"Ukraynaya silah göndərək, göndərməyək, maliyə yardımı edək, etməyək"

Rusiyanı çökdürmək məqsədilə Ukraynanı oyuna salan ABŞ və Qərb dövlətləri başlarını itiriblər, artıq nə edəcəklərini bilmirlər. ABŞ prezidenti Co Baydenin Ukrayna lideri Zelenskiyə "sonacan yanındayıq"- deyə verdiyi sözə əməl etməkdə çətinliklərlə üzləşməsi, işləri daha da qəlizləşdirib.

ABŞ Senatı, Co Baydenin Ukraynaya əlavə 60 milyard dollar maliyə yardımı ayrılması xahişini yerinə yetirmək istəmir. Qərb isə artıq tükənməkdədir, hərbi sənaye kompleksləri Ukraynanı silah-sursatla təmin etmək gücündə olmadığını etiraf edirlər.

Birləşmiş Ştatlarda demokratlarla respublikaçılar arasında, Ukrayna və İsrailə hərbi yardım göstərilməsi məsələsi ilə bağlı konsensus yaratmaq cəhdləri hələ ki, istənilən nəticəni vermir. Çünki konqresmenlər ilk öncə daxili problrmlərin həll olunmasını istəyirlər. Daxildə isə əsas problem, Meksika sərhədlərində miqrasiya böhranının aradan qaldırılması və qanunsuz miqranitanın qarşısının alınması ilə bağlı qanun layihələrinin taleyi qeyri müəyyən olaraq qalmaqdadır.

Avropada da Ukraynaya dəstək səviyyəsi ürəkaçan deyil. Almaniya hökumətində də bununla bağlı qeyri müəyyənlik müşahidə olunmaqdadır. Bundestaqın bəzi deputatları düşünürlər ki, Berlinin xarici siyasətində hətta Rusiya ilə münaqişə təhlükəsinin artması təhlükəsinə baxmayaraa, Kiyev Moskvadan üstün tutulmalıdır. Ona görə də, kansler Olaf Şoltsdan Ukraynaya "Taurus" qanadlı raketlərinin verilməsini tələb edirlər.

Kansler Şolts isə Ukrayna hərbi qüvvələrinə qanadlı raketlərin verilməsi məsələdində bir qərara gələ bilmir, hər dəfə müxtəlif bəhanələrlə bu məsələni yola verməyə çalışır.

Eyni vəziyyət Fransa və Bpyük Britaniyada da müşayət olunmaüdadlr. Okeanın o tayındakı xozeynləri onlardan Ukraynaya kömək etmələrini tələb edir, Fransa, Almaniya və Böyük Britaniya isə müxtəlif bəhanələrlə Kiyevə qanadlı raketlər göndətməkdən yayınmağa çalışırlar. Moskvaya kimsənin Rusiyanın "qəzəbinə" düçar olmaq niyyətində olmadığını göstətmək istəyirlər.

Ukraynada isə qanlı müharibə davam edir. Ruslar Ukraynanı bombalayır, Ukrayna isə Krımı və Rusiya ilə sərhəd şəhərlərini raket atəşinə tutur...

QOSHE - ABŞ və Qərb dilema qarşısında - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

ABŞ və Qərb dilema qarşısında - Rüstəm Hacıyev yazır

7 0
02.02.2024

"Ukraynaya silah göndərək, göndərməyək, maliyə yardımı edək, etməyək"

Rusiyanı çökdürmək məqsədilə Ukraynanı oyuna salan ABŞ və Qərb dövlətləri başlarını itiriblər, artıq nə edəcəklərini bilmirlər. ABŞ prezidenti Co Baydenin Ukrayna lideri Zelenskiyə "sonacan yanındayıq"- deyə verdiyi sözə əməl etməkdə çətinliklərlə üzləşməsi, işləri daha da qəlizləşdirib.

ABŞ Senatı, Co Baydenin Ukraynaya əlavə 60 milyard dollar maliyə yardımı ayrılması xahişini yerinə yetirmək istəmir. Qərb isə artıq tükənməkdədir, hərbi sənaye kompleksləri........

© Ədalət


Get it on Google Play