2024-cü ildə dünyada bir neçə əhəmiyyətli seçki kompaniyalarının keçiriləvəyi gözlənilir. Dünyanın geosiyasi vəziyyətinin dəyişdirilməsi yönündə bu seçkilərin böyük əhəmiyyət daşıdığını demək olar.

Hazırda dünya üçün önəm daşıyan, noyabr ayında ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri daha çox diqqət mərkəzindədir. Respublikaçılar və Demokratlar partiyasl daxilində namizədin təsdiq olunması uğrunda debadlar ciddi şəkildə davam edir.

Əsas mübarizənin Co Bayden və Donald Tramp arasında gedəcəyi şübhə doğurmasa da, sürpriz namizədin də ola biləcəyi istisna olunmur.

Ekspertlərin fikirincə, hazırki prezident Co Bayden nə qədər tənqid olunsa da, o, yeni iş yerlərinin açılmasında, enerji və hərbi sənaye kompleksləri lobbilərinin maraqlarını təmin etməklə növbəti dəfə seçilmək şanslarını saxlaya bilər.

Müxtəlif məhkəmə qalmaqalları ilə üzləşən, bir sıra ştatlarda seçki kompaniyasının aparılmasında ona qarşı maniələr yaradılmasına cəhdlər edilməsinə baxmayaraq, Donald Trampın da yenidən Birləşmiş Ştatların prezidenti seçilmək imkanları var.

Hazırda ABŞ Konqressində çox ciddi debatlar gedir. Respublikaçılar demək olar ki açıq "hücuma" keçib, demokratlar fraksiyasında da Baydenin seçilmək imkanlarının olmadığı ilə bağlı fikir ayrılıqları müşahidə olunmaqdadır. Lakin bütün deyilənlər haqqında qəti fikir söyləmək hələ ki, tezdir.

Böyük Britaniyada keçiriləcək parlament seçkiləri, Konservativ partiyanın qələbə ümidlərini heçə endirə bilər. Belə ki, onların baş nazir pistuna irəli sürdükləri namizədlərin heç biri cəmiyyət tərəfindən nəinki bəyənilməyib, hətta tənqidlərə məruz qalıb. Ona görə də, leyboristlərin bu seçkiləri qazanmaq şansları daha yüksək qiymətləndirilir.

2024-cü ildə Avropa İttifaqı ölkələrində Avropa parlamentə seçkilər keçiriləcək. Onuncu dəfə keçirilən seçkilərdə yeni deputatlar 5 illik müddətə seçilməlidir. "Xalq partiyası" Avropa hökumətinə güclü təyziqlər göstərməsinə baxmayaraq, sağçıların mövqeyinin daha yüksək olduğu müşahidə olunmaqdadır. Mərkəzçilərin də, milli suverentetə və milli maraqları müdafiə edənlərin yanlnda olacaqları görünür.

Tayvanda keçiriləcək prezident seçkiləri, dünya siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı amerikan beyin mərkəzlərinin demək olar ki, hər həftə hazırladıqları məlumatlar, keçirdikləri monitorinqlər göstərir ki, bu sahədə aparılan qlobal və regional siyasət, Tayvan məsələsinin ABŞ üçün, hətta Ukrayna məsələsindən də vacib olduğunu göstərir.

Rusiyada mart ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərində, hazırki prezident Vladimir Putinin yenidən hakimiyyətdə qalacağı şübhə doğurmur. Ukrayna ilə aparılan müharibə və bununla bağlı ABŞ və aparıcı Qərb ölkələri tərəfinfən qəbul edilən antirysiya sanksiyaları ölkə iqtisadiyyatına ciddi zərbələr vurmasına baxmataraq, rusiyalılar yəqin ki, "atlarl döngədə dəyişmirlər" prinsipi ilə onu yenidən lider kimi görmək istəyəcəklər.

Qonşu Gürcüstanda həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Artıq uzun illərdi qərbyönümlü siyasət aparan hazırki hakim qüvvələrin yenidən qələbə qazanacağı güman edilir.

2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində, namizədliyini irəli sürən vətəndaşlarımlzın içərisində, xalqımızın 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımlzı işğaldan azad edən, hazırda azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri aparan Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti kimi görmək istəyəcəkləri, hətta ölkəmizə qarşı revanşist mövqe tutan xarici qüvvələr tərəfindən də qətiyyən şübhə doğurmur...

QOSHE - Seçkilər ilindən gözləntilər - Rüstəm Hacıyev - Rüstəm Haciyev
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Seçkilər ilindən gözləntilər - Rüstəm Hacıyev

9 0
08.01.2024

2024-cü ildə dünyada bir neçə əhəmiyyətli seçki kompaniyalarının keçiriləvəyi gözlənilir. Dünyanın geosiyasi vəziyyətinin dəyişdirilməsi yönündə bu seçkilərin böyük əhəmiyyət daşıdığını demək olar.

Hazırda dünya üçün önəm daşıyan, noyabr ayında ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri daha çox diqqət mərkəzindədir. Respublikaçılar və Demokratlar partiyasl daxilində namizədin təsdiq olunması uğrunda debadlar ciddi şəkildə davam edir.

Əsas mübarizənin Co Bayden və Donald Tramp arasında gedəcəyi şübhə doğurmasa da, sürpriz namizədin də ola biləcəyi istisna olunmur.

Ekspertlərin fikirincə, hazırki prezident Co Bayden nə qədər tənqid olunsa da, o, yeni iş yerlərinin açılmasında, enerji və hərbi sənaye kompleksləri lobbilərinin maraqlarını təmin etməklə növbəti dəfə seçilmək şanslarını saxlaya bilər.

Müxtəlif məhkəmə qalmaqalları ilə üzləşən, bir sıra ştatlarda seçki........

© Ədalət


Get it on Google Play