"Bir dəli quyuya daş atıb", yerdə qalan "ağıllılar" da o daşın quyudan çıxarmağın yollarını axtatırlar. Qərbin bəzi dövlət başçılarının düşdüyü vəziyyət, məhşur Azərbaycan filmində verilən suala cavab tapmaqda "təkərə düşən"aktyorları xatırladır. İndi Fransanın danışığını, nəyi harda və nə zaman söyləyəcəyini bilməyən prezidenti Emanuel Makron bir neçə gün əvvəl bir qələt (səhv) edib bəyan edib ki, NATO dövlətləri Ukraynaya hərbi qüvvələrini göndərməlidirlər. Aləm qarışıb bir-birinə. NATO-ya üzv dövlətlərin bəziləri deyir göndərək, bıxiləti fə deyir ki, yox göndərməyək.

Mskronun ardınca, Almaniyanın kansleri Olaf Şolts, Almaniyanın Ukraynaya heç bir halda hərbi qüvvələrini göndərməyəcəyini bəyan etməklə yanaşı, fransalı həmkarına xatırladıb ki, "NATO dövlətlərinin bəzilərinin hərbi qüvvəlırinin artıq Ukraynadadır".

Almaniya kansleri Böyük Britaniya və Fransanın hərbi təlimatçılarının və mütəxəssislərinin, azsaylı olsalar da, Ukrayna cəbhəsində döyüşdüklərini etiraf edib.

"İki daşın" araslnda qalan Şimali Atlantika Hərbi Blokunun (NATO-nun) baş katibi Stoltonberq, həm fransız liderinin, həm də alman liderinin bəyənatlarını təkzib edərək, NATO hərbiçilərinin Ukrayna cəbhəsində iştirak etmədiyini bəyan etdi.

Bu arada dünən İtaliyanın müdafiə naziri Quido Krozetto yerli "La Stampa" qəzetinə müsahibədində bildirib ki, "Fransa və Polşa, ən başdan formal və könüllü olaraq münaqişəyə qoşulmayan NATO-nun adından danışa bilməzlər. Kiyevə qoşun göndərilməsi, birtərəfli olaraq vəziyyəti gərginləşdirməyə və diplomatiyaya gedən yolu silib-süpürməyə gəririb çıxarar"- deyə müdafiə naziri bildirib.

İtaliyalı nazir, Ukraynaya, "azadlığın, ərazilərinin və təhlükəsizliyinin" diplomatik kanallar vasitəsiylə necə kömək etməyin yollarının axtarılması üçün çalışmaq lazım olduğunu bildirib.

Ağlını itirmiş Fransa prezidentinin "Ukraynaya dəstək üçün yeni alyans yaratmaq ideyası"nın, prezident seçkilərinə hazırlıq piar-kampaniyası kimi də qiymətləndirmək olardı. Lakin düşüncəsi zəif olan dövlət rəhbəri də anlamalıdır ki, hər hansı bir idetanın həyata keçirilməsi üçün ən azından bir məntiqi anlayışı, kəşfiyyat mənbələri və s. olmalıdır. Bu birliyin yaradılması ideyasının həyata keçirilməsi üçün, əsl maniə yaradan problemi ondan ibarətdir ki, ideyanın nə özünün məntiqi anlayışı, nə də özünün kəşfiyyat imkanları var.

Lakin, düşüncəsində Makrondan geri qalmayan daha bir "ağıllı"- Polşanın xarici işlər idarəsinin rəhbəri Radoslav Sikorski də, NATO-nun Ukraynaya ordu göndərmək ideyasını bəyəndiyini bildirib və qeyd edib ki, Ukraynada qərb ordusunun olmasında ağlasığmaz və imkansız bir məsələ yoxdur.

Bu dərrakədə xarici diplomatiyya rəhbərlik edən adamın "ağlasığmazlığı" ondan ibarətdir ki, bir ölkənin diplomatiya rəhbəri kimi, ağzını açlb danışmamış, Makronun sərsəm bəyənatına deyil, ən azlndan Rusiya prezidenti Vladimir Putinin bu günlərdə gənclər forumundakı çıxışlndakı Qərb dövlətlərinə ünvanlanan birbaşa təhdid dolu açıq bəyənatına diqqət yetirməli idi.

Başlarını qumda gizlədib, arxalarının çöldə qalmasının fərqinə varmayan makronlar, şoltslar, sikorski və digərləri, nə qədər nala-mıxa vursalarda, bütün dünya bilir ki, başda ABŞ olmaqla NATO dövlətləri birbaşa bu müharibənin iştirakçılarıdırlar və ukrayna xalqının qanlarının tökülməsində, Rusiya ilə birlikdə onlar da məsuliyyət daşıyırlar və heç bir halda yaxalarlnı kənara çəkə bilməyəcəklər...

QOSHE - "Sonuncu qazdığınız quyunun dərinliyi neçə metrədir?"... -  Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

"Sonuncu qazdığınız quyunun dərinliyi neçə metrədir?"... -  Rüstəm Hacıyev yazır

10 0
11.03.2024

"Bir dəli quyuya daş atıb", yerdə qalan "ağıllılar" da o daşın quyudan çıxarmağın yollarını axtatırlar. Qərbin bəzi dövlət başçılarının düşdüyü vəziyyət, məhşur Azərbaycan filmində verilən suala cavab tapmaqda "təkərə düşən"aktyorları xatırladır. İndi Fransanın danışığını, nəyi harda və nə zaman söyləyəcəyini bilməyən prezidenti Emanuel Makron bir neçə gün əvvəl bir qələt (səhv) edib bəyan edib ki, NATO dövlətləri Ukraynaya hərbi qüvvələrini göndərməlidirlər. Aləm qarışıb bir-birinə. NATO-ya üzv dövlətlərin bəziləri deyir göndərək, bıxiləti fə deyir ki, yox göndərməyək.

Mskronun ardınca, Almaniyanın kansleri Olaf Şolts, Almaniyanın Ukraynaya heç bir halda hərbi qüvvələrini göndərməyəcəyini bəyan etməklə yanaşı, fransalı həmkarına xatırladıb ki, "NATO dövlətlərinin bəzilərinin hərbi qüvvəlırinin artıq........

© Ədalət


Get it on Google Play