We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Faiq QİSMƏTOĞLU: HƏR YERDƏ BİR EV

6 0 0
18.01.2019

... Dünya görmüş bir kişi oğlunu yanına çağırıb deyir ki, görürəm böyümüsən, lap saçın da ağarıb. Gərək bu vaxta qədər sənin çox yerdə dostun, evin olaydı. Hələ də gec deyil, get özünə hər yerdə bir ev tik! Oğlan da atasını axıra qədər dinləyir və sonra da dediklərini eləməyə başlayır. Çünki onun atası çox imkanlı, pullu adam olur. Oğlan hər kənddə, hər qəsəbədə, hər yerdə özünə çox yaraşıqlı, geniş və işıqlı evlər tikdirir. Evlərə baxan adam məəttəl qalır ki, hər kişi belə topdağıtmaz ev tikdirə bilməz...

... Oğlan günlərin birində atasının yanına qayıdır və deyir ki, ata, sənin dediklərinə əməl elədim. Kişi oğluna qayıdıb bildirir ki, onda gəl gedək məmləkəti gəzib gələk, görüm nə iş görmüsən. Ata-oğul çıxırlar məmləkətə, o kəndə gedirlər, bu qəsəbəyə gedirlər, kişi baxır ki, oğlu hər yanda yaraşıqlı bir ev tikdirib. Evləri görən kişinin qanı qaralır, qaş-qabağı yer süpürür. Oğlu bunu görəndə təəccüblənir. Deyir ki, ata, qanın niyə qaraldı? Demişdin ev tik, mən də sənin nəsihətinə qulaq asıb hər yanda bir ev tikdim. Bunun nəyi pisdi?! Ata dillənir:

- Mən sənən belə ev tikməyi deməmişdim. Bu evlər nə vaxtsa baxımsızlıq üzündən uçulub dağılacaq. Mən sənə demişdim ki, etibarlı dostun olsun ki, o evdən daha qiymətlidir.

Oğlan barmağını dişləyir və səhv etdiyini anlayır. Yaxşı dostu olan, etibarlı yoldaşı olan insan üçün elə hər tərəfdə bir ev tikmək kimi bir şeydi. Xalq şairi Hüseyn Arif çox duzlu və yumorlu insan idi. Bir gün rayona gedir, camaat onu........

© Ədalət