Böyük şəhərlərin səs-küylü küçələri. Uşaqlı -böyüklü insanlar hərəkətdədir. Həyat var yəni. Hərəkət varsa həyat var. Yaddaşımın qoruyub saxladığım künclərində də həyat qalıb . Və gəzdikcə və hərəkətə gətirdikcə yaddaş mənə hüceyrələrimin canlı olduğunu deyir. Vaxtı xatırladır. Ankara vaxtı ilə saat... Neçədir, heç bilmirəm. Sadəcə, gəzirəm Kızılayda. İlk gəlişim ötən minilliyin 92-ci ilinə aid idi. Telefon, internet- filan yox idi o illərdə. Şəhər yerindədi, insanların və maşınların sayı artıb. 92-ci ildə atamla anam da gəlmişdilər buralara. İndi onlar yoxdu... İndi Ankara çox adamın həyatda qalması üçün bir yer olub. Əbədi qalan heç nə olmasa da vaxtı artırmaq üçün məkan.

Gəldiyimiz günün axşamı məmləkətdə böyük, tarixi hadisə baş verir. Xəbərləri izləyirəm... Sentyabr ayının 18-ci günüdür. Əmir Teymurun generallarından birinin adını daşıyan Esenboğa hava alanından Ankaraya gəlmişik. Əmir Teymurun adı buralarla çox bağlıdır. Ən azından Əmirlə Yıldırım Beyazit burda savaşıblar. Osmanlı tarixinin ağır zamanlarına səbəb olub bu savaş... Amma indi Ankarada hər addımda Teymurun nəsillərindən gəlmə adamlarla çox rastlaşmaq olur. Ankara imperiya varisi olan ölkənin paytaxtıdır. İmperiyalar isə zamansız olurlar – ya da uzun olur zamanı.

... İndi ilıq payız günündə gurlayan şəhərin, “Gür Kent” otelindən Kızılay boyu addımlamaq... Son illər hər zaman burda məskunlaşırıq. Və sonra böyümüş şəhərin, ətraflara yayılmış şəhərin ucqarlarında doktorlarımızla görüşəcəyik. Dostumuz Yakup Öməroğlu eşlik ediyor bizə. Keçən dəfə gələndə də, indi də Yakup bəy və ailəsi bizimlə birgədirlər. Allah razı olsun...


***

- Neden geç kaldınız?

Doktora izahat verirəm – çoxsaylı səbəblərdən danışıram. Təhlillər götürülür, iynə vurulur və qərar verilir – nəticələr ümidverici görünür. İki ay burda qalmalıyıq – tədavi aralıksız olmalıdı. Aqil deyinir, iki ay mən burda neyləyəcəm ??? Sakit qulaq asıram hər kəsə və "əlbəttə, qalacağıq" deyirəm. İndi qalacağımız yeri müəyyən etmək lazımdı. Ankara vaxtı ilə məkanı da müəyyən etmək .

***

Yaxınlıqdadır məkanımız. Hər gün hastanəyə gedib-gələcəyik burdan. Hər gün doktorlarla, həmşirələrlə, pasientlərlə, refakatçılarla görüşəcəyimiz yer. İki mərtəbəli, kiçik, xudmani bir butik oteldə qalırıq. Gündüzlər hava gözəldi, axşam üşüyürük... Üşümək həm də uzaqlıqdan olur. Evdən, yurdumuzdan, ailəmizdən uzaqlıq üşüdür bizi. Həm də mərkəzdən çox uzaqdı məkanımız. Tədavi saatlarından sonrakı vaxtı necə ötürəcəyik? Həəə, qəriblikdə təklik zor oluyor (iki dildə düşünməyə başlamışam deyəsən ). Dostumuz, yəni Yakup bəy təklif edir ki, boş zamanımız olanda şəhər ətrafına çıxarıq . Həəə, bu yaxşı olar... Ankara İstanbul deyil ki, hər addımda tarix olsun. Amma yenə imperiya paytaxtıdı. Keçmiş olsa da.

Ən vacib məsələlərdən biri də gələn telefon zənglərinə cavab verməkdi. Rouminqi bağlı saxlamağa məcburuq – üzləri ağ olsun, elə qiymət qoyublar ki, telefonlara cavab versək müalicə parasını ödəyə bilmərik. Ən yaxşısı internetin xidmətindən istifadə etməkdi. Bir halda ki, bizi nəzarətdə saxlayırlar, o zaman xidmət göstərsələr də dünya dağılmaz. Amma insanlara diqqət göstərdiklərinə görə də cavab verməmək olmur.

***

Ankara Türkiyə Cümhuriyyətinin paytaxtıdır. Gənc şəhərdi, İstanbul kimi hər daşından tarix fışqırmır. Yəni demək istədiyim Ankarada gəzməyə, görməyə yalnız məzar yerləri var... Bir də tarix adına Ankara qalası və cəza evləri... Cəza evləri də indi muzey olub... Klinika ilə qaldığımız evin arasında darıxmağa qoymur bizi dostumuz Yakup Öməroğlu. Müalicə arasında fasilə yarananda aparır bizi harasa. Şənbə günü yolumuzu Ulucan cəza evinə saldıq. Təbii ki, insanın hardasa qapanıb yaşaması (əgər buna yaşamaq demək olarsa) ağır mənzərədir. Tarixə dönsə də ....

Sıxıntı verir... Darısqal yollar və düşüncələr…

Muzeydir indi bura . Qəribədir ki, həbsxana olsa da ziyarətçiləri çoxdur. Bilet alıb keçirlər içəri. Hətta uşaqlar da var ziyarətçilər arasında. Yəqin hələ həyatın belə üzünün də olmasını dərk edə bilmirlər. Darısqal aralıqlarla içəri dalırıq – həbsxana hücrələri ilə tanışlığımız başlayır. Türkiyə Cümhuriyyətinin 100 illik tarixi devrimlərlə zəngin tarixdir. Ənənəvi yeniçəri tarixi və ardıyca cümhuriyyət devrimləri. Atatürk zamanından 21-ci əsrin əvvəlinə qədər.

Türkiyə siyasi tarixinə damğa vurmuş çox isimlərin girib-çıxdığı cəza evi.... Və tanıdığım portretlər diqqətimi çəkir... Hilton sözünü oxuyuram... Filmi xatırlayıram – “Banqok Hilton”…

Ardı var

QOSHE - Ankara vaxtı ilə... - İradə Tuncay yazır - Iradə Tuncay
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ankara vaxtı ilə... - İradə Tuncay yazır

9 6
23.11.2023

Böyük şəhərlərin səs-küylü küçələri. Uşaqlı -böyüklü insanlar hərəkətdədir. Həyat var yəni. Hərəkət varsa həyat var. Yaddaşımın qoruyub saxladığım künclərində də həyat qalıb . Və gəzdikcə və hərəkətə gətirdikcə yaddaş mənə hüceyrələrimin canlı olduğunu deyir. Vaxtı xatırladır. Ankara vaxtı ilə saat... Neçədir, heç bilmirəm. Sadəcə, gəzirəm Kızılayda. İlk gəlişim ötən minilliyin 92-ci ilinə aid idi. Telefon, internet- filan yox idi o illərdə. Şəhər yerindədi, insanların və maşınların sayı artıb. 92-ci ildə atamla anam da gəlmişdilər buralara. İndi onlar yoxdu... İndi Ankara çox adamın həyatda qalması üçün bir yer olub. Əbədi qalan heç nə olmasa da vaxtı artırmaq üçün məkan.

Gəldiyimiz günün axşamı məmləkətdə böyük, tarixi hadisə baş verir. Xəbərləri izləyirəm... Sentyabr ayının 18-ci günüdür. Əmir Teymurun generallarından birinin adını daşıyan Esenboğa hava alanından Ankaraya gəlmişik. Əmir Teymurun adı buralarla çox bağlıdır. Ən azından Əmirlə Yıldırım Beyazit burda savaşıblar. Osmanlı tarixinin ağır zamanlarına səbəb olub bu savaş... Amma indi Ankarada hər addımda Teymurun nəsillərindən gəlmə adamlarla çox........

© Ədalət


Get it on Google Play