Kamil Vəli Nərimanoğlu BDU- nun ən savadlı, ən istedadlı ,ən səmimi müəllimlərindən idi.

Elmlər doktoru, professordu. Azərbaycan dilinin qrammatikası üzrə ən yaxşı mütəxəssis kimi tanınmışdı. Bizim jurnalistika fakültəsındə də dərs deyirdı, amma bizə dərs demirdi. Buna baxmayaraq onu özümüzə müəllim bilirdik.

Çünki çox səmimi və tələbənin dəyərini verən ziyalı idi. Gözəl elmi məqalələr, publisist yazılar qələmə alardı, hətta o vaxtlar Azərbaycan radiosunda " Bulaq" verilişın ssenarisini də yazırdı.Elə şirin yazırdı ki, onun qələmə aldığı sözlər bal kimi şırinydi. Uzun müddətdir ki, elmi fəaliyyətini Türkiyə Universitetlərindən birində davam etdirirdi.

Ölümündən bir neçə gün öncə doğma universitetini ziyarət edib, professor və müəllimlərlə çay süfrəsi arxasında şırin söhbətlər danışıb və ötən günləri xatırlayıblar.Həmin görüşlə bağlı türkologiya kafedrasının müdiri , professor Məhərrəm müəllim paylaşma da edib.Allah ona hər şeyi bəxş etdiyi kimi, gözəl ölüm də qismət eləyib. Divanda kitab oxuduğu gedə yatıb və oyanmayb.

Ramiz Rövşən demişkən " ölümün ləzzətli vaxtında ölüb" Allah, ancaq sevdiyi adamlara belə gözəl ölüm bəxş edir! Onun ölümü Azərbaycan elminə, ədəbiyyatına və insanlığa çox böyük itkidir!!!. Heyf səndən, Kamil müəllim! Yerin Cənnət olsun!

QOSHE - Heyf səndən, Kamil müəllim! - Faiq Qismətoğlu yazır - Faiq Qismətoğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Heyf səndən, Kamil müəllim! - Faiq Qismətoğlu yazır

12 0
17.12.2023

Kamil Vəli Nərimanoğlu BDU- nun ən savadlı, ən istedadlı ,ən səmimi müəllimlərindən idi.

Elmlər doktoru, professordu. Azərbaycan dilinin qrammatikası üzrə ən yaxşı mütəxəssis kimi tanınmışdı. Bizim jurnalistika fakültəsındə də dərs deyirdı, amma bizə dərs demirdi. Buna baxmayaraq onu özümüzə müəllim........

© Ədalət


Get it on Google Play