Səhər-səhər bir qurtum çay içirsən həvəslə, televizorda, səhər verilişində xərçəng xəstəliyinin yaranma səbəblərindən danışırlar.

O qədər şey sadaladılar, adam soyutma yumurta yeməyə də qorxur ki, bu dəqiqə Allah eləməsin, xərçəngə tutulacaq.

Bizim TV-lər ümumiyyətlə üç şeyin üstündə bərqərar olublar.

Səhərdən günortaya kimi xəstəliklər, günortadan axşama kimi sosial şoular, axşamdan gecəyə kimi də ağlaşmalı-oynamalı proqramlar.

Bu qədər neqativin püskürdüldüyü insanlar xəstə olmasın, neyləsin? Xəstəlik təkcə qida ilə gəlir? Xəstəlik təkcə özünə baxımdan asılıdır? Söz də, enerji də xəstəlik yarada bilir. Söz də, enerji də xəstəlik sağalda bilir.

TV-lər isə insanları xəstələndirməklə məşğuldurlar. Səhər-səhər kimin nəyinə lazımdı ölümcül xəstəliklərlə bağlı şablon məlumatlar? Bu günlərdə hələ də yazmağa davam etdiyim "Apatiya" filmi məhz bu neqativlikdən, qaranlıqdan danışır.

Gözləyin, əziz oxucular...

QOSHE - Xəstəlik üfürən TV-lərimiz - Eminquey yazır - Eminquey Akif
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Xəstəlik üfürən TV-lərimiz - Eminquey yazır

9 0
12.02.2024

Səhər-səhər bir qurtum çay içirsən həvəslə, televizorda, səhər verilişində xərçəng xəstəliyinin yaranma səbəblərindən danışırlar.

O qədər şey sadaladılar, adam soyutma yumurta yeməyə də qorxur ki, bu dəqiqə Allah eləməsin,........

© Ədalət

Get it on Google Play