Son bir həftədir dünya həyəcanla Cənubi Amerikadan gələn xəbərləri izləyir. Venesuelanın prezidenti Nikolas Maduro, neftlə və müxtəlif təbii sərvətlərlə zəngin olan Essekibo regionunu ölkə ərazisinə qatmaq üçün referendum keçirib. Qayana dövləti isə yüz ildir ki, bu regionu müstəqil Qayananın əraziləri hesab edir.

Hərbi qüvvələri Venesuelanın hərbi qüvvələrindən 36 dəfə az olan Qayananın prezidenti İrfan Əli, CNN telekanalının efirindən dünyaya xəbərdarlıq edib ki, onun ölkəsi "ikinci Ukrayna" ola bilər. Təbii ki, dünyada baş verən münaqişələrinin onların maraqından kənar qalmasına alergiyası olan ABŞ və Rusiyanın diqqətindən kənarda qala bilməzdi. Neft və təbii sərvətlərin bol olduğu regionun kimsənin təkbaşına nəzarətinə keçməsinə, bu hegemon dövlətlərdən başqa, Çin, Braziliya, Kolumbiya, Surinam və son zamanlar "başını-başlara qoşmaq istəyində olan" Hindistan da biganə olmadıqlarını nümayiş etdirirlər.

Bir sözlə, Qayananın başının üstünü böyük müharibə dumanı almaqdadır. Neftin iyi, təbii sərvətlərin parıltısına yığışan "ac çaqqal sürüləri", "banan cəngılliklərində" yeni müharubə ocağının qalanmasına hazırlaşırlar.

Venesuelanın prezidenti Nikolas Maduro, arıq qonşu Qayanaya məxsus Essekibo ərazilərini işğal etmək məqsədilə ölkəsində səfərbərlik elan edib. İspaniyanın "El Paris" qəzeti yazır ki, hətta general-mayor Aleksis Rodrigers Kabelyu, Essekibo regionuna müvəqqəti rəhbər təyin edilib. (Rusiya prezidenti Vladimir Putinin dəsti-xətti açıq-aydın görünür. O da, İşğal edilən Ukrayna ərazilərinə dərhal marionet rəhbərlər təyin edirdi). Yaxın dostu Putindən fərqli olaraq, Maduro bir az da qabağa gedərək, işğal etməyə hazırlaşdığı regiona bəri başdan rəhbər təyin edib.

"Bizim Qayana-Essekibo de-fakto Britaniya imperiyası və onun varisləri tərəfindən işğal olunub və onlar uzun illərdir ki, bu ərazilərin sərvətlərini talan etməklə məşğuldurlar"- deyə Nikolas Maduro bəyan edib.

Venesuela prezidenti referendumun nəticələrinə görə, hazırda Essekibo şelflərində neft çıxaran xarici şirkətlərini, "üç ay müddətində öz xoşları ilə" bu əraziləri tərk etməyə səsləyib. O, eyni zamanda neft hasil edən PDVSA dövlət şirkətinə, Essekiboda işlərə başlamaq üçün xüsusi qrup hazırlamağı tapşırıb.

Maduronun bəyənatlarını ölkəsi üçün birbaşa təhdid hesab edən Qayananın prezidenti İrfan Əli, kömək üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazlrlaşır. Bədbəxt ölkənin bədbəxt prezidenti hələ də anlamır ki, başlarının üstünü almaqda olan müharibə təhlükəsinin əsas mənbəyi bu "şeytan yuvasınadan" qaynaqlanır. TŞ-sı (daha doğrusu Konseyi) yarandığı gündən bu vaxta qədər heç bir münaqişəni dayandırmayıb, əksinə yalnız közərməkdə olan odunun üstünə benzin tökməkdə məşğul olub və olmaqdadır.

Yazıq İrfan Əli, xalqa təcili müraciətində ölkəsinin hərbi qüvvələrinin tam hərbi hazırlıq vəziyyətinə gətirildiyini, Birləşmiş Ştatlar başda olmaqla "tərəfdaşları ilə əlaqədə olduğunu" bəyan edib.

Göründüyü kimi İrfan Əli, Ukrayna prezidenti Volodimir Zelenskinin də bir vaxtlar çox güvəndiyi "eribarlı" tərəfdaşlara bel bağlayır. Bu "tətəfdaşlara" güvənib "ağ günə çıxan" Ukrayna xalqının yaşadığı hazırki faciədən dərs götürmür... Qayana da belə "xoşbəxt" olacaq. "Sem dayının" barmağı olan yerdə hələ gül bitdiyini heç kim görməyib, kim bilir, bəlkə İrfan Əliyə bunu görmək qismət olacaq...


QOSHE - Cənubi Amerikada müharibə başlayır..? - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Cənubi Amerikada müharibə başlayır..? - Rüstəm Hacıyev yazır

14 0
12.12.2023

Son bir həftədir dünya həyəcanla Cənubi Amerikadan gələn xəbərləri izləyir. Venesuelanın prezidenti Nikolas Maduro, neftlə və müxtəlif təbii sərvətlərlə zəngin olan Essekibo regionunu ölkə ərazisinə qatmaq üçün referendum keçirib. Qayana dövləti isə yüz ildir ki, bu regionu müstəqil Qayananın əraziləri hesab edir.

Hərbi qüvvələri Venesuelanın hərbi qüvvələrindən 36 dəfə az olan Qayananın prezidenti İrfan Əli, CNN telekanalının efirindən dünyaya xəbərdarlıq edib ki, onun ölkəsi "ikinci Ukrayna" ola bilər. Təbii ki, dünyada baş verən münaqişələrinin onların maraqından kənar qalmasına alergiyası olan ABŞ və Rusiyanın diqqətindən kənarda qala bilməzdi. Neft və təbii sərvətlərin bol olduğu regionun kimsənin təkbaşına nəzarətinə keçməsinə, bu hegemon dövlətlərdən başqa, Çin, Braziliya, Kolumbiya, Surinam və son zamanlar "başını-başlara........

© Ədalət


Get it on Google Play