Bakının Yeni Günəşli yaşayış sahəsinin " D" massivində, daha döğrusu " Fatimeyi-zəhra" məscidinin iki addımlığında bir-birinə bitişik iki 16 mərtəbəli bina tikilir.

Artıq binanın 16-çı mərtəbəsi inşa olunur. Həmin iki bina tikildiyi ilk gündən təhlükəsizlik qaydalarına əməl edilmir! Əgər həmin inşa olunan binanın yanında park salındığını xatırlatsaq , onda təhlükəsizlik qaydalarının pozulmasının hansı faciəyə yol aça biləcəyini təsəvvür eləmək biri o qədər də çətin deyil. Küləkli havada bu təhlükə daha da artır.

Çünki yüksəklikdən hər inşaat materialları yoldan keçən və parkda gəzən insanların üstünə düşə bilər. Hələ Allah eləməmiş kran park tərəfə aşsa görün onda nə baş verər? Bu yaxınlarda yuxarıdan düsən tikinti materialı park tərəfə düşüb.

Xoşbəxtlikdən həmin vaxtı parkın o istiqamətində adam olmayıb. Parkda gəzən bir neçə insan həmin tikintiyə gedib və iş icraçısına narazılığını bildirib! Hər halda, tikintiyə nəzarət edən qurumlar Mənzil Tikinti Kooperativinə bu qanun pozuntusunu xatırlatmalı və lazım gələrsə, onları inzibati məsuliyyətə cəlb etməlidir!

QOSHE - Hər an ölüm...  - Faiq QİSMƏTOĞLU yazır - Faiq Qismətoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Hər an ölüm...  - Faiq QİSMƏTOĞLU yazır

11 0
06.03.2024

Bakının Yeni Günəşli yaşayış sahəsinin " D" massivində, daha döğrusu " Fatimeyi-zəhra" məscidinin iki addımlığında bir-birinə bitişik iki 16 mərtəbəli bina tikilir.

Artıq binanın 16-çı mərtəbəsi inşa olunur. Həmin iki bina tikildiyi ilk gündən təhlükəsizlik........

© Ədalət


Get it on Google Play