Çinlə Tayvan arasında münasibətlər günü-gündən pisləşir

Çin-Tayvan münasibətləri artıq müharibə həddinə çatmaqdadır. Demək olar ki, hər gün tərəflər qarşılıqlı olaraq bir-birilərini təhdid edir, Tayvan keçidində hərbi potensiallarını artırırlar.

Onlarla Çin hərbi təyyarələri daima Tayvanın hava məkanlarında uçuşlar həyata keçirir, hətta bir gün ərzində bunu bir neçə dəfə təkrar edirlər.

Çinin bu uçuşları Tayvan hakimiyyətinin az saylı hərbi hava qüvvələrini hərəkətə keçməyə məcbur edir ki, bu da onlara milyonlarla dollara başa gəlir. Tayvan hakimiyyəti Çin təhlükəsi qarşısında ordu qüvvələrini modernləşdirmək məcburiyyətində qoyur, ona görə də hərbi büdcəni regionda faktiki olaraq yeganə müttəfiqi olan ABŞ-ın hesabına artırır. Birləşmiş Ştatlarln münaqişəyə bir başa müdaxiləsi isə, onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirir.

Əslində Tayvan Çin kimi böyük dövlətin kreyserləri, submarinaları, sualtı qayıqları, hərbi desant gəmiləri və 2 minə yaxın hərbi təyyarələri olan hərbi maşınının qarşısında dayanmaq iqtidarında deyil. Lakin, hələlik harda müharibə ocağı varsa, dərhal ocağın üstünə benzin tökməyə hazır olan ABŞ- ın birbaşa müdaxiləsi ilə küyə gedən Tayvan hökuməti geri çəkilmək fikirində olmadığını nümayiş etdirməkdədir.

Müharibə başlayacağı təqdirdə Tayvan ABŞ-ın dəstəyi ilə, Çinin Yantsizi su anbarına zərbə endirmıklə, Nankin, Şanxay və Uxan şəhərlərini su altında qoymaqla milyonlarla insanın həyatını təhlükə altına salmağı planlaşdırır. Çin isə buna cavab olaraq adanı tamamilə məhv edəcəyi ilə hədələyir.

Çinin ən böyük su anbarının bəndlərinin dağılması, yüz metr hündürlükdə axan su axının yaxın ərazilərdəki şəhərlərin tamamilə su altlnda qalması deməkdir Çin tərəfi bildirir ki, adi raketlərlə su anbarının bəndlərini dağıtmaq mümkün deyil. Bu bənləri yalnız nüvə raketləri ilə dağırmaq olar ki, Tayvan belə bir silah növünə malik deyil. Amma Tavanın Birləşmiş Ştatlar kimi, "yaxın dostu, müttəfiqi" var. Vaşinqton üçün isə milyonlarla çinlinin ölməsinin və yaxud Tayvan adasının ümumiyyətlə yer üzündın silinməsinin heç bir əhəmiyyəti yoxdur. Təki onların "dövlət maraqları" təmin olunsun.

QOSHE - Şərqdə müharibə təhlükəsi artmaqdadır - Rüstəm Hacıyev yazır - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Şərqdə müharibə təhlükəsi artmaqdadır - Rüstəm Hacıyev yazır

15 0
14.12.2023

Çinlə Tayvan arasında münasibətlər günü-gündən pisləşir

Çin-Tayvan münasibətləri artıq müharibə həddinə çatmaqdadır. Demək olar ki, hər gün tərəflər qarşılıqlı olaraq bir-birilərini təhdid edir, Tayvan keçidində hərbi potensiallarını artırırlar.

Onlarla Çin hərbi təyyarələri daima Tayvanın hava məkanlarında uçuşlar həyata keçirir, hətta bir gün ərzində bunu bir neçə dəfə təkrar edirlər.

Çinin bu uçuşları Tayvan hakimiyyətinin az saylı hərbi hava qüvvələrini hərəkətə keçməyə məcbur edir ki, bu da onlara milyonlarla........

© Ədalət


Get it on Google Play