Pentaqonun rəhbərində xərçəng xəstəliyi aşkarlanıb və onun xıstəxanaya yerləşdirilməsi 5-6 gün hamıdan gizli saxlanılıb. ABŞ Konqressi bununla bağlı araşdırmalara başlayıb.

Aparılan diaqnostik əməliyyatların nəticələrinə görə, 70 yaşlı Lloyd Ostində prostat xərçəngi aşkarlanıb. Bu barədə Uolter Rid Mill hərbi-tibb mərkəzinin nümayəndələri məlumat verib.

Tibb işçiləri, aşkar olunan xəstəliyin hələ ilkin mərhələdə olduğunu bildiriblər. "Xəstəliyin sağalmaq etimalı əladır"-deyə həkimlər bildirib.

Pentaqonun rəhbəri yanvar ayının 1-dən xəstəxanaya yerləşdirilsə də, bununla bağlı məlumat gizli saxlanılıb və hərbi nazirlik yalnız yanvarın 6-da Ostinin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Politico bildirir ki, hətta prezident administrasiyası da, yalnız 3 gün sonra hərbi nazirin xəstəliyi ilə bağlı məlumat alıb.

Uolter Rid milli hərbi-tibb müəssisəndən bildirilib ki, Ostin dekabr ayının sonlarında prostat problemləri ilə bağlı kiçik tibbi əməliyyat keçirib və səhərisi gün xəstəxanadan evə buraxılıb. Lakin sonradan vəziyyəti ağırlaşdığı üçün yenidən xəstəxanaya yerləşdirilib.

Bloomberg agentliyinin məlumatına görə, Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatın hakimiyyətdən gizli saxlanılması ciddi qalmaqala səbəb olub. Qeyd olunur ki, bu epizod ABŞ prezidenti Co Baydenə ciddi çağırış kimi qiymətləndirilə bilər. Bu hərəkət "ABŞ hərbi maşınının yüksək komandanlığında funksiyaların pozulmasına gətirib çıxara bilər".

İnsident Demokratlar partiyasından olan konqressmenlərin də narazılığına səbəb olub. Pentaqonun rəsmi nümayəndəsi Patrik Reyder, müdafiə nazirinin xəstəliyinin "sırf şəxsi" məsələ olduğu üçün gizli saxlanıldığını və bu ərafədə onun səlahiyyətlərini müavini Ketrin Xiksın apardığını bildirsə də, konqresmenlər bununla razılamır.

Ağ Evin milli təhlükəsizlik strateji kommunikasiyalar üzrə kordinatoru Con Kirbi bildirib ki, Ostinin xıstəxanaya yerləşdirilməsi ilə bağlı prezidentə vaxtında məlumat verilməməsinə baxmayaraq, Co Bayden müdafiə nazirinə inamını saxlamaqdadır.

Bununla yanaşı ABŞ Konqressinin nümayəndələr palatasının hərbi qüvvələr məsələsi üzrə komitəsi, Pentaqon rəhbərinin xəstəxanaya yerləşditilməsi məlumatının gizli saxlanılması ilə bağlı araşdırmalara başlayıb. Komitə rəhbəri Mayk Rocers Ostindən yaxın günlərdə qospitala yerləşdirilməsi, səlahiyyətlərin müavinə ötürülməsi ilə bağlı verilən əmrlər, 1-9 yanvar ayı ərzində Ağ Ev administrasiyası ilə aparılan yazışmalar barədə məlumat verməsini tələb edib.

"Pentaqon bizim düşmənlərimizdən qorunmaq üçün etibarlı idarəmiz olmaq fuksiyasını həyata keçirməlidir. Bu idarə nazirin xəstəliyi ilə bağlı vəzifəsini müvəqqəti icra edə bilməməsini gizli saxlamaq üçün deyil"- deyə Mayk Rocers bəyan edib.

QOSHE - Ostinin xəstəliyi niyə gizli saxlanılıb? - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ostinin xəstəliyi niyə gizli saxlanılıb? - Rüstəm Hacıyev yazır

9 0
10.01.2024

Pentaqonun rəhbərində xərçəng xəstəliyi aşkarlanıb və onun xıstəxanaya yerləşdirilməsi 5-6 gün hamıdan gizli saxlanılıb. ABŞ Konqressi bununla bağlı araşdırmalara başlayıb.

Aparılan diaqnostik əməliyyatların nəticələrinə görə, 70 yaşlı Lloyd Ostində prostat xərçəngi aşkarlanıb. Bu barədə Uolter Rid Mill hərbi-tibb mərkəzinin nümayəndələri məlumat verib.

Tibb işçiləri, aşkar olunan xəstəliyin hələ ilkin mərhələdə olduğunu bildiriblər. "Xəstəliyin sağalmaq etimalı əladır"-deyə həkimlər bildirib.

Pentaqonun rəhbəri yanvar ayının 1-dən xəstəxanaya yerləşdirilsə də, bununla bağlı məlumat gizli saxlanılıb və hərbi nazirlik yalnız yanvarın 6-da Ostinin xəstəxanaya........

© Ədalət


Get it on Google Play