Ukraynanı Rusiya ilə müharibə vəziyyətinə gətirən ABŞ və Qərb üçün bu ölkənin heç bir əhəmiyyət daşımadığını dəfələrlə qeyd etmişik. Onları, Ukrayna və ukraynalıların taleyi qətiyyən maraqlandırmır, yalnız öz maraqları xatirinə bu müharibənin mümkün qədər uzanmasını istəyirlər. Məqsədləri Rusiyanı çökdürməkdir ki, ona da nail ola bilmirlər.

Avropa İttifaqı diplomatiyasının başçısı Cozep Borrel etiraf edir ki, onlar uzun müddət Ukraynaya lazımi hərbi yardım göntərməyə tələsməyiblər. "Biz uzun müddət Ukraynaya lazımi hərbi dəstək göstərilməsi üçün qərara gələ bilməmişik. Yalnız Rusiyanın üstünlük qazanmaq imkanları təhlükəsi artdığı vaxtda hərəkətə keçmişik ki, bu da minlərlə insanın həyatı bahasına başa gəlib"- deyə Borrel bildirib.

Avrodiplomatın sözlərinə görə, Ukraynaya hərbi yardım göstərilməsi məsələsində dəyişikliklər edilməlidir: "Nə olur olsun, biz bu dəstəyi sonuna qədər davam etdirməliyik".

Ümumi vəziyyət isə göstərir ki, Avropanın hərbi sənayesi bu öhtəlikləri yerinə yetirmək gücündə deyil. Ona görə ki, Avropa ölkələri əsasən hər hansı bir təhlükə qarşısında okeanın o tayındakı xozeynlərinə arxayın olublar. Dünyanın demək olar ki, bütün qaynar nöqtələrində gedən müharibə və münaqişələrdə bu və ya digər formada iştirak edən ABŞ isə bundan istifadə edərək öz hegemonluğunu nümayiş etdirməkdədir.

İki ilə yaxındır Ukrayna ərazilərini qanlı döyüş meydanına çevirən, Zelenskiyə "sonadək arxandayıq" deyərək "qaz" verən Co Bayden, bu gün söz verdiyi 60 milyard dollarlıq köməyi etməyi bacarmadı. ABŞ Senatı Ukraynaya hərbi kömək məqsıdiylə bu vəsaiyin ayrılmasını əngəllədi. Ukrayna bu gün faktiki olaraq meydanda tək qalmaqdadır.

Vəziyyətdən istifadə edərək, cəbhədə hərbi potensialını artıran Rusiyada yenidən canlanma hiss olunmaqdadır. Cıbhə xəttinə əlavə qüvvələrin göndərilməsi məqsədiylə yenidən səfərbərlik elan olunacağı gözlənilir. Ukraynanın şəhər və kəndləri yeni hücumlara məruz qalmaları təhlükələri qarşısındadır.

Avrodiplomatiyanın rəhbəri Cozep Borrelin isə, ümidsiz şəkildə həyacan siqnalı çalmaqla, Avropanı "Ukraynaya uzaq məsafəli raketlərin və müasir silah sistemlərinin verilməsinə, onun hava hücumundan müdafiə sistemlərinin möhkəmləndirilməsinə" çağırış etməkdən başqa çarəsi aalmadığı açıq şəkildə görünməkdədir.

Avropa dövlətləri isə susur.

QOSHE - ABŞ və Avropa Ukrayna ilə məzələnir - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

ABŞ və Avropa Ukrayna ilə məzələnir - Rüstəm Hacıyev yazır

10 0
29.01.2024

Ukraynanı Rusiya ilə müharibə vəziyyətinə gətirən ABŞ və Qərb üçün bu ölkənin heç bir əhəmiyyət daşımadığını dəfələrlə qeyd etmişik. Onları, Ukrayna və ukraynalıların taleyi qətiyyən maraqlandırmır, yalnız öz maraqları xatirinə bu müharibənin mümkün qədər uzanmasını istəyirlər. Məqsədləri Rusiyanı çökdürməkdir ki, ona da nail ola bilmirlər.

Avropa İttifaqı diplomatiyasının başçısı Cozep Borrel etiraf edir ki, onlar uzun müddət Ukraynaya lazımi hərbi yardım göntərməyə tələsməyiblər. "Biz uzun müddət Ukraynaya lazımi hərbi dəstək göstərilməsi üçün qərara gələ........

© Ədalət


Get it on Google Play