, uduzur, uduzacaq.

Qarabağ futbol klubu həm də millimizin məğlubiyyətlərinin heyfini çıxır.

Millimiz uduzur, klubumuz udur.

Qarabağ savaşında qurbanlar verib qələbə çalmışıq. Bu qələbənin də adı Qurbandır! Qarabağın taleyində Qurban və qurbanlar var.

HAŞİYƏ

İki fotoya da diqqətlə baxın. Azarkeşlərimizin qaramatlığı, portuqallarım rəngarəngliyi. Sanki ölkədə başqa rəngdə gödəkçə satılmır. Hərdən düşünürəm ki, bu boyda qaramata bürünməyin içində hələ yaxşı qalmışıq…

QOSHE - Qarabağın taleyində Qurban və qurbanlar var - Eminquey yazır - Eminquey Akif
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qarabağın taleyində Qurban və qurbanlar var - Eminquey yazır

7 7
23.02.2024

Günümüz qara.

Gündəmimiz qara.

Şalvarımız qara.

Köynəyimiz qara.

Gödəkçəmiz qara.

Qara, qara, qara… BAĞ!

Neçə həftədir qara gələn gündəmi Qarabağ FK işıqlığa, rəngarəngliyə çıxartdı.

Oyun rəngli idi.

Hakim sarı, qırmızı........

© Ədalət


Get it on Google Play