Bir gün sufilərdən birindən soruşurlar:

- Sevgi haqqında danışanlarla onu yaşayanlar arasında nə fərq var?

Sufi bircə kəlmə də demir, əvvəlcə sevgini dodaqdan qəlbə sala bilməyənləri çağırır, onları bir süfrə başına yığır. Süfrəyə əvvəlcə isti şorbalar gətirilir, daha sonra isə “dərviş qaşıqları” deyilən sapları bir metr olan qaşıqlar düzülür.

Sufi deyir:

- Bu qaşıqların ucundan tutub şorbalarınızı içəcəksiniz.

Amma qaşıqlar çox uzun olduğuna görə adamlar yerə töküb-dağıtmamış qaşıqları ağızlarına apara bilmirlər. Baxırlar ki bacarmırlar, süfrədən qalxıb gedirlər.

Sufi bu dəfə sevgini yaşayan insanları eyni hazırlanmış süfrəyə dəvət edir. Onların hər biri uzun qaşıqlarını boşqaba batırıb qarşılarındakı adama uzadır. Beləcə, hamısı qarnını doyurub süfrədən qalxır.

Sonra Sufi sual verən adama üzünü tutub deyir:

- Bax, kim ki həyat süfrəsində yalnız özünü görür və sadəcə öz qarnını doyurmağı düşünürsə, ac qalır. Kim ki başqalarını düşünür və onu doyurmağa çalışırsa, o da digərləri tərəfindən doyurulur. Unutmayın ki, həyat bazarında daima alan deyil, verən qazanclıdır.

Anlayıram, bəzi daima gülməli olmağa çalışan və özünü hamıdan ağıllı sayan adamlar “o uzun qaşığın sapını sındırıb vəziyyətdən çıxardım” da deyə bilər, amma bu əhvalat biclik və yumor sərgiləmək istəyənlər üçün deyil, ruzinin insana necə hasil olmağını düşünən üçündür.

Ələlxüsus da özünü düşünən biveclər üçün!

Hə, bir də molla yanına gedib bərəkət duası yazdıranlar üçün...

QOSHE - Sufidən ruzili sevgi dərsi – Eminquey yazır - Eminquey Akif
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Sufidən ruzili sevgi dərsi – Eminquey yazır

12 0
11.12.2023

Bir gün sufilərdən birindən soruşurlar:

- Sevgi haqqında danışanlarla onu yaşayanlar arasında nə fərq var?

Sufi bircə kəlmə də demir, əvvəlcə sevgini dodaqdan qəlbə sala bilməyənləri çağırır, onları bir süfrə başına yığır. Süfrəyə əvvəlcə isti şorbalar gətirilir, daha sonra isə “dərviş qaşıqları” deyilən sapları bir metr olan qaşıqlar düzülür.

Sufi deyir:

-........

© Ədalət


Get it on Google Play