ABŞ təhlükəli narkotik epidemiyasından ciddi əziyyət çəkir. Yüzlərlə amerikalı sintetik opium- fentanilanın doza həddini aşmasından həyatlarını itirir. Bu narkotik vasitə 2021-ci ildə 70 min, 2022-ci ildə 80 min insanın canını alıb. 2023-cü ildə isə sintetik narkotikdən ölənlərin sayı 100 mini keçə biləcəyi bildirilir.

Son vaxtlar Birləşmoş Ştatlarda doza həddinin aşması, vaxtsız ölümlərə səbəb olan əsas faktor kimi göstərilir. Bildirilir ki, Fentalindən ölənlərin sayı, Vyetnam, Əfqanıstan və İraq müharibələrində ölən hərbiçilərinin ümumi sayından çoxdur.

Prezident Co Bayden administrasiyası, "zombi-apokalipsis" adlandırdıqları narkotika epidemiyası qarşısında faktiki olaraq aciz qalıb. Hər halda Ağ Ev, son vaxtlar dramatik fentalin teması ətrafında səs-küylü bəyənatlar səsləndirir.

"Bi-Bi-Si" radiostansiyası bildirir ki, Hakimiyyət artıq 48 ştatda fentalin "zombisini" aşkar edib. Fentalin hətta ABŞ-ın xarici sitasətində də çox vacib faktora çevrilib. Belə ki, Co Bayden, keçmiş prezident Donald Trampın yolunu davam etdirərək, Meksika sırhədlərində tikilən hasarları daha da genişlənditərək möhkəmləndirir.

Fentalin problemi və kartellər amerikan siyasətçilərini o qədər qorxuya salıb ki, Respublikaçıkar partiyasından olan senatorlar, hətta narkobaronlara qarşı hərbi əməliyyatlar keçirilməsi ilə bağlı çağırış da edirlər. "Əgər Meksikada "İslam Respublikası" və yaxud "Əl-Qaidə" yuvaları olsaydı, ABŞ çoxdan Texasa raket zərbələri endirmişdi və biz onları yer üzündən silmişdik. Halbu ki, Kartelləri idarə edən narkobaronlar, ABŞ -a terror təşkilatlarından min dəfə artlq zərər vururlar"- deyə senator Lindsi Qrem bildirib.

Respublikaçılar partiyasından prezidentliyə namizəd, Floridanın qubernatoru Ron Desantis, Meksikaya qoşun yeritməyə çağırıb. Eks-prezident Donald Tramp da hakimiyyətdə olduğu vaxtlarda, kartellərlə mübarizə aparmaq üçün gücdən istifadə etməyin tərəfdarı olmuşdu.

"Lenta.ru" saytınln materialları əsasında

QOSHE - Birləşmiş Ştatlar narkotik epidemiyasından boğulur - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Birləşmiş Ştatlar narkotik epidemiyasından boğulur - Rüstəm Hacıyev yazır

5 0
01.12.2023

ABŞ təhlükəli narkotik epidemiyasından ciddi əziyyət çəkir. Yüzlərlə amerikalı sintetik opium- fentanilanın doza həddini aşmasından həyatlarını itirir. Bu narkotik vasitə 2021-ci ildə 70 min, 2022-ci ildə 80 min insanın canını alıb. 2023-cü ildə isə sintetik narkotikdən ölənlərin sayı 100 mini keçə biləcəyi bildirilir.

Son vaxtlar Birləşmoş Ştatlarda doza həddinin aşması, vaxtsız ölümlərə səbəb olan əsas faktor kimi göstərilir. Bildirilir ki, Fentalindən ölənlərin sayı,........

© Ədalət


Get it on Google Play